İctimai asayişin mühafizə qrupu (postu) milis işçilərindən və könüllü xalq drujinalarının üzvlərindən yaradılır. Qrupun rəisi ictimai asayiş xidməti tərəfindən təyin edilir və operativ cəhətdən toplanış-köçürmə məntəqəsi rəisinin tabeliyində olur. O, məntəqədə və yüklənmə stansiyasına gedən yollarda ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinə tam cavabdehdir.
Toplanış-köçürmə məntəqəsinin komendantı məntəqəyə yazılmış müəssisələrin, təşkilat və idarələrin rəhbər heyətindən təyin olunur və köçürmə məntəqəsinin rəisinə tabe olur. O, məntəqəni telefon, radio, lazımi avadanlıq və su ilə təmin etməli, nəqliyyata minməyə kömək edən qrup üçün adamlar ayırmalı, adamların mühafizəsi üçün əvvəlcədən tədbirlər nəzərdə tutmalıdır.
Dostları ilə paylaş: |