Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli


Şəkil 7.15. Son hədd xərcləri artandan sonra Kurno tarazlığı ( )



Yüklə 0,85 Mb.
səhifə23/26
tarix30.12.2021
ölçüsü0,85 Mb.
#49069
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

Şəkil 7.15. Son hədd xərcləri artandan sonra Kurno tarazlığı ( )
Müqayisə üçün şəkildə əvvəlki halda Kurno tarazlığını göstərən nöqtəsi də verilib. Göründüyü kimi, son hədd xərcləri artdığı halda həm hər iki firmanın istehsal miqdarı, həm də ümumi istehsal miqdarı azalıb, qiymət isə artıb.

Bu məsələnin riyazi həlli əsasında belə bir nəticəyə gəlib çıxmaq olur ki, son hədd xərcləri (c) 40% artanda qiymət (p) onun -si qədər, yəni 26,6% artır.



Valyuta kursunda dəyişiklik və bazar payı. İndi müxtəlif iki ölkə firmalarının iştirak etdiyi duopoliya bazarına diqqət yetirək. Fərz edək ki, ABŞ-ın mikrosxemlər bazarında biri Yaponiyadan (Firma1), digəri isə ABŞ-dan (Firma2) olan 2 firma fəaliyyət göstərir. Məhsul satışının həcmi ABŞ dollarında qiymətləndirilir. Amma firmaların xərcləri hər bir firmanın yerləşdiyi ölkənin valyutasında (yəni Firma1 üçün ien-də, Firma2 üçün ABŞ dollarında) ifadə olunur.

Fərz edək ki, firmalar Kurno modelində olduğu kimi rəqabət aparırlar. Həqiqətən, bu o hallardan biri hesab olunur ki, Kurno modeli çərçivəsində sadələşdirmə burada məqbul hesab olunur: mikrosxem istehsalçıları əvvəlcə istehsal gücünün həcmini seçirlər, sonra isə bunun əsasında qiyməti təyin edirlər. Bu cür ikimərhələli oyunun nəticəsi Kurno rəqabətinə uyğun görünür.

Kurno modelinin şərtlərinə uyğun olaraq, ilkin vəziyyətdə firmalar eyni qədər son hədd xərclərinə (c) malikdirlər və bazarı yarıbayarı bölüşürlər. İndi fərz edək ki, yapon ieni dollara münasibətdə 50% ucuzlaşır. Bunun firmaların bazar payına təsirinə baxaq.

Bazarda qiymətlər dollarla ifadə olunduğundan, ienin belə ucuzlaşması yapon firmasının son hədd xərclərinin dollar ifadəsində azalmasına gətirib çıxaracaq və qədər (burada, e – ien/dollar mübadilə kursudur) olacaq.

Fərz edək ki, ilkin dövrdə amerikan firmasının son hədd xərcləri 10 ABŞ dollarına, yapon firmasının son hədd xərcləri isə 1000 ienə bərabər olub, amma bu dövrdə 100 ien = 1 dollar olduğundan dollar ifadəsində xərclər hərs iki firmada 10 dollar olub. Yopon valyutasının 50%-lik ucuzlaşmasından sonra 1dollar = 150 ien olduğundan, yapon firmasının son hədd xərcləri dollar ifadəsində 1000/150 = 6,6 dollar təşkil edəcək. Firmalardan birinin son hədd xərcləri digərindən aşağı olduğuna görə bazarda yeni tarazlıq vəziyyətini tapmaq lazım olacaq.

Əvvəlki misalda görmüşdük ki, son hədd xərclərinin artması zamanı firmanın reaksiya əyrisi aşağıya doğru yerini dəyişmişdi. Məntiqi olaraq güman etmək olar ki, son hədd xərclərinin azalması firmanın reaksiya əyrisinin yuxarıya doğru yerdəyişməsinə gətirib çıxara bilər.



Şəkil 7.16-da yapon firmasının son hədd xərclərinin dollar ifadəsində azalması nəticəsində onun reaksiya əyrisinin yerdəyişməsi əks olunub: ştrixli xətt - əvvəlki, bütöv xətt isə - yeni vəziyyətdəki reaksiya əyrisidir.



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin