Partlayış məhsulları tamamilə parçalanana qədər alınan doza, R
Etalon doza gücü, R/saat partlayışdan 1 saat sonra üçün hesabı
Dozanın 10 saatdan sonra
R/saat
A.
Zəif çirklənmə zonası
(Xəritədə mavi rənglə işarələnir)
40–400
8–80
0,5
B.
Güclü çirklənmə zonası
(yaşıl rənglə)
400–1200
80–240
5
V.
Təhlükəli çirk-lənmə zonası
(qonur rənglə)
1200–4000
240–800
15
Q.
Çox təhlükəli çirklənməzonası
(qara rənglə)
4000-dən çox
800-dən çox
50
Cədvəldən göründüyü kimi zəhərlənmə zonalarının hüdudlarında dozaların gücü aşağıdakı asılılıqda olur: əgər A zonasının hüdudundan kənarda radiasiyanın səviyyəsi (dozası) partlayışdan 1 saat sonra 8 R/s (40R) olarsa, onda B zonasının hüdudundan kənarda A zonasına nisbətən 10 qat artıq – 80 R/s (400 R). V zonasının hüdudlarından 30 qat artıq – 240 R/s (1200 R), partlayış mərkəzinin yaxınlığında – Q zonasında isə 100 qat artıq – 800 R/s (4000 R) olacaqdır.
Radiasiya təhlükəsinin artması radiasiyadan etibarlı mühafizə sistemi yaratmağı və radiasiya təhlükəsizliyinin səviyyəsini yüksəltməyi tələb edir.