Bərpa işlərinin növləri
Qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması dövründə yaranan şəraitdən, obyektlərdən istifadə olunması müddətindən, dağıntıların xarakterindən və həcmindən ilin fəslindən və havanın proqnozundan, eləcə də bərpa işlərinin yerinə yetirilməsi üçün ayrılmış qüvvə, vasitə və vaxtdan asılı olaraq, bərpa işlərinin üç növü olur: qısa müddətli, müvəqqəti və əsaslı bərpa işləri.
Bunlardan əlavə, bir sira mətbu mənbələrdə göstərilir ki, bəzi hallarda təcili və ya təxirəsalınmaz qəza-bərpa növlü işlərdən də istifadə edilə bilər və belə işlər digər növ bərpa işlərindən əvvəl icra edilir. Məsələn, belə qısamüddətli və təcili bərpa işləri: binaların, qurğuların və mühəndis şəbəkələrinin bərpası zamani - zədələnmə ocağını məhdudlaşdırmaq məqsədilə; yolların bərpası zamani isə - oradan bərpa işlərinə göndərilən texnikanın keçməsini təmin etmək üçün; xilasetmə və digər təxirəsalınmaz işlərin gedişində yerinə yetirilə bilər.
Qəza və ya təbii fəlakət nəticələrinin aradan qaldırılmasında obyektin bərpası qısamüddətli və ya müvəqqəti xarakterli ola bilər. Bəzi hallarda belə işlər ardıcıl surətdə icra edilir.
Qısamüddətli bərpa müvəqqəti bərpanın bir növü hesab edilir; bu, müvəqqəti bərpadan əvvəl, davam etməkdə olan təbii fəlakət şəraitində yerinə yetirilən və müvəqqəti bərpaya nisbətən texniki cəhətdən kənar təmin olunan bərpa növüdür. təbii fəlakətlərlə təcili mübarizə şəraitində adətən, əsaslı bərpa işləri aparılmır. əsaslı bərpa ancaq təbii fəlakətin təsiri qurtarandan sonra onun nəticələri aradan qaldırılarkən yerinə yetirilir. bərpanın növü yuxarı təşkilatın, nazirliyin, baş idarənin, ərazi orqanlarının qərarı ilə müəyyən edilir.
Dağılmış obyektin qısamüddətli bərpası bu obyektlərin qısa müddət istismarı üçün və ya ondan bir dəfə istifadə etmək məqsədilə aparılır. belə hallarda sadə konstruksiyalardan istifadə olunmasına və qurğuların qismən bərpa edilməsinə, məsələn, yalnız zirzəmi binaların bərpa edilməsinə, pəncərə yerlərinin taxta lövhələrlə bərkidilməsinə (lövhələrin arasına torpaq doldurmaqla), yol və körpülərin ancaq birtərəfli hərəkət üçün bərpa edilməsinə, körpünün zədələnmiş konstruksiyalarında dayaqlarla gücləndirməyə, təyyarə limanlarında uçuş-eniş zolaqlarının bütün eni və uzunu boyu deyil, yalnız tək-tək təyyarələrin uçuşu və enişi üçün bərpa olunmasına və ya bu məqsəd üçün avtomobil yolunun uyğunlaşdırılmasına icazə verilir.
Qısamüddətli bərpa işləri, adətən, əlaltı materiallardan və yığılıb-sökülən konstruksiyalardan istifadə olunmaqla aparılır. Bu zaman belə bərpa işlərinin icra müddəti - saatlarla, bu cür bərpa olunan obyektlərin fəaliyyət müddəti isə günlərlə hesablanır.
Qısamüddətli bərpanın əsas xüsusiyyəti - işlərin icrasının təcili xarakter daşıması, bərpa olunan konstruksiyaların isə qısamüddətli istismar üçün nəzərdə tutulmasıdır.
Dağılmış obyektin daimi və ya müvəqqəti bərpası isə zədələnmiş qurğuları qismən (və bəzi sadələşdirmə yolu ilə) bərpa edərək obyektin xeyli bir müddət fəaliyyət göstərməsinə nail olmaq üçün aparılır. Məsələn, binanın ancaq bir neçə mərtəbəsinin bərpa olunması, yaxud deformasiyaya uğramış yol örtüyünün bütünlükdə deyil, bəzi sahələrinin qaydaya salınması bu qabildəndir.
Belə işlər müvəqqəti konstruksiyalardan və əvvəlcədən hazırlanan materiallardan istifadə edilməklə yerinə yetirilir. belə hallarda bərpa edilmiş obyektlərin fəaliyyət müddəti istifadə edilən materiallardan asılı olur və bir neçə ay təşkil edə bilər.
Obyektlərin əsaslı bərpası onların daimi istismarını təmin etmək üçün yerinə yetirilir. Bu zaman qurğunun qısa müddətdə mənəvi cəhətdən köhnəlməsinin qarşısını almaq məqsədilə qurğuları yenidən qururlar (modernləşdirirlər). Dağıdılmış nadir və tarixi əhəmiyyətli obyektlər lazımi hallarda restavrasiya edilib əvvəlki şəklinə salınır.
Işlərin icrasında zavodlarda hazırlanan yığma konstruksiyalardan istifadə olunur. işlərin icrası aylarla davam edir. bərpa edilmiş obyekt on illərlə istismar üçün nəzərdə tutulur.
Əsaslı bərpa – sənaye qəzaları və təbii fəlakət nəticələrinin tamamilə aradan qaldırılması prosesində qurğuların bərpa edilməsinin əsas növüdür.
Təbii fəlakətlərlə mübarizə və müxtəlif qəzaların məhdudlaşdırılması işləri aparılarkən bərpa işlərinin icrasını çətinləşdirən xüsusi şərait amilləri aşağıdakılardan ibarətdir: işlərin qısa müddətdə yerinə yetirilməsi lüzumu; işlərin icrası layihəsinin (il) və əvvəlcədən hazırlanmış tikinti meydançasının olmaması; ərazinin zəhərlənməsi ehtimali və təbii fəlakətlərin davam edən təkrar təsiri.
Yoxlama sualları
Dostları ilə paylaş: |