Qarışıq forma arterial hipertenziyalar. Bu tip arterial hipertenziyaların inkişafı eyni vaxtda bir neçə mexanizmin fəaliyyətə qoşulması ilə əlaqədardır. Məsələn, beyin zədələnmələri zamanı arterial hipertenziyaların patogenezində neyrogen, endokrin, böyrək və digər mənşəli patoloji amillər rol oynayır.
Arterial hipertenziyaların ağırlaşmaları. Arterial hipertenziyaların çox təsadüf edilən və təhlükəli sayılan ağırlaşmalarından hipertonik krizləri, miokard infarktını, beyin insultunu, ürək və böyrək çatışmazlıqlarını, hipertonik ensefalopatiyanı, retinopatiyaları, aortanın anevrizmasını göstərmək olar.
Hipertonik kriz – sistolik və diastolik arterial təzyiqin kəskin yüksəlməsi, beyin, koronar və böyrək qan dövranının pozulması ilə müşayiət olunur, ensefalopatiyalar, subaraxnoidal qansızma, insult, miokard infarktı, kəskin sol mədəcik çatışmazlığı (ağciyər ödemi ilə birlikdə) kimi ağır dəyişikliklərə səbəb ola bilər.
Dostları ilə paylaş: |