Miokard infarktı – koronar qan dövranı pozulması nəticəsində inkişaf edən ürək əzələsinin nekrozudur.
Kardioskleroz – ürək əzələsinin sklerotik dəyişiklikləri olub, diffuz (aterosklerotik kardioskleroz) və ocaqlı (postinfarkt kardiosklerozu) formaları ayırd edilir.
Stenokardiya (angina pectoris – döş inağı) – koronar çatışmazlıqların tipik forması olub, ürək nahiyəsində ağrı və ya təzyiq hissiyyatı ilə özünü büruzə verir. Stenokardiya üçün ağrıların sol çiyinə, sol kürəkaltı və epiqastral nahiyələrə irradiasiya etməsi xarakterikdir.
Stabil (tipik) gedişli stenokardiya – ən çox rast gəlinən forma olub, adətən aterosklerotik dəyişikliyə uğramış koronar damarların fiziki və emosional gərginlik zamanı meydana çıxan spazmı ilə əlaqədardır. Bu cür dəyişikliyə uğramış damarlar sakitlik dövründə miokardın qana olan tələbatını ödəyir. Lakin fiziki və emosional gərginlik zamanı bu tələbat ödənilmir və nisbi koronar çatışmazlıq yaranır. Ağrılar adətən koronarolitiklərin qəbulundan sonra ötüb keçir.
Dostları ilə paylaş: |