Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə


Sxemlər,onların növləri, vəzifəsi və ümumi şərti qrafiki işarələri



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   43
529-19.111

Sxemlər,onların növləri, vəzifəsi və ümumi şərti qrafiki işarələri. 
Sxemlər elə konstruktor sənədlərinə deyilir ki, onlarda məmulatın tərkib 
hissələri,onların qarşılıqlı yerdəyişməsi və onlar arasındakı əlaqələr şərti qrafiki 
təsvirlər şəklində göstərilir. 
Maşın və qurğular haqqında ümumi məlumat almaq üçün,onların iş prinsipini 
və quruluşunu aydınlaşdırmaq üçün sxemlərdən geniş istifadə olunur. Bu zaman 
ayrı – ayrı qovşaqlar nömrələnir. Yeni maşın və mexanizmlərin öyrənilməsi də 
sxemlərin quraşdırılmasından başlanılır, beləliklə də yeni maşınlar konstruksiya 
edilir.
Dövlət standartı üzrə aşağıdakı sxemlər müəyyən edilmişdir: (E) - sxemləri, 
(H) hidravlik sxemlər, (P) – pnevmatik sxemlər, K – kinematik sxemlər, O – optik 
sxemlər və s.
Əsas təəyinatından asılı olaraq sxemlər aşağıdakı kimi olur. 
1
– quruluş ( struktur ) sxemləri, 2 – funksional sxemlər, 3– prinsipial sxemlər, 
4 – birləşmə ( quraşdırma ) sxemləri, 5 – qoşma sxemləri, 6 – ümumi 
sxemlər, 7 – yerləşmə sxemləri. 
Quruluş sxemləri məmulatla ümumi tanışlıq üçündür və onun tərkib 
hissələrinin qarşılıqlı əlaqəsini və onların təyinatını müəyyən edir. Sxemin 
elementləri sadə həndəsi fiqurlar və düz xətlərlə çəkilir.
Funksional sxemlər məmulatda yaxud onun funksional hissələrində baş verən 
prosesləri aydınlaşdırır.
Prinsipial sxem məmulatın elementlərinin tam tərkibini və onlar arasındakı 
əlaqələri müəyyən edir, məmulatın iş prinsipi haqqında məlumat verir.


Birləşdirmə sxemləri məmulatın tərkib hissələrinin birləşməsini, həmçinin 
birləşmə və giriş yerlərini göstərir.: məftilləri, kabelləri, boru kəmərlərini və 
onların armaturunu aşkar edir. 
Qoşma sxemləri məmulatın xarici qoşulmasını göstərir.
Kombinəli sxemlər də vardır ki, onlar C hərfi ilə işarə edilir.
Sxemlər miqyassız çəkilir. Bununla belə sxemlər yığcam, aydın olmalı, asan 
oxunmalıdır. Maşın və mexanixmlərin sxemləri üçün bir sıra qrafiki işarələr qəbul 
edilmişdir. 

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin