Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı



Yüklə 59,51 Kb.
səhifə18/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
rək-qan dam.patologiyaları (1)

Aritmiyalar kardiomiositlərin zədələnmələri və miokardda bioelektrik aktivliyin pozulması ilə əlaqədardır. Miokardda biopotensialların pozulmaları aritmiyalarla yanaşı EKQ-də digər dəyişikliklər şəklində də özünü biruzə verir.

Rezorbsion-nekrotik sindrom miokard infarktı zamanı nekrozlaşmış toxuma məhsullarının qana sorulması nəticəsində inkişaf edir. Bu sindrom aşağıdakı əlamətlərlə təzahür edir: qızdırma; neytrofil leykositoz; eritrositlərin çökmə sürətinin (EÇS) artması; fermentemiya – zədələnmiş kardiomiositlərdən qana fermentlərin (kreatinfosfokinaza, laktatdehidro-genaza, aspartatamino-transferaza və s.) keçməsidir; mioqlobinin konsentrasiyasının qanda artması; ferment təbiətli olmayan spesifik zülalın – kardial troponinin (TnT və TnI) aşkarlanması; autoimmun sindrom (Dressler sindromu) – konformasion dəyişilmiş miokard zülallarına qarşı autoimmun cavab olub, seroz təbəqələrin iltihabı – poliserozitlərlə (perikardit, plevrit, peritonit) təzahür edir.

Miokard infarktının kəskin dövründə ürək əzələsində meydana çıxan dəyişikliklərin xarakterinə görə, zədələnmiş sahədə 3 zona ayırd edilir: mərkəzi hissədə nekroz prosesi üstünlük təşkil edir, onu əhatə edən sahə zədələnmə zonası adlanır; zədələnmə zonası ilə ürək əzələsinin sağlam hissəsi arasında işemiya zonası yerləşir.

Miokard infarktı zamanı elektrokardioqrafik dəyişikliklər zədələnmə və nekroz proseslərinin lokalizasiyasından, zədələnmiş sahənin böyüklüyündən və dərinliyindən, xəstəliyin inkişaf mərhələsindən və digər amillərdən asılıdır. EKQ-də miokardın işemiyasının əsas göstəricisi mənfi T dişinin olması, zədələnmənin göstəricisi ST seqmentinin izoelektrik xəttindən yuxarı qalxmasıdır.

Miokardda nekrozun yaranması EKQ-də patoloji Q dişciyinin əmələ gəlməsi və R dişciyinin amplitudasının azalması ilə müşahidə olunur. Nekroz sahəsi böyüdükcə Q dişciyi daha da dərinləşir, R dişciyi isə qısalır və ya tamamilə itir, transmural infarktın göstəricisi kkimi QS sindromu əmələ gəlir.

Miokardda nekrozun yaranması EKQ-də patoloji Q dişciyinin əmələ gəlməsi və R dişciyinin amplitudasının azalması ilə müşahidə olunur. Nekroz sahəsi böyüdükcə Q dişciyi daha da dərinləşir, R dişciyi isə qısalır və ya tamamilə itir, transmural infarktın göstəricisi kimi QS sindromu əmələ gəlir.

Nekroz ocağında çapıq toxumasının inkişafı dövründə EKQ-də ST seqmenti izoelektrik xəttə yaxınlaşır, T dişciyi müsbət, bəzən isə mənfi və ya yastılaşmış şəkildə olur, dərin Q dişciyi tədricən kiçilir, əksər hallarda əvvəlki ölçülərinə çatmır, R dişciyinin amplitudası böyüyür (bəzən əvvəlki ölçülərinə çatır).

Miokard infarktının ağırlaşmaları. Miokard infarktının ağırlaşmalarını erkəngecikmiş olmaqla 2 qrupa bölmək olar. Erkən fəsadlar ilk günlər, saatlar və hətta dəqiqələrdə yarana bilər. Bunlara kardiogen şok, kəskin ürək çatmazlığı, kəskin anevrizma və ürəyin cırılması, tromboembolik fəsadlar, ürək ritminin və keçiriciliyinin pozulması, perikardit, mədə-bağırsaq traktının kəskin zədələnmələri və s. aiddir.

Gecikmiş ağırlaşmalara isə infarktdan sonrakı perikardit (Dressler sindromu), ürəyin xronik anevrizması, xronik ürək çatışmazlığı və s. aiddir.




Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin