Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı


Ürəkdə oyanmanın pozulması ilə əlaqədar olan aritmiyalar



Yüklə 59,51 Kb.
səhifə29/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   42
rək-qan dam.patologiyaları (1)

Ürəkdə oyanmanın pozulması ilə əlaqədar olan aritmiyalar. Ürəkdə oyanmanın pozulması nəticəsində yaranan aritmiyalar ürəyin növbədənkənar yığılmalarına səbəb olan ektopik ocaqlarla əlaqədardır. Məlumdur ki, ürəyin keçirici sisteminə aid olmayan kardiomiositləri avtomatizm qabiliyyətinə malik deyil. Miokardda inkişaf edən patologiyalar zamanı isə bu hüceyrələr avtomatizm (spontan depolyarizasiya) qabiliyyəti əldə edə bilər. Belə kardiomiositlərdə spontan depolyarizasiya sürəti sinus düyünündə impulsların generasiya sürətindən çox olarsa, onlar ektopik ocaqlara çevrilir. Kardiomiositlərdə spontan depolyarizasiyanın yaranması patologiyalar (miokard infarktı, Addison xəstəliyi və s.) zamanı hüceyrədaxili və hüceyrədənxaric mühitdə ionların konsentrasiya qradiyentinin dəyişməsi (xüsusilə kalium ionlarının) ilə əlaqədardır. Belə ki, avtomatizm qabiliyyəti olmayan hüceyrələrdə membranın sakitlik potensialının sinus düyünündə olduğu kimi -60 mV-a çatması onlarda spontan depolyarizasiyanın yaranmasına səbəb olur.

Ürəkdə oyanmanın pozulması ilə əlaqədar olan aritmiyalardan ən çox rast gəlinəni ekstrasistoliyalar və paroksizmal taxikardiyalar sayılır.

Ekstrasistoliya ürəyin və ya onun hər hansı bir hissəsinin növbədənkənar yığılmasına deyilir.Ürəyin növbədənkənar yığılmalarına səbəb olan ektopik ocağın lokalizasiyasına görə ekstrasistoliyaların sinus (homotop), qulaqcıq, qulaqcıq-mədəcik və mədəcik formaları ayırd edilir.

Sinus ekstrasistoliyası sinus düyünündə bir qrup hüceyrələrin vaxtından əvvəl oyanması ilə əlaqədardır. Bu zaman ürəyin normal yığılmasından əsas elektrokardioqrafik fərq odur ki, ekstrasistoliyadan əvvəlki T-P diastolik intervalı qısalmış olur.

Qulaqcıq ekstrasistoliyası zamanı növbədənkənar impuls qulaqcıq divarında əmələ gəlir. EKQ-də vaxtndan əvvəl kiçik voltajlı P dişi yaranır. İmpuls atrioventrikulyar düyünə yaxın olan sahədə yarandıqda oyanma dalğası əks istiqamətdə yayılır, P dişi mənfi olur.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin