Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014


Marketinq tədqiqatlarının aparılmasında informasiyalar mühüm əhəmiyyət kəsb edir. İnformasiyaların toplanması metodlarının seçilməsi



Yüklə 0,67 Mb.
səhifə21/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   102
Marketinq

Marketinq tədqiqatlarının aparılmasında informasiyalar mühüm əhəmiyyət kəsb edir. İnformasiyaların toplanması metodlarının seçilməsi. Marketinq tədqi­qat­larının bu mərhələsi özündə toplanması nəzərdə tutulan infor­ma­si­yanın tipinin, onların toplanması me­todlarının və üsullarının müəyyən­ləş­diril­məsini və seçil­mə­sini birləşdirir.

İn­for­ma­siyanın toplanması metodları top­lanılan informa­siyanın ti­pin­­dən və xa­rak­te­rindən asılıdır. Marketinq tədqiqat­larında iki tip informasi­ya­dan: təkrar infor­ma­siyadan və ilkin informasiyadan istifadə edilir.

Təkrar informasiya əvvəllər hər hansı bir məqsədlə heç olmasa bir dəfə top­lanmış və artıq mövcud (çap edilmiş, elan edilmiş və ya söy­lə­nilmiş) olan infor­ma­siyadır. Təkrar informasiya müəssisədaxilimüəs­sisə­dən­kənar informasi­yaya bölünür.

Müəssisədaxili təkrar informasiyaya müəssisənin fəaliyyətini əks etdi­rən məlumatlar aiddir.

Müəssisədənkənar informasiyaya isə dövlət və beynəlxalq təşki­lat­la­rın, tica­rət-sənaye palatasının, tədris, elmi-tədqiqat, layihə institutlarının və elmi-texniki təşkilatların nəşrləri, illik statistik məcmuələr və hesabatlar, kitablar, məqalələr, simpozium, konfrans və konqreslərin nəticələri, dövri mətbuatda verilən məlu­matlar və s. aiddir.

İlkin informasiya dedikdə, isə konkret marketinq tədqiqatları üçün və ya hər hansı bir məqsədlə ilk dəfə toplanılan informasiya başa düşülür.

İlkin informasiyanın toplanmasında sorğu, müşahidə, eksperiment, imitasiya, fokus-qrup, panel, Delfi və testləşdirmə metod­larından istifadə edilir.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin