2020-ci ilin sentyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartlarilə elektron ticarət(e-ticarət) şəbəkəsində 78 mln. manat həcmində ödəniş həyata keçirilmşdir. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord isə avqustda qeydə alınmışdır – 505 mln. manat.
AZERFORUM.COM xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici avqust ayı ilə müqayisədə 40,6%, ötən ilin avqust ayı ilə müqayisədə isə 2,2 dəfə artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği ölkədə bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib (64%-ini) və aylıq müqayisədə 7,7% faiz bəndi artıb.
Qeyd edək ki, cari ilin ilk doqquz ayında əhali bank kartları vasitəsilə elektron ticarətdə 3,788 mlrd. manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,5% çoxdur.
“Elektron ticarətin vergiyə cəlb olunması”
Mərkəzi Bankın müəyyən edilən ödəniş kartlarının emissiya və istifadəsinin tənzimlənməsi və ödəniş kartları üzrə risklərin idarə olunmasında fəaliyyət göstərən banklar tərəfindən “Visalnt.”, “MasterCardWorldwide”, “American Express”, “DinersClub” kimi təşkilatlara məxsus beynəlxalq ödəniş kartları və lokal ödəniş kartları emissiya olunur. Statistikaya əsasən ölkəmizdə elektron ticarətin vergiyə cəlb olunması 2017-ci ildən tətbiq olunur. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, rəqəmsal iqtisaidyyatın vergiyə cəlb olunmasında əsas iki məsələ-ödəmə mənbəyində verginin tutulması (8%) və ƏDV-nin (18%) tətbiq edilməsi mexanizmidir. “Elektron ticarət haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, bura informasiya portallarının, informasiya sistemlərindən internetdən istifadə etməklə təqdim etdiyi iş və xidmətlər daxildir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.