Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə komissiyası



Yüklə 0,82 Mb.
səhifə48/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   63
Mülki müdafiə mühazirələr.

Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə komissiyası rayonun mülki müdafiə qərargahı ilə birlikdə aşağıdakı əsas vəzifələri yerinə yetirir: fəhlə-qulluqçuların və əhalinin yerləşdiriləcəyi rayonların müəyyən edilməsi üzrə təkliflər hazırlayır, bu rayonların hazırlanması və təmin olunmasında iştirak edir, köçürülənləri qəbul edən məntəqələrin miqdarını və yerlərini müəyyənləşdirir, uşaqları, əlilləri və qocaları nəqliyyatdan düşürmə (boşaltma) məntəqəsindən yerləşdirmə məntəqələrinə daşımaq üçün lazım olacaq nəqliyyat vasitələrinin miqdarını müəyyən edir. Bundan əlavə, köçürmə komissiyası mülki müdafiə planının əsas bölmələrindən birinin – “Köçürülən əhalinin qəbul olunması və yerləşdirilməsi” planının işlənib hazırlanmasında iştirak edir, habelə əhalinin tibb xidməti, ərzaq, ən lazımlı şeylər və kommunal-məişət xidməti ilə işlə təmin olunması üçün digər əlaqədar təşkilatlar ilə birlikdə fəaliyyət göstərir; qəbuletmə məntəqələri üçün rəisləri və xidmətçi heyəti seçir, təsdiq olunması üçün onları Rayon İcra Hakimiyyətinin başçısı təqdim edir; qəbuletmə məntəqələrinin şəxsi heyətinin işə hazırlanmasını təşkil edir və həyata keçirir, köçürülən əhalinin rayonda qəbul olunmasına və yerləşdirilməsinə rəhbərlik edir,

Rayonun köçürülənləri qəbuletmə məntəqələri ölkəyə basqın təhlükəsi yarandığı FH elan edilərkən açılır, eyni zamanda şəhər əhalisinin yaşayış məntəqələrində yerləşdirilməsi planını dəqiqləşdirir, gələn qatarları qəbul etmək üçün nəqliyyatdan düşürmə (boşaltma) stansiya və məntəqələrində hazırlıq işləri görür; şəhərdən gələn əhalini yerləşdirmə yerlərinə daşımaq üçün nəqliyyat vasitələrini hazırlayır; tibb və məişət xidmətlərini təşkil etmək üçün tədbirlər keçirirlər.

İcra hökumət nümayəndələri rəhbərləri və onların qərargahları şəhərdən gələn adamların yerləşdirilə biləcəyi mənzil fondunu, istehsalat binalarını və digər tikintiləri əvvəlcədən bölüşdürür; uşaqları, xəstələri və qocaları yerləşdirmə məntəqələrinədək daşımaq üçün lazım olan nəqliyyat vasitələrini müəyyənləşdirir; fəhlələrin, qulluqçuların və köçürülən əhalinin qəbul edilməsi və yerləşdirilməsi planını işləyib hazırlayırlar. Onlar özlərinin bu işlərini rayon qəbuletmə komissiyası ilə razlaşdırırlar.

Çox miqdarda əhali qəbul edən iri təsərrüfatlarda köçürülənləri qəbuletmə məntəqələri təşkil olunur. Az miqdarda köçürülən olduqda qəbuletmə məntəqəsi yaradılmır.

Təsərrüfat işlərini və köçürülən əhalini həm rayonun qəbuletmə məntəqələrində, həm də bilavasitə nəqliyyatdan düşürmə (boşaltma) məntəqələrində qəbul edə bilərlər. Birinci halda qəbuletmə məntəqələri təsərrüfatların mərkəzi malikanələrində, ikinci halda isə bilavasitə düşürmə (boşaltma) məntəqələrində təşkil edilir,

Köçürülənləri qəbuletmə məntəqələrinin ictimai binalarda (məktəblərdə, klublarda) yerləşdirmək məqsədəuyğundur. Bu gələn əhalini günün və ilin istənilən vaxtı, habelə hər cür havada müvəqqəti olaraq həmin binalarda yerləşdirməyə imkan verir. Qəbuletmə məntəqələrinin qarşısına böyük və məsul vəzifələr qoyulur. Onlar gələn əhalini qarşılamalı, onları qeydə almalı, yaşayış məntəqələri üzrə bölüşdürməli və adamları yerləşdirmə yerlərinə mütəşəkkil surətdə yola salmalıdırlar.

Qarşısına qoyulan vəzifələrdən və şəraitdən asılı olaraq məntəqənin heyətinə aşağıdakı şəxslər daxil edilə bilər; məntəqənin rəisi, onun tərbiyə üzrə müavini; qeydə al-ma və uçot qrupu (10-12 nəfər); komendant və növbətçilər (3-5 nəfər); köçürülənləri qarşılama qrupu (16-21 nəfər); komplektləşdirmə və yola salma qrupu (6-7); iaşə qrupu (3 nəfər); tibb məntəqsinin işçiləri (2 nəfər); ana və uşaq otağının xidmətləri (2 nəfər) və ictimai asayişi mühafizə qrupu (4-6 nəfər).

Köçürülənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təşkil etmək məqsədilə lazımi sənədlərin hələ sülh dövründə hazırlayırlar. Bu sənədlərin miqdarı və məzmunu müxtəlif hallarda müxtəlif olacaqdır. Əsas sənədlər bunlardır: məntəqədə qəbul edilməli olan köçürülən şəxslərin siyahısı; məntəqənin şəxsi heyətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər heyətinin telefon nömrələri siyahısı; köçürülən əhali yerləşdiriləcək yaşayış məntəqələrinin siyahısı; köçürülənləri yerləşdirmə yerlərinə daşımaq üçün ayrılan nəqliyyat vasitələrinin növlər üzrə miqdarı; köçürmə vəsiqələrinin nümunələri; köçürülənləri uçota almaq üçün sənədlərin formaları; məntəqənin şəxsi heyətinin xidməti vəzifələri cədvəli.

Köçürülənləri qəbuletmə məntəsinin rəisi vəzifəsinə rəhbər işçilərindən biri təyin olunur. O, sülh dövründə: gələn əhalinin qəbul olunması və yerləşdirilməsi qaydalarını və qəbuletmə məntəqəsinin iş qaydasını öyrənməli, qəbuletmə məntəqəsinə gələcək əhalinin miqdarını, onların yerləşdiriləcəyi yaşayış mənəqələrini, qatarların və avtomobil kalonlarının nömrələrini, düşürmə məntəqəlirinin və qatarların təxminən nə vaxt gələcəyini, habelə radiasiyadan qoruyan daldalanacaqların yerini bilməlidir.

Ərazi zəhərlənərkən o, adamların radiasiyadan qoruyan daldalanacaqlarda mühafizə olunması üçün tədbir görür.

Komendant məntəqə binasının işə hazırlanması və avadanlıqla təmin olunması üçün məsuliyyət daşıyır.

Şəhərdəki obyektlərdə (zavod, fabrik və s.) köçürmə komissiyası, toplanış-köçürmə məntəqələri yaradır, habelə nəqliyyata mindirmə (yüklənmə) stansiyaları (körpüləri, məntəqələri) təyin edirlər. Şəhər obyektinin köçürmə komissiyası köçürülməli olan fəhlə-qulluqçuları və onların ailə üzvlərini hesaba alır, toplanış-köçürmə məntəqələrini təşkil edir, habelə köçürülmə qaydalarını müəyyənləşdirir. O, həmçinin şəhərdənkənar zonanı əvvəlcədən yoxlayır və kənd təhlükəsi rayonunun köçürülənləri qəbuletmə komissiyası ilə birlikdə yerləşdirilmə məntəqələrini dürüstləşdirir.

Köçürülməli olan şəxslərin siyahısını vaxtaşırı yoxlayıb dəqiqləşdirirlər. Siyahının bir nüsxəsi toplanış-köçürmə məntəsində saxlanır, ikinci nüsxəsi isə köçürülmə planının surəti ilə birlikdə kənd rayonunun qəbuletmə komissiyasına verilir.

Toplanış-köçürmə mənqələrində (TKM) əhali toplanır, qeydə alınır, mütəşəkkil surətdə nəqliyyata mindirilir və şəhərdənkənar zonaya yola salınır. Bu məntəqələr köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2-3 min adam üçün bir məntəqə hesabı ilə rayon (şəhər) İcra Hakimiyyət Başçısının qərarı əsasında yaradılır. Məntəqələr ictimai binalarda (məktəb, klub və s. binalarında) yerləşdirilir. Toplanış-köçürmə məntəqələrini təşkil edərkən, buraya nəqliyyatın gələ bilməsi üçün rahat yolların, nəqliyyat vasitələrinin dayanması üçün meydançaların və buradan əsas marşrutlara çıxması üçün çıxış yollarının olmasını nəzərə alınmalıdır. Köçürülən bütün fəhlələr, qulluqçular və əhali öz köçürmə məntəqələrinin yerini, buraya toplanmaq və nəqliyyata mindirilmək qaydalarını bilməlidirlər.

Toplanış-köçürmə məntəqələrinə aşağıdakı vəzifələr həvalə olunur: köçürülmənin başlandığı barədə əhalini xəbardar etmək, onları toplamaq, qeydə almaq və şəhərdənkənar zonaya yola salmağa hazırlamaq; adamların avtomobil nəqliyyatına mindirilməsini, kolonların yaradılmasını və onların minik məntəqələrinə yola salınmasını təşkil etmək, yaranmış vəziyyət haqqında əhaliyə xəbər vermək; “Hava həyəcanı” siqnalı üzrə adamların daldalandırmaq; rayonun köçürmə komissiyasına köçürülmə prosesi barədə məlumat təqdim etmək. Yaranmış vəziyyətdən və yerli şəraitdən asılı olaraq onlar bir sıra başqa vəzifələri də yerinə yetirə bilərlər.

Toplanış-köçürmə məntəqələrinin işçiləri Silahlı Qüvvələrinə çağırışdan azad edilmiş və ya çağırışı təxirə salınmış şəxslərdən təyin edilir və qabaqcadan işə hazırlanır.

Toplanış-köçürmə məntəqəsinin heyəti yerinə yetirilən vəzifələrdən və şəraitdən asılı olaraq dəyişə bilər. Onun mümkün olan variantlarından biri 4.14-cü şəkildə göstərilmişdir. Toplanış-köçürmə məntəqəsinin rayon (şəhər) köçürmə komissiyası ilə rabitə vasitəsi olmalıdır.

Hər bir toplanış-köçürmə məntəqəsi üçün xidməti sənədlər əvvəlcədən, hələ sülh dövründə hazırlanır. Bu sənədlərə: əhalinin köçürülməsi planından çıxarış, habelə əhalinin siyahısı; toplanış-köçürmə məntəqəsinin planı və xəbərdarlıq sxemi; toplanış-köçürmə məntəqəsini şəxsi heyətinin siyahısı; MM xidməti heyətinin telefon nömrələri siyahısı; dəmiryol və avtomobil nəqliyyatının göndərilməsi cədvəli; köçürülənləri uçota almaq üçün sənədlərin formaları; marşrut vərəqələri; məntəqənin şəxsi heyətinin xidməti vəzifələri cədvəli aiddir. Hər bir toplanış - köçürmə məntəqəsini köçürmə vəsiqələrinin blankları ilə təmin edirlər.

Köçürmə vəsiqəsi üç hissədən ibarət olur: vəsiqənin əsli, kötüyü və talonu. Onlarda köçürülən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il və yer, köçürülənə qədər yaşadığı yerin ünvanı, haraya köçürüldüyü, onunla birlikdə kimlərin köçürüldüyü, toplanış-köçürmə məntəqəsinin nömrəsi, ünvanı göstərilir və “hesaba alınmışdır” ştampı vurulur. Köçürmə vəsiqəsinin talonu məntəqəsində qalır, kötüyü ilə milis şöbəsinə təhvil verilir. Vəsiqənin əslini köçürülən şəxs özündə saxlayır ki, bu da pasportla birlikdə onun şəxsiyyətini təsdiq edən sənəd sayılır.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin