Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə49/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   63
Mülki müdafiə mühazirələr.

Qeydə alma və uçot qrupunun işçiləri məntəqəyə gələn əhalinin uçotunu aparır, vaqonun (maşının) nömrəsini, vaqona, maşına cavabdeh şəxsin ad soyadı və ata adı köçürülənlərə deyir, habelə köçürmə vəsiqəsi almamış şəxslərə həmin vəsiqələri verirlər.

Əhalini xəbərdar edən qrup köçürülmənin başlanması haqqında vətəndaşlara xəbər verir, onlardan qəbz almaqla köçürmə vəsiqələrini paylayır, toplanış-köçürmə məntəqəsinə nə vaxt gəlmək lazım olduğunu və onun harada yerləşdiyini izah edir.

Nəqliyyata mindirən və piyada kolonlarını komplektləşdirən qrup adamların nəqliyyata mindirilməsini, piyada kolonlarını təşkil edir, kolonlara cavabdeh şəxslər təyin edir, nəqliyyatda və piyada gedərkən davranış qaydalarını köçürülənlərin nəzərinə çatdırır.



Tibb məntəqəsi xəstələnənlərə yardım göstərmək və toplanış-köçürmə məntəqəsi yerləşən sahənin lazımi sanitariya şəraitini təmin etmək üçündür. Qrupun heyətinə həkim, feldşer, tibb bacları və sanitarlar daxil edilir. Məntəqənin həkimi bu toplanış məntəqəsinə yazılmış müəssisələrin, idarələrin tibb işçilərindən və ya şəhərin tibb idarələrinin əməkdaşlarından mülki müdafiənin tibb xidməti tərəfindən təyin olunur. O, toplanış məntəqəsinə və yerləşdirmə yerlərinə gedərkən əhalinin tibbi təminatına cavabdehdir. Tibb məntəqəsinin həkimi: köçürülənlər, xüsusən uşaqlar və qocalar üzərində müşahidə aparmalı; ilk tibbi yardım göstərmək üçün məntəqədə lazımi dərman və tibb avadanlığı ehtiyatı saxlanmalıdır. Bütün ağır xəstələnmə halları haqqında o, dərhal toplanış-köçürmə məntəqəsinin rəisinə (obyektin, şəhərin tibb xidməti rəisinə) məlumat verməli və onların göstərişi üzrə xəstələri yaxındakı müalicə müəssisələrinə göndərməli; toplanış-köçürmə məntəqəsi binasının və xüsusən ümumi istifadə yerlərinin sanitar-gigiyena vəziyyətinə nəzarət etməli; köçürülənlər arasında tibb xidmətinin göstərişi əsasında sanitariya-gigiyena, habelə profilaktika tədbirlərini təşkil etməli və həyata keçirməli; görülən işlər barədə məntəqə rəisinə və obyektin (şəhərin) mülki müdafiə rəisinə məlumat verməlidir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin