Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı



Yüklə 59,51 Kb.
səhifə25/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
rək-qan dam.patologiyaları (1)

Avtomatizmin pozulmaları. Avtomatizm pozulmaları ilə əlaqədar olan aritmiyalar 2 böyük qrupa ayrılır: homotopheterotop ritmlər. Homotop aritmiyalarda impulsların mənbəyi sinus düyünü, heterotop aritmiyalarda isə impulsların mənbəyi sinus düyünü deyil, ürəyin keçirici sisteminin aşağı söbələridir.

Homotop ritmlərin aşağıdakı formaları ayırd edilir:

  • sinus taxikardiyaları;

  • sinus bradikardiyaları;

  • sinus (tənəffüs) aritmiyaları;

  • sinus düyününün zəifliyi (taxikardiya-bradikardiya sindromu).

Sinus taxikardiyaları ürək vurğularının 90-dan çox olmasına deyilir. Əsas səbəbləri aşağıdakılardır:

Ürəyə simpatoadrenal təsirin qüvvətlənməsi. Bu zaman qana simpatik sinir uclarından noradrenalin və böyrəküstü vəzin beyin maddəsindən adrenalin ifrazı artır. Belə hal daha tez-tez emosional stress, fiziki gərginlik, nevroz, kəskin arterial hipotenziya (baroreseptorlardan afferent impulsların aktivləşməsi ilə əlaqədar), ürək çatışmazlığı (qanın sağ qulaqcığa axınının artması nəticəsində Beynbric refleksinin prosesə qoşulması), hipertermiya və qızdırma ilə gedən patologiyalarda müşahidə edilir.

Ürəyəparasimpatik təsirin zəifləməsi. Bu, mərkəzi sinir sistemi səviyyəsində (qabıqaltı nüvələr, retikulyar formasiya, uzunsov beyin nüvələri), keçirici yolların, sinir kötüklərinin, parasimpatik qanqlionların və miokardda xolinoreseptorların zədələnməsi ilə əlaqədar ola bilər.

Müxtəlif mənşəli (fiziki, kimyəvi, bioloji) amillərin sinus düyününə qıcıqlandırıcı təsiri. Bu hal miokarditlər, miokard infarktı, perikarditlər, mexaniki travma, kardioskleroz və s. patologiyalarda müşahidə edilir.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin