Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı


DAMAR TONUSUNUN NEYROHUMORAL POZULMALARI



Yüklə 59,51 Kb.
səhifə37/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
rək-qan dam.patologiyaları (1)

DAMAR TONUSUNUN NEYROHUMORAL POZULMALARI
Orqanizmdə arterial təzyiqin səviyyəsi ürəyin dəqiqəlik həcmindən, damarların periferik müqavimətindən, aortanın, magistral arteriyaların elastikliyindən, dövr edən qanın həcmi və reoloji xüsusiyyətlərindən birbaşa asılıdır.

Damar tonusunun əsas göstəricisi sistolik arterial təzyiq hesab olunur.



Sistolik arterial təzyiqin səviyyəsi ürəyin sol mədəciyinin vurğu həcmindən, qanın maksimal qovulma sürətindən və aortanın gərilməsindən asılıdır. Normada sistolik arterial təzyiq 100-140 mm cv. st. hesab olunur. Diastolik arterial təzyiqinsəviyyəsini isə əzələ tipli arteriyanın tonusu, dövr edən qanın həcmi və az dərəcədə sol mədəciyin qovma fraksiyası müəyyən edir. Sağlam insanlarda diastolik arterial təzyiq 60-90 mm cv. st. çərcivəsində tərəddüd edir. Sistolik və diastolik arterial təzyiq arasındakı fərq nəbz təzyiqi adlanır.

Arterial təzyiqin səviyyəsinin yüksəlməsi orqanizmdə pressor amillərin artması və depressor amillərin azalması ilə əlaqədardır. Pressor amillər aşağıdakılardır:



  • simpatoadrenal sistem;

  • renin-angiotenzin sistemi;

  • aldosteron-vazopressin sistemi;

  • qlükokortikoidlər;

  • tromboksan-A2;

  • endotelin.

Depressor amillər isə aşağıdakı kimi qruplaşdırılır:

  • aorta qövsündən və sinokarotid zonadan ötürülən impulslar;

  • A, E prostaqlandinləri;

  • prostasiklin (PGI2);

  • kallikrein-kinin sistemi;

  • qulaqcıq natriumuretik hormonu;

  • endotel-relaksasiya amili (NO).


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin