Mühazirənin planı : Qan dövranı çatışmazlığı Ürək çatışmazlığı Damar çatışmazlığı



Yüklə 59,51 Kb.
səhifə22/42
tarix02.01.2022
ölçüsü59,51 Kb.
#39787
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   42
rək-qan dam.patologiyaları (1)

Toksik və iltihabi nekrozlar. Ürək əzələsində müxtəlif iltihabi proseslər (revmatizm, difteriya və s.), bir sıra intoksikasiyalar miokardda çoxlu miqdarda nekroz ocaqlarının yaranması ilə nəticələnə bilər.

Kardioskleroz. Ürəyin işemik xəstəliklərindən biri də kardiosklerozdur. Kardioskleroz patoloji vəziyyət olub, məhv olmuş kardiomiositlərin yerində çapıq toxumasının inkişafı ilə xarakterizə olunur.

Kardiosklerozun səbəbləri kimi miokard infarktı, ateroskleroz, miokardit və müxtəlif miokardiodistrofiyalar rol oynaya bilər. Kardiosklerozun aşağıdakı növləri ayırd edilir: aterosklerotik kardioskleroz; infarktdan sonrakı kardioskleroz; miokarditdən sonrakı kardioskleroz.

Aterosklerotik kardioskleroz tac damarlarda gedən aterosklerotik dəyişikliklər nəticəsində uzun illər ərzində inkişaf edir. Ürəyin əzələ toxuması daim oksigen aclığına məruz qaldığına görə tədricən birləşdirici toxuma ilə əvəz olunur. Birləşdirici toxuma miokardda bərabər səviyyədə yayılaraq, diffuz xarakter daşıyır. Xəstə uzun illər heç bir simptom hiss etməyə bilər. Zaman keçdikcə ürək çatışmazlığı əlamətləri təzahür edir.

İnfarktdan sonrakı kardioskleroz miokard infarktından sonra nekrozun yerində əmələ gəlir. Təkrari infarktlar ürəyin müxtəlif hissələrində çapıq toxumasının əmələ gəlməsinə səbəb olur və bu da ürəyin yığılma qabiliyyətinin azalmasına gətirib çıxarır. Çapıq toxuması miokardın ayrı-ayrı sahələrini tutduğuna görə ocaqlı xarakter daşıyır.

Miokarditdən sonrakı kardioskleroz müxtəlif mənşəli miokarditlərdən sonra inkişaf edir (karies, irinli angina, xronik tonzillit və s.). Buna təkcə böyüklərdə deyil, uşaq və yeniyetmələrdə də rast gəlinə bilər.


Yüklə 59,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin