Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə10/63
tarix31.12.2021
ölçüsü0,82 Mb.
#50008
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   63
Mülki müdafiə mühazirələr.

Dağıntıların xarakteri. Həcmli qurğuların dağıntı və zədələnmələrini səkkiz əsas növə (şəkil 6.1) ayırmaq mümkündür ki, bunlar da öz növbəsində iki qrup təşkil edirlər:





Qurğuların əsas zədələnmə növləri.
1. Qurğuların bütövlüklə zədələnməsi və onların vəziyyətinin bünövrəyə və ya onun oturduğu əsasa nisbətən dəyişməsi: a) yerdəyişmə; b) çökmə; v) əyilmə; q) aşma;

2. Qurğunun ayrı-ayrı konstruksiyalarının və ya onların ünsürlərinin zədələnməsi: d) deformasiya; e) uçulma; j) zədələnmə; z) dağılma.

1-ci qrupa aid zədələnmələr əsasən bu səbəblərdən baş verir: bünövrələrinin yük götürmə qabiliyyətinin kifayət dərəcədə və eyni-bərabər olmaması; hesablanmış yükdən xeyli artıq qeyri-bərabər yüklənmə.

2-ci qrup zədələnmələrin səbəbi isə aşağıdakılardan ibarətdir: ağırlıq təsiri (statik və dinamik) nəticəsində – qırılma, basılıb əzilmə, çat birləşmələrin pozulması və s. mexaniki təsir - əzik, əyilmə, aşınma və s.; fiziki təsir - yüksək temperatur nəticəsində qabarma və dağılma, mənfi temperaturda xırda çatlar yaranması; kimyəvi təsir - korroziya, paslanma.

Obyektin zədələnməsinin dərəcəsi partlayışın, qasırğanın gücündən; zəlzələnin və ya partlayışın növündən (yeraltı, sualti); zəlzələnin, partlayışın epimərkəzindən obyektədək olan məsafədən; obyekt qurğularının texniki xarakteristikasından – konstruksiyasından, möhkəmliyindən (əsaslı, müvəqqəti, yerüstü, yeraltı, mühafizəli və ya mühafizəsiz və s. tikililər); ölçülərindən və formasından; küləyin təsirinə dayanıqlığından; obyektin planlaşdrılmasndan (six və ya seyrək tikintili), tikintinin xarakterindən; ərazinin landşaftından (relyef, torpaq, bitki örtüyü); meteoroloji şəraitdən (küləyin istiqaməti və sürəti, rütubət, temperatur, yağıntıların mövcudluğu) və s. bu zaman: istehsalat binaları - güclü dağıntılara, mülki binalar və qurğular - orta dərəcəli dağıntılara, şəxsi heyət - orta dərəcəli zədələnmələrə məruz qalarsa, obyekt sıradan çıxmış hesab edilir.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin