11.3 Beynəlxalq brend qiymətləndirmə təşkilatı
Beynəlxalq brend qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən hazırlanan "Dünyanın Ən Dəyərli 500 brendi - Qlobal 500-2017" araşdırması apararaq, brendlərin dəyərini və hansı yerdə qərarlaşmasını müəyyənləşdirir.(Şəkil 11.1.)
Şəkil 12.28. Dünyanın Ən Dəyərli 500 brendi - Qlobal 500-2017-un sloqanı.
"BF" araşdırmaya istinadən 2017-cu ildə 151 milyard dollarlıq brend dəyərilə ilk yeri tutmuş "Amazon", dəyərini 25 faiz artıraraq 188 milyard dollarla öz yerini qoruyub saxlamışdır.
Dünya nəhəngləri arasında "Apple" 154 milyard dollarla ikinci, "Google" 143 milyard dollarla üçüncü, "Microsoft" da 120 milyard dollarla 4-cü yerləri tuturlar.
Bu siyahıda 71 milyard dollarla Cənubi Koreyanın "Samsung" şirkəti 5-ci, 87 milyard dollarla ABŞ-ın telekommunikasiya şirkəti "AT&T" 6-cı, 83 milyard dollarla "Facebook" 7-ci, 80 milyard dollarla Çin bank ICBC 8-ci, 71 milyard dollarla ABŞ-ın "Verizon" şirkəti 7-cu, 70 milyard dollarla "China Construction Bank" 8-cu yerdə mövqeləşiblər.
Nisbətdə dəyərini bütün şirkətlərdən daha yüksək, 326% artıran brend Çinli texnologiya şirkəti iQiyi olmuşdur. milyard dollara yüksəldən şirkət, siyahıya 483-çü sıradan daxil olmuşdur.
Ən çox dəyəri itirən brend JD.com olub və şirkətin brend dəyəri 42% geriləmə ilə 9,4 milyard dollara düşmüşdür.
Dünyanın ən qiymətli brendi “Amazon” ən yüksək mövqeyini qoruyub saxlaya bilir.
Beynəlxalq brend qiymətləndirmə təşkilatı Brand Finance tərəfindən hazırlanan "Dünyanın Ən Qiymətli 500 Brendi-Qlobal 500-2020" araşdırmasına əsasən.
Dünyanın ən qiymətli brendi olan "Amazon" 220,8 milyard dollar dəyərinə yüksəlməklə, 160 milyard dollarla Google və 141 milyard dollarla Apple brendlərini geridə qoymuşdur.
11.4. Dünyanın ən dəyərli brend seçilən “Amazon”un uğuru nədədir?
Bu suala cavab vermək üçün “Amazon”un keçdiyi yola səyahət etməklə tarixinə nəzər salaq. Bu gün dünyanın ən böyük onlayn mağazası “Amazon” 1774-cü il iyulun 5-də “Cadabra” adilə Ceff Bezosun Vaşinqton (Sietl) şəhərində yerləşən qarajında qurulmuşdur. 1775-ci ildə şirkət “Amazon.com” adını almışdır. “Amazon” şirkəti fəaliyyətinə yeni başlayanda məqsədi onlayn kitab satmaq olmuşdur. C.Bezos kitab oxumağı çox sevdiyi üçün, istəyirdi ki, insanlar daha asan yolla kitab ala bilsinlər.
Amma qısa zamanda “Amazon”dan kitab sifarişləri təkcə, Vaşinqtonla deyil, digər bölgələrdən də edilmişdir. Bu vəziyyət şirkətin rəhbərində narahatlıq yaradır və yeni həll yolları barəsində düşünür. Nəhayət belə qərara gəlir ki, “Amazon” yalnız onlayn kitab saytı olaraq qalmamalıdır. İlk ildə “Amazon”dan dünyanın 45 ölkəsindən məhsul almaq istəyənlər olmuşdu. Bezos “Amazon”lla bağlı işgüzar danışıqları evinin yaxınlığında yerləşən kafedə edirdi.
Şirkətin uğurunun əsas səbəbi isə, faydalı atılmış addım idi. C.Bezosun kitabı oxuyan insanların bitirdikdən sonra, saytda şərh yazmalarına imkan verən sistem yaratmışdır. Bu addımdan sonra, insanlar “Amazon.com”a təkcə kitab sifariş vermək üçün daxil olmurdular.
Bezos daha sonralar sayta elektronik əşyalar, video oyunlar, ev əşyaları və s. əlavə etməyə başlayır. Rəqibləri dəyər itirən vaxt “Amazon” gəlirinə gəlir qatır və beləliklə dəyərli brendlərdən birinə çevrilirdilər.
O, insanların həmin dövr üçün olan ehtiyacını çox yaxşı başa düşmüşdü. İnsanlar çöldən çıxmadan onlara lazım olanı almaq istəyirdilər. Bezos da insanların məhz bu ehtiyacını qarşılamışdı. Ancaq şirkəti fərqli edən nüans tək bu deyildi, o, marketinq xərclərini azaltdı və müştərini məmnun etmək üçün yollar tapdı. Reklam gəlirlərini azaldaraq, müştərilərə pulsuz çatdırılmanı təmin etdi.
Bezos bu gün “Amazon” ilə yanaşı, ölkənin ən önəmli mətbuat orqanı olan “Washington Post”un da sahibidir.
2020-ci ildə “Brand Finance”ın məlumatına görə, Ceff Bezosun rəhbəri olduğu “Amazon” şirkəti 151 milyard dollarlıq brend dəyərilə dünyanın ən dəyərli brendi seçilmişdir. 2021-ci ildə 187,7 milyard dollar brend dəyərilə birinci sırada yer alan Amazon, dəyərini yüzdə 17,5 artıraraq 220,8 milyard dollara yüksəldərək, yenə də zirvədə qaldı.
Bəs, şirkət bu qədər uğura necə imza atdı?
I Yenilik.
Şəkil 11.29. Yenilik. İnnovativ texnologiya və fikirlər.
“Amazon”un uğurlarının böyük qismi innovativ texnologiya və fikirlərlə bağlıdır. İnnovativ addımların çoxuna şirkətin CEO - Ceff Bezos təşəbbüs göstərmişdir. Məsələn, “Amazon Echo” səsgücləndirici cihazı musiqi dinləmək, sevdiyiniz komanda haqqında araşdırma aparmaq və hava proqnozunu öyrənmək üçün istifadə edilir. Bu texnoloji yenilik “Amazon” üçün böyük yatırım idi və qeyri-adi nəticələrə gətirdi. Məsələn, təkcə 2017–ci ildə 22 milyondan çox “Echo” cihazı satışı həyata keçirilmişdi.
II Müştəri xidməti. Müştəri xidmətlərinin keyfiyyətinə xüsusi əhəmiyyət verən “Amazon” müştərilərin sifarişlərini izləmək və sifarişləri rahat geri qaytarılmasını təmini üçün müxtəlif vasitələr tətbiq etdi. Beləliklə o, onlayn alış-veriş təcrübəsinə sadəlik və rahatlıq qazandırdı. “Amazon”un müştəri xidmətlərində çalışan işçiləri dəfələrlə mükafata layiq görülmüşlər. Şirkətin əsas hədəflərindən biri də dünyanın ən “Müştəri mərkəzli” şirkətinə çevrilməsidir.
III Sürətlilik. “Amazon” müştərilərin tələblərini qarşılayarkən hər bir şeyi düzgün yerinə yetirir. Müştərinin istədiyi və ehtiyac duyduğu məhsul və xidmətləri seçir. Eyni zamanda dünyanın müxtəlif yerlərində məhsulların tez bir vaxtda çatdırılmasını təmin edən paylama mərkəzləri yaradır.
IV. Çeşidlilik. Onlayn kitab satışilə başlayan şirkət hazırda müştərilərinə musiqi, elektrik avadanlıqları, sağlamlıq və gözəllik vasitələri, meyvə-tərəvəz və geyim məhsulları və s. təqdim edir. Məsələn, “Tərəvəz supu” üçün saytda axtarış etdikdə 3 min nəticə təqdim edilir.
5. Müştəri təcrübəsi. Güclü müştəri təcrübəsi e-ticarət müştərilərinin axtardıqlarını daha da asanlaşdırır. Bu səbəbdən də “Amazon” istifadəçi araşdırmasından veb sayt təkmilləşdirilməsinə qədər, hər sahədə işinin peşəkarlarından ibarət müştəri təcrübəsi olan komanda ilə işləyir. Bu komanda üzvləri mükəmmək müştəri təcrübəsi yaratmaq üçün “Amazon” mühəndisləri, istehsal rəhbərləri və idarəedicilərlə iş birliyi şəraitində çalışırlar.
6. Dizayn və məzmunun birləşdirilməsi. Şirkətin dizayn və məzmunu qüsursuz formada birləşdirməsi saytın daha çox ziyarətçinin cəlb edilməsidir və trafiki daha da artırır.
7. “Əsla yolundan dönmə!” prinsipi.(Şəkil 1.30)
Şəkil 11.30. Əsla yolundan dönmə!
“Amazon”un qazanc əldə etmədiyi bir dövrü xatırlayırsınızmı? Təbii ki, cavab birmənalı - xeyr olacaqdır. Ceff Bezos 1777-ci ildə “Inc.Magazine”ə verdiyi müsahibədə şirkətin bir müddət qazanc əldə etməyəcəyini açıqlamışdı. Lakin, Bezosun “əsla yolundan dönmə!” prinsipi 2003-cü ilə qədər şirkətin yeni strategiyalar tətbiq etməsinə səbəb olmuşdur.
“Amazon”un 2015–ci ildə illik gəliri 80 milyard dollardan çox idi. Şirkətin CEO-su Ceff Bezos “Amazon”un bu vaxta qədərki ən sürətlə böyüyən şirkət olduğunu iddia edir. Bezosun fikrincə şirkətin uğur qazanmasının təməl səbəbləri - uğursuzluqları yeniliklərin əvəzi olaraq görmək və hər gün sanki ilk iş günü kimi çalışmaqla müştərilərinə özlərinin belə istədiklərini bilmədikləri məhsulları təqdim etməkdir. Amazonda ilk kassasız supermarket 2018-ci ildə müştərilərin ixtiyarına verilmişdir. (Şəkil 11.31.)
Şəkil 11.31. Amazonda ilk kassasız supermarket.
Onlayn alış-veriş nəhəngi olan “Amazon” ABŞ-ın Siyetl şəhərində kassasız 2 supermarket açmışdır.
ABŞ-da ilk belə dükan olan Amazon Goda tavandan asılmış xüsusi kameralar müştərilərin nəyi seçdiklərini müşahidə edir və mağazadan çıxanda onların ödəniş etməsinə və çek almasına ehtiyac qalmır. Ödənişlər, mağazanı tərk etdikdən sonra müştərilərin kredit kartlarında görünür. Lakin bunun üçün müştərilər mağazaya girməzdən öncə telefonlarına Amazon Go tətbiqi yükləməlidirlər ki, bu əməliyyatlar rəqəmsal olaraq, xüsusi qurğular vasitəsilə icra olunsun. Müştərilər rəflərdən bir məhsulu götürəndə o məhsul mobil telefondakı tətbiqdə görünür və o məhsula görə ödəniş çıxılır. Lakin o məhsulu yerinə qoyanda məhsula görə ödəniş də yenidən geri qaytarılır. “Amazon” 2022-ci ilədək kassirsiz işləyən 3 min mağaza açmağı planlaşdırmışdı.
Dostları ilə paylaş: |