Ümumi görünüşün çertyoju və yığım çertyoju. Onların məzmunu və
yerinə yetirilmə ardıcıllığı.
1.
Ümumi görünüşün çertyoju – məmulatın konstruksiyasını, onun əsas tərkib
hissələrinin qarşılıqlı təsirini müəyyən edən və məmulatın
iş prinsipini
aydınlaşdıran sənəddir.
Ümumi görünüşün istehsal çertyojları konstruktor sənədləri işlənib
hazırlanarkən müxtəlif mərhələlərdə yerinə yetirilir: texniki təklifdə;
eskiz
lahiyəsində ; texniki layihədə. Misal üçün ümumi görünüşün eskiz layihəsinin
çertyojuna nəzər salaq. Belə çertyoj texniki təklifin ümumi görünüşünün
çertyoju əsasında, həm də işlənib hazırlanan məmulatın bu və ya digər variantı
qəbul edildikdən sonra tərtib olunur.
Eskiz layihəsinin ümumi çertyojunun tərkibinə aşağıdakılar daxıl olmalıdır:
1)
Məmulatın təsvirləri ( görünüşlər, kəsimlər, kəsiklər) məmulatın konstruktiv
quruluşunu, onun tərkib hissələrinin qarşılıqlı təsirini
və iş prinsipini başa
düşmək üçün lazım olan mətn hissəsi və yazılar.
2)
Məmulatın tərkib hissələrinin adları və işarələri ( texniki xarakteristika,
miqdarı, material haqqında göstəriş və s)
3)
Ölçülər və digər lazımı göstərişlər.
4)
Sxem ( əgər lazım gələrsə)
5)
Məmulatın texniki xarakteristikası ( əgər lazımdırsa). Çertyojda təsvirlər
işçi çertyojlar üçün standartlar nəzərdə tutulan maksimum sadələşdirmələrlə
yerinə yetirilir. Məmulatın tərkib hissələrinin adları və işarələri çıxıntı
xətlərinin üzərində və yaxud həmin vərəqdə verilən cədvəldə göstərilir.
Ümumi görünüşün tədris çertyojlarının istehsalat çertyojlarından
fərqi odur ki,
onlarda bizi sadələşdirmələr və şərtiliklər tətbiq etmək məsləhət görülmür.
Mələsən, boltun başlığını və qaykanı haşıyələrlə çəkməli, şlipka üçün yuva
çəkməli və s.
2) yığma çertyoju – müəssisənin müxtəlif sexlərində hazırlanmış detalları
qovşaqlara yığmaq üçün yaxud qovaq və detalları qrup halında yığmaq üçün, həm
də qrupları və qovşaqları tam məmulata çevirmək üçün tətbiq olunur.
Yığma çertyoju əsaında yığma çertyoju əsaında yığma prossesini aparmaq üçün o,
daha çox məlumata malik olmalıdır. ən əvvəl göstərmək olar: detalların
nömrələnməsi ilə qovşağın təsviri yazı və çertyojunun spesifikasiyası.
Bir neçə hallarda yığma çertyojunds yığma zamanı yerinə yetirilməsi lazım olan bu
və ya başqa əməliyyatı göstərən yazılan, çertyojdan hədd meylliyi ilə lazımı
ölçülər qoyulur.
İki cür yığma çertyoju olur: konstruktiv yaxud tam yığma çertyoju ,
ixtisar
edilmiş yığma çertyoju. Konstruktiv yığma çertyojuna görə mexanizmin vəzifəsini
və işini başa düşmək və mexanizmin bütün detallarının birləşmə üsullarını
aydınlaşdırmaq, yığılma və sökülmə proseslərini həm də mexanizmə daxil olan
bütün detalların formasını müəyyən etmək olar.
İxtisar edilmiş yığma çertyoju yığma məqsədi daşıyır,görünüşlərinsayı az
olur,konstruksiyanın yzılması və yığılma qaydası ilə təchiz edilir. mürəkkəb
konstruktiv yığma çertyojlarında da konstruksiyanın yazısı verilməlidir( izahı).
Mexanizmin yaxud qovşağın yığma çertyojunun tərtibi onların
xarici
görünüşünün vəzifəsinin və iş prinsipinin öyrənilməsindən başlanır. Mexanizmin
vəzifəsi və iş prinsipi adətən qovşağın sökülmə prosesində aydınlaşdırıla bilər.
Sökülmə prosesi hökmən mexanizmin sxeminin tərtib edilməsi ilə aparılmalıdır.
Bu ona görə lazımdır ki, işi qurtardıqdan sonra mexanizmi düzgün yığmaq
mümkün olsun.
Sxem həm də eskizlər əsasında yığma çertyojunu tərtib edərkən lazımdır.
Sxem sadələşdirilmiş bir proyejksiyada tərtib olunur,detallar konturu ilə, hətta ayrı
– ayrı xətlərlə göstərilir ( əvəz edilir). Sxemdə mexanizmin detallarının adları
yazılır, adların yanında detalların miqdarı göstərilir.
Mexanizmin detalları ilə sxemin tərtib olinması ilə və mexanizmin işi ilə tanış
olduqdan sonra detalların eskizləri tərtib olunur. Burada əsas məsələ qovşaqda
birgə işləyən detalların ölçülərinin dəqiq təyin edilməsidir.
Detalların eskizləri hazır olduqdan sonra onların əsasında yığma çertyoju
yerinə yetirilir. yığma çertyojunun tərtib olunma qaydası detalların çertyojunun
tərtib
olunması kimidir. əsas diqqət görünüşlərin yerləşməsinə və
spesifikasiyasının tərtibinə yönəldilməlidir. Ən əvvəl detalları saymalı və
spesifikasiyanın nə qədər yer tutacağı müəyyən olunmalıdır. Ölçülərin
qoyulmasına və mövqelərin nömrələnməsinə də yer saxlamaq lazımdır. Çəkiliş ən
iri detaldan başlanır və əvvəlcə ümuni konturlar çəkilir.
Sonra kəsimlər
müəyyənləşdirilir və kiçik detallar çəkilir. Detallar nömrələnir, lazımi ölçülər
qoyulur və sonda spesifikasiya tərtib edilir.
Dostları ilə paylaş: