Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı



Yüklə 59,51 Kb.
səhifə10/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
rək-qan dam.patologiyaları (1)

Xronoinotrop mexanizm ( “pilləkən” və ya Boudiç fenomeni) ürəyin işi artan zaman fəaliyyətə qoşulan ən mühüm sürətli kompensator mexanizmlərdən sayılır. Bu mexanizmin mahiyyəti ondan ibarətdir ki, ürək yığılmalarının tezliyinin artmasına müvafiq olaraq ürəyin yığılma qüvvəsi də artır.

Xronoinotrop mexanizmin əsasını katexolaminlərin təsiri altında Ca2+ ionlarının kardiomiositlərin sarkoplazmasına daxil olmasının sürətlənməsi təşkil edir. Katexolaminlər adenilatsiklaza fermentini fəallaşdırmaqla s. AMF-in miqdarını artırır. Bu zaman Ca-kanalları fosforlaşaraq açılır. Nəticədə Ca2+ ionlarının sarkoplazmaya daxil olması sürətlənir, əmələ gələn Ca2+-troponin-C komplekslərinin miqdarı yüksəlir, bu isə kardiomiositlərin yığılma qüvvəsini artırır.

Ürək çatışmazlıqları davamlı xarakterli olduqda bir sıra reflekslər də işə qoşulur. Bu reflekslərdən biri yuxarıda qeyd olunan Beynbric refleksidir. Beynbric refleksi qanın dəqiqəlik həcminin artırılmasına yönəldilmişdir.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin