Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı


Ürəkdə oyanmanın və keçiriciliyin eyni vaxtda pozulması ilə əlaqədar olan aritmiyalar



Yüklə 59,51 Kb.
səhifə35/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
rək-qan dam.patologiyaları (1)

Ürəkdə oyanmanın və keçiriciliyin eyni vaxtda pozulması ilə əlaqədar olan aritmiyalar. Ürəkdə eyni vaxtda oyanmanın və keçiriciliyin pozulması ilə əlaqədar olan arıtmiyalara qulaqcıqların titrəməsi(ürək yığılmalarının dəqiqəlik sayı 250-400 olur), qulaqcıqların səyriməsi (qulaqcıqlarda yaranan impulsların sayı dəqiqədə 400-600 olur), mədəciklərin titrəməsi (ürək yığılmalarının dəqiqəlik sayı 150-300 olur) və mədəciklərin səyriməsi(fibrilyasiyası) – (mədəciklərdə yaranan impulsların sayı 1 dəqiqədə 300-500 olur) aiddir.

Səyrici aritmiyaların inkişafını izah edən nəzəriyyələrdən biri impulsların təkrar daxil olma (re-entry) nəzəriyyəsidir. Normal şəraitdə oyanma dalğası miokardda müəyyən qayda ilə müxtəlif istiqamətlərdə yayılır və sönür. Bu zaman yeni impulsun qəbul edilib yayılması üçün ürək əzələsinin bütün lifləri eyni vaxtda refrakter dövrdən çıxmalıdır. Miokardın hər hansı bir nahiyəsində patoloji proses olduqda həmin nahiyədə refrakter dövr uzanır. Nəticədə bu nahiyədən impulsun anteqrad istiqamətdə keçməsi blokada olunur. Digər istiqamətdə yayılmış impuls dalğası isə retroqrad istiqamətlə patoloji proses olan nahiyəyə çatdıqda həmin nahiyə refrakter dövrdən çıxmış olur və impuls dalğası buradan keçərək, yeni siklə daxil olur. Beləliklə, retroqrad yayılan oyanma dalğalarının sönmədən miokard daxilində uzunmüddətli dövr etməsi baş verir.

Qulaqcıqların titrəməsi zamanı impulsların sayı 1 dəqiqədə 250-400 olduğundan bu impulsların bir qismi atrioventrikulyar düyündə blokada olunur və mədəciklərə keçə bilmir, nisbi ürək blokadası inkişaf edir, yəni mədəciklər yalnız ikinci-dördüncü qulaqcıq yığılmasına cavab verir, qalan oyanma dalğaları refrakter fazaya düşür. Çünki atrioventrikulyar düyün 1 dəqiqədə 200-220-dən çox impuls ötürə bilmir.

Qulaqcıqların titrəməsi zamanı EKQ-də P dişinin itməsi və onun yerində kiçik amplitudalı tezləşmiş F dişlərinin əmələ gəlməsi müşahidə edilir (ingiliscə “flutter” – uçmaq, dalğalanmaq). QRS kompleksləri normal olur. Əgər qulaqcıqlarda yaranan impulsların sayı dəqiqədə 400-600 olursa, onda qulaqcıqların səyriməsi və ya fibrilyasiyası baş verir. Qulaqcıqların səyriməsi zamanı qulaqcıq tam yığılmır, yalnız ayrı-ayrı əzələ lifləri yığıldığından qanın qovulması pozulur və mədəciklərdə kifayət qədər qan toplanmır. Bu, hemodinamika pozulmalarına səbəb olur. Bir çox hallarda mədəciklərin yığılması qanla tam dolmadan baş verdiyindən nəbz dalğası ilə müşayət edilmir. Ona görə də nəbzin dəqiqəlik sayı ürək yığılmalarından az olur (nəbz defisiti).




Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin