ÜRƏYİN QEYRİ-KORONAR MƏNŞƏLİ PATOLOGİYALARI
Kardiomiopatiyalar miokardın qeyri-koronarogen mənşəli patologiyası olub, kardiomeqaliya və qan dövranı çatışmazlığı ilə xarakterizə olunur. Kardiomiopatiyalar dilatasion, hipertrofik və restriktiv olmaqla 3 qrupa bölünür.
Dilatasion kardiomiopatiya ürəyin kameralarının (xüsusilə sol mədəciyin) genişlənməsi və onun sistolik funksiyasının pozulması ilə müşayiət olunur.
Hipertrofik kardiomiopatiya zamanı mədəciklərin hipertrofiyası (xüsusulə sol mədəciyin) və ürəyin diastolik funksiyasının pozulması baş verir.
Restrikriv kardiomiopatiya zamanı hemodinamik pozulmaların patogenezinin əsas mərhələsini miokardın diastolik funksiyasının pozulması təşkil edir (hipertrofik kardiomiopatiyada olduğu kimi). Restriktiv kardiomiopatiyada isə diastolik funksiyanın pozulması endokardın qalınlaşması və miokardın fibroz toxuma ilə əvəzlənməsi nəticəsində baş verir.
Dostları ilə paylaş: |