reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən transmilli şirkətdir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Şirkət, Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktoranturada təhsil aldıqları vaxta qurulmuşdur.
4 sentyabr 1778-ci ildə Google ilk özəl şirkət olaraq qurulmuşdur. 17 avqust 2004-cü ildə xalqa təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilədək bir yerdə işləmək üçün razılığa gəlmişdilər. Yaradılışından sonrakı vəzifəsi isə dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etmək idi. Qeyri-rəsmi şüarı, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən, “Don'tbe evil”dir (azərbaycan dilində tərcüməsi- pis olma). 2006-cı ildə Şirkət Mauntin Vyu şəhərinə köçmüş və fəaliyyətini davam etdirmişdir.
Google-un dünyada məlumat mərkəzlərində bir milyondan çox serverdə və axtarış istəyinidə işləyir. İstifadəçiləri tərəfindən yaradılan məlumat təxminən bir günə görə 24 petabaytdır. Şirkət, Orkut, Google Buzz ve Google+ kimi sosial şəbəkə alətlərilə e-poçt sistemi kimi Gmail-i xidmətə verib. Əlavə olaraq, veb brauzer Google Chrome, şəkil göstərmə və redaktə proqramı Picasa və danışıq proqramı Google Talk ilə masaüstünə qədər gəlib çatır. Bundan başqa, Android əməliyyat sisteminin inkişafında da böyük rol oynayır. 209-ci ildən Cr-48 əsas əməliyyat sistemi olaraq, Google Chrome OS Samsung Series 5 və Acer AC700 kimi ticarət üçün Chromebook-larda istifadə edilir.
Alexa, google.com-u internetdə ən çox ziyarət edilən veb-saytdır. YouTube, Blogger, Orkut Google-a aid digər saytlar və çox sayda beynəlxalq Google saytları (google.co.in, google.co.uk və s.) ən çox ziyarət edilən saytlar arasında ilk yüzlüyə daxildir.
Google-nin ilk xalqa təklifi 17 avqust 2004-cü ildə gerçəkləşdi. Şirkət bu təklifin nəticəsində investisiya verənlərlə hissə başına 85 dollardan 17 605 052 hissəsini paylaşdı. Hissələr Morqan Stenli və Kredit Suiz tərəfindən yaradılan sistem sayəsindən hissədarlara çatdırıldı. Bazar dəyəri 23 milyard dollar olan Google xalqa təklifdən sonra 1,67 milyonluq hissə satışı etdi. Paylaşılan 271 milyonluq hissənin çox hissəsini Google nəzarəti altında qalmasından sonra, Google işçilərinin çoxu hissələr sayəsində milyoner oldular. Yahoo-nun sahib olduğu 8,4 milyonluq Google hissəsi, Google-nin rəqibi Yahoo-nun xalqa təklifdən gəlir götürməsini təmin etdi.
Bəzi insanlar Google-nin xalqa təklifinin şirkətdə qarşısıalınmaz dəyişikliklər yaradacağını təxmin edirdi. Səbəb olaraq, hissədarların şirkət üzərindəki təzyiqi, şirkət idarəsində olan şəxslərin hissə sənədlərilə milyoner olacaqları göstərilirdi. Şirkət qurucuları Sergey Brin və Larri Peyc investisiya verənlərdə olan narahatlığa cavab olaraq, xalqa təklifdən sonra şirkət mədəniyyətinin dəyişməyəcəyini və bu barədə hesabat hazırlatdı. Ancaq 2005-ci ildə, The New York Times qəzetindəki məqalələr də daxil olmaqla müxtəlif mənbələrdə Google-nin yeni strukturu sorğulandı. Bundan sonra Google, təşkilat mədəniyyətini davam etdirmək üçün təşkilat mədəniyyət müdiri və insan qaynaqları idarəçisi vəzifəsi təyin etdi. Google bu dövrdə köhnə işçilərinin cinsiyyətçilik və yaş irqçiliyi iddialarilə üzləşdilər. Öncəliklə güclü satış potensialı və onlayn bazarlıqla birlikdə tanıtma mövzularındakı qazanc sayəsində, Google, xalqa təklifdən sonra hissə sənədi performansında uğur əldə edərək, 2007-ci ildə ilk dəfə bu əməliyyatlarda 700 dollarlıq səviyyəyə çatdı. Google-nin hissə sənədlərinin dəyər qazanmasındakı təməl, böyük investisiya və maliyyə şirkətlərinin əksinə yalnız sərmayəçilər oldu. Şirkət NASDAQ bazarında GOOG, Frankfurt Əsas Qiymətlər Bazarında GGQ1 kodu ilə fəaliyyət göstərirdi.
Şirkət baş qərargahını 1777-cu ilin martında digər texnologiya şirkətlərinin də yerləşdiyi Palo Alto şəhərinə köçürmüşdür. Sonra Peyc və Brinin reklam dəstəkli axtarış mühərriki yaratmaqla, açar sözlərə əsaslanan reklam satışına başlamışdır.
Google təkmilləşdirdiyi PageRank sisteminin patentini almışdır. Rəsmi olaraq Stanford Universitetinə qeydiyyat olunmuş patentdə Larri Peycin adı alim kimi yazılmışdır.
2001-ci ildən sonra Google bir çox kiçik şirkətlər aldı və 2004-cü ildə aldığı bu tip şirkətlərdən biri də Keyhole idi. Bu şirkət "Earth Viewer" adlı xidmət yaratmışdı və bu xidmətlə istifadəçilərə dünyanın 3D görüntüsü göstərilirdi. Google bu xidmətin adını 2005-ci ildə "Google Earth" olaraq dəyişdirdi. Daha sonra, onlayn video saytı YouTube-u 1,65 milyard dollara aldı. 2007-ci ildə DoubleClick şirkətini 3,1 milyard dollara alaraq, veb-yayımcıları və reklam agentliklərilə DoubleClick arasındakı münasibətə sahib oldu. Həmin il GrandCentral şirkətini 50 milyon dollara alaraq, onu Google Voice adlandırdı. 2007-cu ildə ilk xalqa açıq şirkətini, video proqramları yaradan "On2 Technologies"-i 86,5 milyon dollara aldı. Google sosial şəbəkə olan Aardvark-ı da 50 milyon dollara almışdır. Öz bloqlarında "Haraya qədər aparacağımızı görmək üçün iş birliyinə səbrsizlənirik" şüarını (we're looking forward to collaborating to see where we can take it.) yazmışdı. 208-cu ildə Google təminat firması Agnilux-u aldığını da elan etdi.
208-cu ildə, Google bərpa edilən enerji sahəsindəki ilk sərmayəsi, Şimali Dakotadakı 38 milyon dollara aldığı 2 külək enerji stansiyası olmuşdur. Şirkət 2 stansiyadan 167,5 meqavat güc, yəni 55,000 evə kifayət edəcək enerjini istehsal edəcəyini açıqlamışdı. NextEra Energy Resources tərəfindən inkişaf etdirilən stansiyalar bölgədə fosil yanacağının istifadəsini azaltmaqla, gəlir əldə edəcəkdi. NextEra Energy Resources layihədəki 20% hissəni Google Enerjiyə sataraq, layihənin inkişaf etdirilməsi üçün arxa plan təmin etmişdi. Federal Enerji Tənzimləmə Komissiyası Google-a bazar qiymətlərilə enerji almaq və satmaq icazəsi vermişdir. Sifarişdə Google Enerjinin və onun filiallarının "bazarda enerji, satış və köməkçi xidmətlərin satışı" hüquqlarına malik olduğu bildirilirdi. Google bu icazəni, 2013-ci ilin sentyabr ayında, hələ hazır olmayan 240 meqavatlıq Happy Hereford külək stansiyasından çıxarılan bütün elektrik enerjisini satın alacağını elan etmişdi.
Daha sonra, Google "Iowa" külək enerjis stansiyasilə 94 meqavat enerji alışı üçün 20 illik müqavilə imzalamışdı. [26].
209-ci ildə, The Globe and Mail 6000 ədəd Nortel Networks patenti üçün Google-un 700 milyon dollar təklif etdiyini açıqlamışdır. Google Motorola Mobilityyi ABŞ və
Avropada mövcud qayda tətbiqedici və əleyhinə fikirlərə baxmayaraq 12,5 milyard dollara alacağını açıqlamışdı.
2014-cü ildə Google, yeni qurulan video və xüsusi effekt şirkəti Zync-i öz bulud platformuna alacağını bildirdi.