Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


Fövqəladə vəziyyət zamanı obyektin dayanıqlı işinin qiymətləndirilməsinin



Yüklə 0,82 Mb.
səhifə59/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
Mülki müdafiə mühazirələr.

Fövqəladə vəziyyət zamanı obyektin dayanıqlı işinin qiymətləndirilməsinin TƏDQİQ OLUNMASI VƏ TƏŞKİLİ

Fövqəladə hallarda işin dayanaqlığını yüksəldən konkret tədbirləri müəyyən etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə araşdırmalar (tədqiqatlar) aparılır.

Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən bütün əsas elementlərinin mövcud vəziyyəti müasir silahların bütün zədələyici amillərinə, ikinci amillərə, habelə ehtimal edilən kortəbii hadisələrin təsirinə davamlılıq baxımından qiymətləndirilib, təyin edilir. Bundan məqsəd – obyektin istehsal fəaliyyətində ən zəif sahələri aşkara çıxarmaq və onların etibarlığını, eləcə də bütünlüklə müəssisənin dayanaqlı işini təmin etmək üçün tələb olunan mühəndis-texniki, texnoloji və təşkilati tədbirləri müəyyənləşdirməkdir.



Mühəndis-texniki tədbirlər obyektdəki binaların, qurğuların, avadanlığın və kommunikasiyaların zədələyici təsirlərə fiziki (statik) davamlığını artırmaq üçün görülən tədbirlərdir.

Texnoloji tədbirlər dedikdə ikinci zədələyici amillər yaranması ehtimalının qarşısını almaq məqsədilə obyektdə texnoloji rejimin dəyişdirilməsi nəzərdə tutulur.

Təşkilati tədbirlər isə, fövqəladə hallar yaranan şəraitdə obyektdə mülki müdafiə qərargahının, dəstələrini, habelə fəhlə və qulluqçuların ən səmərəli fəaliyyət qay-dalarını müəyyən etməkdən ibarətdir.

Məhz bütün bu tədbirlərin konkretləşdirmək üçün aparılan araşdırmalar mütəxəssislər tərəfindən xüsusi metodika üzrə və müvafiq hesablama cədvəllərindən istifadə edilməklə aparılır. Həmin işləri obyektin rəhbəri təşkil edir. Bu məqsədlə onun əmrinə əsasən müxtəlif sahələr üzrə müvafiq araşdırma qrupları yaradılır, onların konkret vəzifələri və iş proqramları müəyyənləşdirilir. Bu qruplara müəssisənin mütəxəssislər ilə yanaşı elmi-tədqiqat idarələrinin əməkdaşları da cəlb oluna bilər. Tədbirlər iqtisadi cəhətdən o zaman əsaslandırılmış hesab edilir ki, onlar eyni zamanda əmin-amanlıq dövründə də obyektin qəzasız fəaliyyətinin təmin olunmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və istehsal prosesinin təkmilləşdirilməsinə xidmət edir.

Dayanaqlığın qiymətləndirilməsi üzrə işləri yerinə yetirmək üçün obyektlərdə əsas mütəxəssislərdən ibarət hesabat-tədqiqat qrupları yaradılır ki, bunlara:


  • fəhlə və qulluqçuların müdafiəsinin tədqiqi;

  • bina və qurğuların dayanaqlığı;

  • sənaye avadanlıqları;

  • texnoloji proseslər;

  • elektrik, su, qaz və buxar təchizatı;

  • maddi-texniki təchizatın tədqiqi;

  • sənayenin dayanıqlı idarə olunmasının tədqiqi və həmçinin kompleks tədqiqat və ümumi işlərin nəticələrini yekunlaşdıran qrup daxildir. Zərurilikdən asılı olaraq obyektin xüsusiyyətinə əsasən tədqiqat qrupları başqa vəzifələri də yerinə yetirə bilər, onların sayı artırılıb, azaldıla bilər.

Dayanaqlığın qiymətləndirilməsi və tədqiqi üzrə işlərin səmərəli təşkili üçün obyekt rəhbəri əmr verir, bu əmrdə tədqiqat işləri üzrə kolendar plan və yerinə yetiriləcək işlər üzrə tapşırıqlar müəyyənləşdirilir.

Hər bir hesab-tədqiqat qrupu uyğun olaraq öz profili üzrə alınmış tapşırığa əsasən obyekt elementlərinin dayanaqlığını tədqiq edərək onun artırılması üçün təkliflər hazırlayırlar.

Nəhayət alınmış nəticələr analiz olunaraq bütövlükdə müəssisənin dayanıqlı işini artırmaq məqsədilə ümumi tədbirlər planı təsdiq olunur. Bu planda müəssisənin öz gücü və vəsaiti hesabına aparılmış mühəndis-texniki tədbirlər müəssisə rəhbəri tərəfindən təsdiq olunaraq tədqiqatçıların nəzərinə çatdırılır, qalan təklif və tədbirlər təsdiq olunmaq üçün müəssisə tabeliyində olduğu nazirlik və baş idarəyə göndərilir. Burada tədqiqatın ümumi nəticəsinə əsasən hesabat məruzəsi hazırlanır, hansı ki, burada obyekt dayanaqlığını yüksəltmək məqsədi ilə mühəndis-texniki tədbirlər planı təklif və nəticələr uyğun mülki müdafiə qərargahı ilə məsləhətləşərək təsdiq olunur.

Mühəndis-texniki tədbirlər planının həyata keçiril-məsi isə növbəti təmir, rekonstruksiya və ya obyekt avadanlıqlarının dəyişməsi prosesində yerinə yetirilir. Bu proseslərlə əlaqəsi olmayan tədbirlər isə planda göstərilən müddətdə yerinə yetirilir.

Tədbərilərin həyata keçirilməsi prosesində ən məsuliyyətli hal obyektin (sistemin) ayrı-ayrı elementlərinin fiziki dayanaqlığının qiymətləndirilməsidir. Bütün zədələyici amillərə qarşı fiziki dayanıqlığın qiymətləndirilməsi metodikasının düzgün seçilməsi bütövlükdə obyektin dayanıqlığının yüksəldilməsinə yönəldilir (gətirib çıxarır).

Belə araşdırmalar nəticəsində iki cür plan tərtib edilir: birincisi, sülh dövründə obyektdə işin dayanıqlığının yüksəldilməsi üzrə tədbirlər planı və ikincisi, müharibə təhlükəsi yaranan dövrdə obyektdə işin dayanaqlığını artırmaq üzrə tədbirlər planıdır.

Obyektin rəhbəri tərəfindən təsdiq edilib yuxarı idarələr, nazirliklərlə razılaşdırılandan sonra birinci plandakı tədbirlər obyektin iqtisadi və sosial inkişafı üzrə perspektiv planlara, ikinci sənəddəki işlər isə müəssisəni müharibə və sülh dövrü üçün mülki müdafiə planına daxil edilir.

FH zamanı obyektin dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi metodikası

İqtisadiyyat obyektləri öz təyinatına və gücünə görə bir-birindən fərqlənirlər. Lakin onlarda ümumi cəhətlər də vardır. Belə ki, bütün obyektlərin profilindən (təyinatından) asılı olmayaraq onlarda fəaliyyət göstərən tikinti təşkilatı eynidir, onların gördükləri işin dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi metodikası birdir, obyektlər də təyinatına görə fərqlənən müxtəlif elementlərin dayanıqlıq dərəcəsi isə müxtəlif üsullarla hesabat yolu ilə müəyyənləşdirilir.

Obyektin dayanıqlı işinin qiymətləndirilməsinə aşağıdakılar daxildir:


  1. Obyektin özünün bir mühəndis – texniki kompleks kimi dayanıqlığının qiymətləndirilməsi – buraya binalar, qurğular, kommunal-enerji xətləri, texnoloji kommunal

  2. kasiya və avadanlıqların nüvə partlayışının bütün zədələyici amillərinə, ikinci zərbə (zədələmə) amillərinə və mümkün təbii fəlakət amillərinə qarşı davamlılığı, yəni obyektin əsas elementlərinin fiziki dayanıqlığı daxildir.

2. Obyektin sənaye fəaliyyətinin dayanıqlığının qiymətləndirilməsi – bu qol geniş bir anlayış olub, fövqəladə vəziyyət zamanı obyektin işinin necə getməsi (hətta sənayenin xarici əlaqələrini də nəzərə almaqla) onun fasiləsiz işini və nəzərdə tutulan məhsuldarlığı saxlama qiymətini xarakterizə edir. Müasir şəraitdə şaquli əlaqələrinin kəskin pozulması, bunun əvəzinə dövlətlər arası üfüqi münasibətlərin gəlməsi dayanıqlığın qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Obyektin dayanıqlı işinin qiymətləndirilməsi üçün ilk verilənlər aşağıdakılardan ibarətdir:



  • bina və qurğuların konstruktiv xüsusiyyətləri və tikililərin sıxlığının xarakteri;

  • texnoloji avadanlıq və texnoloji kommunikasiyaların xarakteristikası (qiymətli avadanlıq, dəzgah və zərif qurğular, cihazlar və sistemlər);

  • kommunal-enerji xətlərinin xarakteristikası;

  • sənayenin və texnoloji prosesin yanğın və partlayış xarakteristikası;

  • obyektdə ikinci zədələmə amilinin olma mənbələri;

  • texnologiyanın hərbi rejimə keçməsi ilə əlaqədar bəzi sexlərin və işin dayandırılması, həmçinin həyəcan siqnalı və ya başqa FV yaranan zaman sənayenin qəzasız tam dayandırılması;

  • fəhlə və qulluqçuların ümumi sayı və ən böyük iş növbəsinin sayı, obyektin mühafizə qurğuları və fərdi mühafizə vasitələri (FMV) ilə təmin olunması;

  • obyekt yerləşən rayonun xarakter xüsusiyyəti (ərazi, partlayış təhlükəli ambarlar, yanğın təhlükəli və kimyəvi müəssisələr, ən çox ehtimal olunan təbii fəlakətlər).

Obyektin dayanıqlığının qiymətləndirilməsi hər birtəsiredici parametr üçün FV (sülh və müharibə vaxtı) halı üçün ardıcıl olaraq aparılır. Nüvə partlayışı üçün, bu zərbə dalğası, işıq şüalanması, nüfuz edici radiasiya, yerin radioaktiv çirklənməsi, elektromaqnit impulsu həmçinin ikinci zədələmə amilləri. Bu zaman dayanıqlıq kriteriyası (meyar) kimi aşağıdakılar seçilə bilər:

  • obyektin dayanıqlı işini poza bilməyən nüvə partlayışı zədələyici amili kriteriyasının (Zkr.) maksimal qiyməti;

  • verilmiş gücdə nüvə partlayışının epimərkəzinə qədər olan maksimal məsafə Rkr., hansı ki, obyektin dayanıqlı işi pozulur.

Zədələnmə kriteriyası Zkr. nüvə partlayışının hər hansı bir zədələmə amilinə görə, (başqa amillərin eyni zamanda təsiri nəzərə alınmadan) obyektin dayanıqlığını qiymətləndirməyə imkan verir. Məsafə kriteriyası Rkr., nüvə partlayışının zədələyici amillərinin eyni zamanda bir neçəsinin təsirinə görə dayanıqlığın qiymətləndirilməsinə imkan verir və bu zaman ən təhlükəli halı seçmək mümkün olur.

Beləliklə hər bir elementin dayanıqlıq kriteriyasının müəyyən etməklə, onlar (elementlər) arasında ən zəifi (zərifi) təyin olunur. Obyektin ən zəif (zərif) elementi başqa elementlərlə müqayisədə Zkr. ən az və ya Rkr. ən çox olan element olacaqdır. Obyektin dayanıqılığının yüksəldilməsi hər şeydən əvvəl həmin zəif (zərif) elementlərin dayanıqlığının yüksəldilməsi nəticəsində əldə olunur.

Göründüyü kimi bu metodikanın tətbiqi zamanı, heç də verilmiş obyekt (rayon) üçün nüvə partlayışının dəqiq verilənlərini (güc, partlayışın növü, partlayışın koordinatları və s.) bilməyə ehtiyac olmur. Necə ki, dayanıqlığın qiymətləndirilməsi obeyktin ayrı-ayrı elementlərinin öz aralarında müqayisəsi üsulu ilə aparılır, burada ancaq dayanıqlıq kriteriyasının qiymətini təyin edərkən eyni şəraiti gözləmək lazımdır.

Zkr. və Rkr. – kriteriya qiymətləri öz aralarında əlaqəli olduğundan onların funksiyaları Zkr. = f(q,H, Rkr.) və Rkr. = f(q,H, Zkr.) (q = const) olduqda monoton olur.

Buna görə obyektətəsir edən hər bir zədələyici amilə qarşı dayanıqlığın qiymətləndirilməsi bu kriteriyalardan hansı biri ilə aparılarsa nəticə eyni olacaqdır. Cədvəllərdə adətən obyekt elementləri üçün Zkr. qiyməti verildiyindən, obyektin dayanıqlığının qiymətləndirərkən Zkr. Kriteriyasından istifadə etmək məqsədə uyğun hesab edilir.

Beləliklə bütün verilənləri öyrəndikdən sonra fövqəladə vəziyyət şəraitində obyektin dayanıqlığının qiymətləndirilməsi hər bir zədələyici amilə qarşı aşağıdakı ardıcıllıqla aparılır:

1. FH zamanı obyektin öz məhsuldarlığını saxlaması üçün lazım olan sexlərin, sahələrin və b. Qurğuların sayı həmçinin elementləri və onların mümkün zədələyici amillərə qarşı həssaslığı;

2. Obyekt elementlərinin dayanıqlı işi pozulmayan hal üçün parametrlərin maksimal qiymətinin təyini;

3. Obyektin dayanıqlı işinə təsir edə bilən ən zəif (zərif) elementinin təyini;

4. Obyektin zərif elementinin dayanıqlığının artırılaraq, əsas elementlərin dayanıqlıq həddinə çatması üçün məqsədyönlü iqtisadi həddin təyini;

5. Obyektin zəif elementinin dayanıqlığının yüksəltmək üçün, hesabat və tədbirlərin aparılması və işlənməsi.

Qeyd etmək lazımdır ki, burada daha incə məsələlərin həlli zamanı da (məsələn, ayrı-ayrı cihazların, aqreqatların, aparatların, idarə etmə sistemlərinin və s. dayanıq-lığının qiymətləndirilməsində) işin ardıcıllığı dəyişmir. Necə ümumi halda olduğu kimi əvvəlcə aparatın tərkibi, sxemi, istifadə olunan materiallar analiz olunaraq onun verilmiş zədələyici amilin təsirinə qarşı həssas elementləri aydınlışdırılır, cədvəl və ya hesabat yolu ilə onların dayanıqlıq dərəcəsi qiymətləndirilərək ən zəif (zərif) yerlər müəyyən edilərək onların dayanıqlığını artırmaq üçün tədbirlər görülür. Belə ki, bir çox zərif elementlər daha davamlısı ilə əvəz olunur, müdafiə ekranları hazırlanır, ehtiyat avtomatik idarə etmə sistemləri yaradılır, əvəzedici elementlər daxil edilir, yeni qurulaşlar və s. tətbiq olunur.

Bir çox hallarda ayrı-ayrı elementlərin dayanıqlığını müəyyən edərək onun üçün ən təhlükəli zədələyici amili təyin etmək üçün bu elementə eyni zamandatəsir edən bir neçə zədələyici amilə görə dayanıqlığı qiymətləndirilir. Bu məqsəd üçün Rkr. Kriteriyasından istifadə etmək daha məqsədə uyğun hesab edilir. Bu zaman əgər Rkr.-də obyekt elementlərinin çoxunu sıradan çıxara bilən zədələyici amilin apriorunu ayırmaq mümkün olarsa (məsələn, zərbə dağlasının), onda obyekt elementlərinin başqa zədələyici amillərə qarşı dayanıqlığının qiymətləndirilməsində onları parametrlərinin Rkr. məsafədə aparmaq olar. Dayanıqlığın bu cür qiymətləndirilməsi üçün aşağıdakı təklif etmək olar:

1. Cihazın (elementin) vəzifəsinə və təyinatına görə onun istifadə olunma şərtinin təyin olunması (açıq ərazi, sex, işçi bina, zirzəmi otaqları, mühafizə qurğuları s.);

2. Cədvəldən istifadə etməklə və ya hesabat yolu ilə zərbə dalğasının cihazın iş rejimini pozmayan izafi təzyiqinin Ri kr. (Zkr.) maksimal qiymətini təyin etmək (bu zaman cihazın iş qabiliyyətini itirməsinə binaların və qurğuların dağılmasının və zərbə dalğasının cihaza bir başa təsirini nəzər almaq lazımdır);

3. Müəyyən olunmuş nüvə partlayışının trotil ekvivalentinə q və hündürlüyünə N görə məsafə kriteriyasını Rkr. Təyin etmək, yəni Rkr. = f (q, H, Ri kr.);

4. Müəyyən olunmuş nüvə partlayışının trotil ekvivalentinə q və hündürlüyünə N görə başqa zədələyici amillərin parametrlərinin qiymətini Zkr. = f (q, H, Rkr.) etmək;

5. Hər bir zədələyici amilin cihaza təsir edəcək parametrlərinin qiymətinə əsasən onun dayanıqlığı haqqında ümumi nəticə çıxarmaq;

6. Cihazın (obyekt elementinin) hər bir zədələyici amilinə qarşı dayanıqlığını artırmaq üçün təkliflərin hazırlanması.

Fövqəladə hallarda obyektlərin iş sabitliyini yüksəltmə yolları və üsulları

Xarakterinə görə belə tədbirlər qruplaşdırılır, bunlara bəzən, işin dayanıqlığının yüksəldilməsi yolları və ya istiqamətləri də deyilir: Bunlar aşağıdakılardır:

  • fövqəladə hallarda fəhlə və qulluqçuların mühafizəsinin təmin edilməsi;

  • obyektin ən vacib elementlərinin möhkəmliyinin artırılması və texnoloji prosesin təkmilləşdirilməsi;

  • maddi-texniki təchizatın dayanaqlığının artırılması;

  • ekstremal şəraitdə obyekti idarəetmə sisteminin etibarlılığının yüksəldilməsi;

  • müəssisədən istehsalat qəzaları baş verməsi. İkinci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlər işlənib hazırlanması;

  • obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi.

Bu tədbirlər əsasən əvvəlcədən işlənib yerinə yetirilir. Bilavasitə fövqəladə hallar yaranarkən görülməli olan əməliyyatlar isə qabaqcadan planlaşdırılır və onların dərhal icrası üçün hazırlıq görülür.

Həmin tədbirlərin mahiyyətini qısaca nəzərdən keçirək:

  1. fəhlə və qulluqçuların mühafizəsi hər hansı bir obyektdə işin dayanaqlığını yüksəltməyin ən vacib amilidir, çünki aydındır ki, işçi qüvvəsi olmadan hər bir istehsalat mümkün deyil. Bu məqsədlə görülən mühəndis-texniki tədbirlərin ən başlıcası bütün fəhlə və qulluqçuların mülki müdafiə mühafizə qurğuları ilə təmin edilməsidir. Bu iş həmin sahə üzrə əsas normativ sənəd olan inşaat normaları və qaydalarının II hissəsindən 11 bölməsinə (İN və Q-II-11-77) uyğun surətdə yerinə yetirilir.

Bu məsələlər əvvəlki mövzularda geniş şərh olunduğu üçün indi ancaq onu qeyd etmək kifayətdir ki, mühafizə məqsədilə, əhalinin təhlükəli rayonlardan köçürülməsi, fərdi mühafizə vasitələri işlətməsi, bilavasitə təhlükə barədə xəbərdarlıq, hamıya mühafizənin üsul və qaydalarının öyrədilməsi kimi təşkilati tədbirlər də nəzərdə tutulmuşdur;

b) obyektin ən vacib elementlərinin, bina və qurğularının möhkəmliyinin artırılması – buradakı avadanlığı, dəzgahları, texnoloji xətləri mühafizə üçün vacibdir. Məlum olduğu kimi tikilən sənaye binaları və qurğularının ümumi dayanaqlığı hissələrin ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır. Bu zaman tutaq ki, zərbə dalğasının, yaxud zəlzələnin törədə biləcəyi hər cür təsiri dəqiq nəzərə almaq heç də həmişə mümkün olmur. Bununla belə, sonradan konstruksiyalarında əsaslı dəyişiklik aparmaqla binaların möhkəmliyini artırmaq adətən lazımi nəticə vermir, həm də böyük xərclər tələb edir. Buna görə də bina və qurğuların dayanaqlığını artıran əlavə tədbirlər yalnız elə hallarda məqsədəuyğun sayılır ki, onların bütün istehsal prosesini təmin edən ayrı-ayrı vacib elementləri digər elementlərə nisbətən az davamlıdır. Onda belə hissələrin, həmçinin əlahiddə fəaliyyət göstərməklə dərhal işlədilə bilən məhsul buraxmaq qabiliyyətinə malik sahələrin dayanaqlığını artırmaq lazımdır. Adi bir misal göstərək: hesablama cədvəllərindən görünür ki, avtomat telefon stansiyalarının çoxmərtəbəli dəmir-beton karkaslı binaları 0,2, onların telefon-teleqraf avadanlıqları isə 0,5 kq/sm2 izafi təzyiqə davam gətirir. Əgər belə binaların pəncərə yerləri kərpic hörgülərlə bərkidilsə, giriş yolları isə daha möhkəm dəmir qapılarla əvəz edilib, onların davamlığı bütün binanın fiziki davamlıq dərəcəsinə (0,2 kq/sm2) çatdırılsa, onda demək olar ki, içəridəki avadanlığın davamlığı 0,05-dən 0,2 kq/sm2-dək artırıldı.

Belə misalları müqayisə yolu ilə zəlzələlərin təsirinə görə hesablamaq mümkündür.

Təcrübə göstərir ki, obyektlərin istehsalat binalarında müxtəlif texnoloji avadanlığı, ölçü və sınıq aparatlarını, o cümlədən də xeyli zərif elektron cihazları, telemexanika və avtomatika vasitələrini fövqəladə hadisələr baş verərkən bütünlüklə və etibarlı mühafizə etmək çətindir. Buna görə də ilk növbədə xüsusən qiymətli avadanlığın, etalon əhəmiyyətli nəzarət-ölçü cihazlarının qorunmasına, yaxud heç olmasa, mümkün qədər az zədələnməsinə nail olmaq lazımdır. Belə avadanlıqların dayanaqlığını yüksəltməkdən ötrü görülən tədbirlər onları daha möhkəm binalarda, xüsusi kameralarda yerləşdirmək, üzərində metal örtük, çətir qapaq və s. kimi qoruyucu tərtibatlar düzəltməkdir. Avadanlıq hissələri və qovşaqlarının, habelə təmir və bərpa üçün material, alət ehtiyatlarının yaradılması, cihazları döşəməyə etibarlı surətdə bərkidibmiş altlıqlar, stollar, üzərində yerləşdirmək, uçulan tavan və divar hissələri onların üstünə tökülməsin deyə, qoruyucu tərtibatlardan vaxtında istifadə etməklə də dayanaqlığı müəyyən dərəcədə yüksəltmək mümkündür.

Sülh və müharibə dövrlərində qəflətən törəyən təhlükə zamanı obyekti qəzasız dayandırmağa, avadanlıqlara enerji, qaz, texnoloji xammal verilməsini avtomatik surətdə kəsməyə imkan yaradan tədbirlər də sənaye obyektlərində texnoloji prosesin dayanaqlığını təmin edən mühəndis-texniki işlərdəndir;

v) maddi-texniki təchizat, təsərrüfat əlaqələrində dayanaqlığın əhəmiyyəti izah etməyə yəqin ki, indi heç bir ehtiyac yoxdur.

Obyektdə təchizatın sabitliyi xammal, material, komplektləşdirici hissələr, avadanlıq və yanacaq ehtiyatları yaratmaqla artırılır. Bunlar həm istehsalı davam etdirmək, həm də fövqəladə hallar pozularsa, onun bərpası üçün nəzərdə tutulur. Azalmayan ehtiyatlar halında tədarük görülən həmin materialların miqdarı nazirliklərin hər bir obyekt üçün təsdiq etdiyi normalar üzrə müəyyən olunur.

Müxtəlif yerlərdəki malgöndərən təşkilatlarla istehsal əlaqələrinin variantlarını hazırlamaq, digər müəssisələrdən alınan bir sıra ən vacib hissələrin, qovşaqların obyektin özündəcə istehsal olunması və s. tədbirlər də işin etibarlığını artırar.

Hazır məhsulların vaxtında və dərhal istehlakçıya göndərilməsi də çox vacibdir. Xüsusən, neftayırma, kimya müəssisələrində hazır məhsulun yığılıb qalması həm obyektin özü, həm də qonşu obyektlər və yaşayış sahələri üçün ciddi qorxu yaradır, ikinci zədələyici amillərin qorxulu mənbəyinə çevrilə bilər.

q) ekstremal şəraitdə obyektdə istehsal prosesini və mülki müdafiənin idarə etmək – rəhbər heyətin fəaliyyətində əsas və ən məsuliyyətli işdir. İdarəetmə prosesi – hər cür hallarda fəhlə və qulluqçulara, mülki müdafiə dəstələrinə daim rəhbərlik edilməsini nəzərdə tutur, əsas tələb isə onun fasiləsizliyidir. İdarəetməni rəhbər heyət rabitə və xəbərdarlıq vasitələrindən istifadə etməklə həyata keçirir.

Sülh dövründə idarəetmə üçün inzibati-xidmət binalarında, dispetçer məntəqələrində və digər otaqlarda yerləşdirilmiş texniki rabitə vasitələri, nəzarət-ölçü cihazları, məsafədən idarəetmə aparatları və sair cihazlar işlədilir. Əsas idarəetmə vasitələri sayılan bu avadanlıqlar mühafizə üçün nəzərdə tutulmamış binalarda qoyulduğuna görə adətən kifayət dərəcədə fiziki davamlığa malik olmurlar. Həmin avadanlıq yerləşdirilən tikililər obyektin əsas istehsal qurğularından daha tez sıradan çıxa bilər, bu isə müəssisədə idarəetmənin itirilməsi və istehsalın pozulması ilə nəticələnər.

Buna görə də müharibə dövründə müəssisənin fəaliyyətini etibarlı surətdə idarə edilməsi üçün buradakı sığınacaqların birində obyektin idarəetmə məntəqəsi yaradılıb, lazımi rabitə və xəbərdarlıq vasitələrilə təmin edilməlidir. Dispetçer məntəqələri, radioqovşağı da daha etibarlı mühafizə qurğularında, möhkəm zirzəmilərdə olmalıdır. Ən vacib istehsal sahələrini birləşdirən hava rabitə xətləri yeraltı kabel xətləri ilə əvəz edilsə, əlavə elektrik enerjisi mənbələri, akkumulyatorların doldurulması üçün tərtibat ehtiyatları yaradılsa, idarəetmə daha dayanaqlı olar;

q) müəssisələrdə istehsalat qəzalarını və ikinci zədələyici amillər ehtimalını azaltmaq üzrə tədbirlər adətən birgə hazırlanıb yerinə yetirilir.

Yanacaq, güclü təsirli kimyəvi maddələr istehsal edilən və digər yüksək təhlükəli zavodlarda bu tədbirlər sülh dövrü üçün obyektin mülki müdafiə planında nəzərdə tutulur. Burada ehtimal olunan qəzaların, habelə yarana biləcək ikinci zədələyici amillərin xarakteri və miqyası göstərilir, adamların və maddi sərvətlərin xilas edilməsi üzrə tədbirlər, qəza nəticələrinin aradan qaldırılması yolları və üsulları, bu zaman ixtisaslaşdırılmış qrupların, xilasedici, yanğınsöndürən dəstələrin fəaliyyət qaydası müəyyən edilir.

Müvafiq təşkilatlar tərəfindən aparılan araşdırmalar göstərir ki, sülh dövründə istehsalat qəzalarının xeyli bir qismi “insan amili” sayəsində baş verir, yəni səbəb – işçinin öz vəzifəsinin öhdəsindən gələ bilməməsi, yaxud öz işinə, texnoloji rejimin, istehsalat təlimatı tələblərinin icrasına səhlənkarlıqla yanaşmasıdır. Bax, buna görə də obyektlərdə hər bir işçiyə istehsalatda özünü hifzetmə hissinin aşılanması – qəza ehtimalını azaltmağın və ümumiyyətlə təhlükəsizliyin artırılması yollarından biri sayılmalıdır.

İstehsalat prosesində tez alışan, partlayış təhlükəli və güclütəsirli maddələrin işlədildiyi obyektlərdə bu maddələrin ən vacib minimal ehtiyatları müəyyən olunmalıdır. Bunlar müəssisələrdəki anbarlarda, tutumlarda saxlanmalı, artıq ehtiyatlar obyektdən kənarda olmalıdır. İstehsalatda tətbiq edilən təhlükəli maddələri neytral maddələrlə əvəz etməyə çalışmaq lazımdır (məsələn, detalların yuyulması üçün ağ neft, yaxud benzin əvəzinə – xronnikin su məhlulu işlədilməsi və s. kimi).

Təhlükəni və ehtimal olunan zərəri azaltmaq məqsədilə tez alışan, mayelər kimyəvi maddələr saxlanan tutumların ətrafında torpaqdan bənd düzəldilə bilər. Bəndin hündürlüyü elə hesablanmalıdır ki, tutum zədələnərkən axan bütün maye bəndin içərisində yerləşsin.

GTZM işlədilən və onların buxarları ilə zəhərlənmə təhlükəsi olan otaqlarda avtomat neytrallaşdırma qurğusu qoyulur. Zərərli buxarlar müəyyən təhlükəli konsentrasi- yaya çatanda qurğu avtomatik surətdə işə qoşularaq deqazasiya mayesi çiləyib, zəhərli maddələri neytrallaşdırır.

Fasiləsiz texnoloji xətlərə malik obyektlərdə yuxarıdakılardan əlavə, yanğın qəza baş verən sahələr üzərində su çətirləri (örtükləri) yaratmaq, onları digər magistraldan ayırıb məhdudlaşdırmaq üçün kəsici avtomat düzəltmək kimi tədbirlər də hazırlanmalıdır. Yaxınlığında təhlükəli obyektlər yerləşmiş bütün di-gər müəssisə, idarə və təşkilatlarda da orada qəza vaxtı yanğınların, zəhərli qaz və buxarların yayılmasına qarşı tədbirlər planlaşdırılması, belə hallarda davranış qaydalarının bütün heyətə öyrədilməsi olduqca vacibdir;

d) obyektdə pozulmuş istehsalın bərpa olunması üçün hazırlıq görülməsi. Yuxarıda deyildiyi kimi, obyektin məhsul buraxmağa qısa müddətdə hazırlanması imkanı onun işinin dayanaqlığının vacib göstəricisidir. Belə hazırlıq nə dərəcədə yüksəkdirsə, hər hansı bir səbəbdən zədələndikdən sonra müəssisədə istehsal prosesi bir o qədər tez bərpa olunar. Müharibə və sülh dövründəki fövqəladə hallarda obyektlər tamamilə, güclü surətdə, orta və zəif dərəcədə dağıntılara (zəhərlənmələrə) məruz qala bilər. Tamamilə və güclü dağıdılmış obyektlərdə, xüsusən müharibə dövründə istehsalın bərpa edilməsinə cəhdlər göstərilməsi adətən məqsədəuyğun sayılmır, çünki iqtisadi cəhətdən özünü doğrultmur. Orta və zəif dərəcədə zədələnən müəssisələrdə isə müharibə dövründə belə, məhsul buraxılışının bərpa olunması real sayılır, lakin o şərtlə ki, bu işlərə obyektin özü və onun şəxsi heyəti əvvəlcədən hazırlanmış olsun.

İstehsalatın bərpa edilməsi planları və layihələri adətən iki variantda – zəif və orta dərəcələrdə zədələnmə halları üçün tərtib olunur. Bu zaman hər iki şərait üzrə ilk növbəli bərpaetmə işlərinin xarakteri və həcmləri müəyyənləşdirilib, tələb ediləcək işçi qüvvəsi, materiallar, avadanlıq və s. habelə onların qiyməti hesablanır, bərpa müddətləri göstərilir. Bu zaman o da nəzərə alınar ki, bəzi hallarda obyektin bərpa edilməsi müvəqqəti xarakter daşıya bilər. Buna görə də ən vacib məhsulların qısa müddətdə istehsalına nail olmaq məqsədilə müvafiq normativ sənədlərin tələblərindən müəyyən dərəcədə kənara çıxma hallarına yol vermək mümkündür.

Müəssisənin bərpa olunması üçün əsas şərtlərdən biri də əvvəlcədən işlənib hazırlanmış layihələrin, tikinti üzrə və texniki sənədlərin qorunub saxlanmasıdır. Belə sənədlərin bir neçə nüsxədə hazırlanması, onların mikrofilmlərə köçürülüb ən etibarlı yerlərdə saxlanması bu sahədəki vacib tədbirlərdəndir.

Beləliklə, sülh və müharibə dövrlərindəki ekstremal şəraitdə sənaye obyektlərində işin dayanaqlığının yüksəldilməsi üzrə tədbirlər – işçilərin etibarlı mühafizəsinə, xilasetmə işlərinin qısa müddətdə icrası, istehsalın bərpa olunmasına yönəldilməklə bərabər, həmçinin əmin-amanlıq dövründə də istehsalat qəzaları ehtimalının azaldılması və qəza nəticələrinin məhdudlaşdırılması üçün böyük əhəmiyyətə malikdir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin