Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı


KORONAR QAN DÖVRANI ÇATIŞMAZLIQLARI



Yüklə 59,51 Kb.
səhifə13/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   42
rək-qan dam.patologiyaları (1)

KORONAR QAN DÖVRANI ÇATIŞMAZLIQLARI
Koronar qan dövranı çatışmazlığı dedikdə tac damarların ürəyi onun tələbatına müvafiq miqdarda qanla təmin edə bilməməsi nəzərdə tutulur. Koronar qan dövranı çatışmazlıqları nisbi və mütləq olmaqla iki yerə bölünür.

Nisbi koronar çatışmazlıq ilkin olaraq ürəyin energetik tələbatı artan zaman (fiziki iş, arterial hipertenziya və s.) inkişaf edir. Bu zaman koronar qan dövranının intensivləşməsi baş versə də, bu, ürəyin artmış işi fonunda kifayət etmir.

Mütləq koronar çatışmazlıq zamanı istər ürəyin işi artdıqda, istərsə də sakitlik vəziyyətində miokardın qan təchizatı pozulur.

Koronar çatışmazlıqların və miokardda işemiya proseslərinin inkişaf mexanizmində aşağıdakı amillərin rolunu göstərmək olar:



Obturasiya– bu, tac arteriyalarının mənfəzinin daralması olub, aşağıdakı səbəblərdən baş verir:

  • damar mənfəzini daraldan aterosklerotik düyünlər (90% hallarda miokardın işemiyasının əsas səbəbi kimi rol oynayır);

  • tac arteriyaların trombozu (əksər hallarda aterosklerozun nəticəsi kimi meydana çıxır);

  • tac damarların emboliyaları;

  • tac damarların iltihabı – koronaritlər, əsasən revmatizm, sifilis zamanı müşahidə edilir.

Angiospazm– tac damarların spazmı olub, bir sıra səbəblərlə əlaqədardır: katexolaminlər (β-adrenoreseptorların blokadası fonunda α-adrenoreseptorların oyanması); vazopressin; angiotenzin II; tromboksan A2; hipokapniya; endotelin.

Kompressiya– tac damarların xaricdən sıxılması ilə əlaqədardır. Belə hal taxikardiya zamanı yarana bilər, çünki sistola zamanı tac damarların sıxılması müddəti artır. Bəzən koronar damarlara təzyiq çapıq və şiş toxuması ilə bağlı olur.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin