Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə13/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   63
Mülki müdafiə mühazirələr.

ƏDƏBİYYAT:

1.H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki müdafiə) Bakı 2010, səh.388

2.H.O.Ocaqov , N.Nağıyev, R.Muxtarov Mülki mühafizə, Bakı 2011, səh.397

3.H.O.Ocaqov,S.A.Səbzəliyev.Əhalinin fövqaladə hadisələrdən mühafizəsi.

Bakı 2003, səh72. Dərs vəsaiti. I kitab.

4.H.O.Ocaqov,S.A.B.T.Bəkirov.Səbzəliyev.Əhalinin fövqaladə hallardan mühafizəsi.

Bakı 2003, səh78. Dərs vəsaiti. II kitab

BAKI-2021


Nüvə zədələmə ocağı və onun zədələyici amillərinin qısa xarakteristikası
Nüvə silahı – məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur.

Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalent-partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partladıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Müxtəlif nüvə sursatlarının gücü bir neçə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm zədələyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sürsatlarından fərqlənir.

Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür.

Nüvə silahının tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda, havada, yerdə, yeraltında, suda və sualtında partladıla bilər.



harada ki, q – nüvə silahının gücüdür.

Nüvə partlayışı nəticəsində beş cür zərərlitəsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:

– zərbə dalğası; işıq şüalanması; nüfuzedici radiasiya; yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu.



Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i yerin radiaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impulsunun yaranmasına sərf olunur. İndi isə nüvə silahının zədələyici amillərini nəzərdən keçirək.

Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq (Pf), dalğanın sürət təzyiqi (Psür) və izafi təzyiqintəsir müddətidir (t).



İzafi təzyiq (Pf) – yaranmış maksimal təzyiq (Pmax) ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin (RA) fərqinə bərabərdir (şəkil 1.8):

Pf = Pmax – RA



İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram – qüvvə (kq/sm2) ilə ifadə edilir. İzafi təzyiq həmçinin (N/m2) və Pa ilə ölçülür.
1N/m2 = 1Pa

1kPa  0,01 kq/sm2
Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər aşağıdakı düsturlarla hesablanır:

1) yerüstü partlayış zamanı:

, kPa (1)

kPa (2)

san. (3)

2) havada partlayış zamanı

, kPa (4)

kPa (5)

san. (6)

3) su altında partlayış zamanı:

, kPa (7)

Nüvə partlayışı zamanı yaranan zərbə dalğasının sürəti (s) isə aşağıdakı ifadə ilə hesablanır:

m/san. (8)

burada q – nüvə silahının gücü, kt; Mt.

R – nüvə partlayışı mərkəzindən olan məsafədir, m.

Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən (episentrədək) olan məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilotonluq (kt) nüvə zərbə dalğası 1 km məsafəyə – 2 saniyə, 2 km-ə – 5 saniyə, 3 km məsafəyə – 8 saniyə ərzində çatır; 3 meqatonluq partlayış zamanı isə bu müddətlər müvafiq sürətdə 0,5; 2 və 3 saniyə olur.

Mühafizə olunmayan adamlar 0,2-0,4 kq/sm2 (20-40 kPa) izafi təzyiq zamanı yüngül zədələnməyə, 0,4-0,6 kq/sm2 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, 0,6-1 kq/sm2 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kq/sm2 (100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnməyə məruz qalırlar.

Belə zədələnmələr adətən ölümlə nəticələnir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefindən də (çala, dərə, meşə və s.) müəyyən dərəcədə istifadə etmək mümkündür. Zərbə dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağıdır və zədələyir.

İşıq şüalanması – nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir.təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kC/m2 və yaxud kal/sm2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. təsirinin qısa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm2 işıq impulsu 19 km; 10 kal/sm2 – 15 km, 16 kal/sm2 – 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yüngül (I dərəcəli), orta (II dərəcəli) və ağır (III dərəcəli) yanğınlar baş verə bilər. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilər.

İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.

Nüfuzedici radiasiya – nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, gözə görünməyən  - şüalar və neytron selindən ibarətdir.



Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.

Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), rentgen (R), rad ölçü vahidləri ilə ölçülür: 1 qr = 100 rad; 1 r = 0,95 rad.

Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulurlar:

I yüngül dərəcəli D = 100 – 200 rad (1–2 Qr);

II orta dərəcəli D = 200 – 400 rad (2–4 Qr);

III ağır dərəcəli D = 400 – 600 rad (4–6 Qr);

IV çox ağır dərəcəli D > 600 rad (6 Qr).

Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın –2,7 sm, betonun –10 sm, torpağın –14 sm, suyun –23 sm, ağacın –30 sm qalınlığı nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir (bunlara yarımzəiflətmə qatı deyilir). nüfuzedici radiasiyadan mühafizə məhz materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.

Neytron seli tərkibində hidrogen olan maddələrdə (su-da, parafində, betonda) daha çox zəifləyir.

Radioaktiv zəhərlənməyerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometr məsafələrə aparılır.

Radioaktiv zəhərlənmənin dərəcəsi – partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, yerin relyefindən asılı olur.

Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş izi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar; çox təhlükəli, təhlükəli, güclü və mülayim (zəif) zəhərlənmə zonaları. Əgər zəhərlənmə izini en kəsimi üzrə götürsək, radiasiyanın səviyyəsi izin kənar hüdudundan mərkəzə tərəf artmağa başlayır və izin oxunda maksimum dərəcəyə çatır.

Partlayışın bu zədələyici amilini digər amillərdən fərqləndirən: zəhərlənmiş geniş sahələri əhatə etməsi, uzun müddət təsir göstərməsi, çətin aşkar olunması, qeyri- sabit xarakteri, radioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zəhərlənmiş ərazinin ölçülərinin müəyyən müddət ərzində azalmasıdır.

Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən azalır; bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir.

Radioaktiv maddələrin heç bir xarici əlaməti (rəngi, iyi və s.) yoxdur, zəhərlənməni ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasitəsilə aşkar etmək mümkündür.

Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rentgen – saatla (R/s) ölçülür.

Adamları radioaktiv zəhərlənmələrdən mühafizə etmək üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qısalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska, habelə pambuqlu tənzif sarğı) tənəffüz üzvlərini zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək mümkündür.

Elektromaqnit impulsu – nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlıtəsirə qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava ya yeraltı rabitə – kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsları radio-elektron cihazlarını sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. İmpulslar, həmçinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir görülməyibsə elektromaqnit impulsu yüksək elektrik gərginliyi ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi).

Nüvə zədələnmə ocağı (NZO) – o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amillərinin təsiri nəticəsində külli miqdarda insan, heyvan və bitki təlafatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhərlənsin.



Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağıdır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gələ bilər.

Zərbə dalğasının önündə izafi təzyiqi (Pf) 10 kPa-dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır (tam, güclü, orta dərəcəli və zəif dağıntı zonaları):

– tam dağıntı zonası Pf > 50 kPa;

– güclü dağıntı zonası Pf = 30  50 kPa;

– orta dağıntı zonası Pf = 20  30 kPa;

– zəif dağıntı zonası Pf = 10  20 kPa.

Misal üçün bir milyon tonluq (q =1 Mt) nüvə silahı partladıqda, tam dağılma zonası – 4 km, güclü dağılma zonası – 5,4 km, orta dağılma – 7,2 km, zəif dağılma – 11 km radiusunda təsir göstərəcək.

Nüvə zədələnmə ocağının ölçüləri, burada dağıntının dərəcəsi və təlafatdan tikintinin xüsusiyyətlərindən, yerin relyefindən və s. asılı olur. Zədələnmə ocağı sahəsinin 13%-i tam dağıntı zonası, 10%-i güclü, 15%-i orta dərəcəli və 62%-i zəif dağıntılar zonası təşkil edir.

Tam dağıntı zonası – nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir ki, bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədəri) və yeraltı kommunal-energetika şəbəkələri (95%) salamat qalır. Küçələrdə başdan-başa uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolları uçqunlarla tutulur.

Güclü dağıntı zonası – 50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalmış sahələr güclü dağıntılar zonası adlandırılır. Buradakı bina və qurğular güclü surətdə dağılır, sığınacaqlar və yeraltı kommunal-energetika şəbəkələri, habelə radiasiya əleyhinə daldalanacaqların əksəriyyəti salamat qalır. İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar baş verir, küçələrdə başdan-başa uçqunlar əmələ gəlir.

Orta dərəcəli dağıntılar – 30 kPa-dan 20 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığınacaqlar və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar törəyir.



Zəif dağıntılar zonası – 20 kPa-dan 10 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada binalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri, artırmaları, daxili arakəsmələri və s. dağılır). Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.

Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa-dan az olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir, binaları isə azacıq zədələyir (şüşələrin qırılması, pəncərə və qapı çərçivələrinin zədələnməsi və s.).

Yerin radioaktiv zəhərlənməsi həm zədələnmə ocağında, həm də radioaktiv buludun yayıldığı sahələrdə , yerdən az hündürlükdə və havada nüvə partlayışları nəticəsində, habelə yeraltı partlayış vaxtı – partlayış keçirilən boşluğun üst səthi açılarkən, suda və sualtında partlayışlar zamanı baş verir.

Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana bilər. Radioaktiv buludun hərəkəti istiqamətindəki sektor ən yüksək dərəcədə çirklənəcəkdir. Bu sahələrdə  - şüalanma dozasının gücü hətta partlayışdan 1 saat sonra bir neçə min rentgen – saat (R/s) ola bilər və belə halda mühafizə olunmamış adamlar bir neçə dəqiqə ərzində ölümcül vəziyyətə çatan dozalarda şüalanmaya məruz qala bilərlər.

Ərazinin müəyyən sahəsində radioaktiv çirklənmənin sıxlığı – sahə vahidinə tökülən radioaktiv hissəciklərin miqdarından, onların radioaktivliyindən və dispersiya tərkibindən, habelə partlayışdan sonra nə qədər vaxt keçdiyindən asılı olur və sahə vahidinə düşən aktivliklə (Ki/km2, Ki/m2, Ki/sm2 və s.) Sİ-də Bk/m2 ilə ifadə edilir.

Partlayışın radioaktiv məhsullarının adamlara göstərdiyi radiasiya təsiri dozanın gücündən (radiasiyanın səviyyəsindən) və təsir vaxtından asılı olur.

Dozanın gücü (R) vaxt keçdikcə azalır. Ərazidə dozanın gücünün azalması prosesini bu düsturla ifadə etmək mümkündür:




burada: R1 və R2 – müvafiq olaraq t1 və t2 vaxtlarında radiasiya dozalarının gücü; t1 və t2 – partlayışdan sonra keçən vaxtdır, 71,2 = 10 olduğu üçün vaxt 7 qat (dəfə) artdıqca dozanın gücü təxminən 10 dəfə azalır.

Radioaktiv maddələr tamamilə parçalanana qədər alınan dozalara görə radioaktiv buludun izi düşən ərazi şərti olaraq dörd zonaya ayrılır.





Şəkil. 1 Mt gücündə yerüstü nüvə partlayışı zamanı küləyin sürəti 50 km/s olarkən ideal iz nəticəsində ərazidə radioaktiv çirklənmə zonaları

Cədvəl


Zona-lar

Zəhərlənmə zonalarının adı

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin