Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli


Kurno tarazlığının “dinamik” interpretasiyası



Yüklə 0,85 Mb.
səhifə26/26
tarix30.12.2021
ölçüsü0,85 Mb.
#49069
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

Kurno tarazlığının “dinamik” interpretasiyası. Kurno tarazlığının niyə dayanıqlı qərar hesab olunduğu anlamaq elə də çətin deyil: firmaların heç birində başqa bir istehsal həcmini seçmək marağı yaranmır. Başqa sözlə, hər bir firma, rəqibinin seçimini nəzərə alaraq, özünün optimal strategiyasını seçmiş olur. Belə bir sual meydana çıxır: Kurno tarazlığı real həyatda baş verən proseslərin realistik proqnozu hesab olunurmu?

Bizim burda istifadə etdiyimiz tarazlıq konsepsiyası Nəş tarazlığı olub. İndi isə ilk dəfə Kurnonun özünün təqdim etdiyi dəlil təqdim olunacaq. Bu dəlil üstünlük verilən strategiyaların ixtisar edilməsi üsulu ilə qərar qəbuluna oxşayır.



Hərçəndki, Kurno modeli statik oyun hesab olunur, indi onun dinamik interpretasiyasına nəzər yetirək. Birinci mərhələdə Firma1 müəyyən istehsal həcmini seçir. Bundan sonra ikinci mərhələdə, onun qərarından asılı olaraq, Firma2 özü üçün optimal istehsal həcmini müəyyən edir. Bundan sonra üçüncü mərhələdə, Firma2-nin seçdiyi (cari) istehsal həcmindən asılı olaraq, Firma1 özü üçün yeni optimal istehsal həcmini müəyyən edir və s.. Firma1 qərarlarını təksaylı mərhələlərdə, Firma2 isə cütsaylı mərhələlərdə verir.

Şəkil 7.18-də belə dinamik prosesin gedişi təqdim olunur. Proses üfüqi ox üzərindəki nöqtədən (0-cı mərhələdə Firma2-nin istehsal həcmi) başlayır. Birinci mərhələdə biz şaquli ox üzrə Firma1-in reaksiya əyrisi istiqamətində hərəkət edirik (Firma1 optimuma yaxınlaşır). İkinci mərhələdə isə biz üfüqi ox üzrə Firma2-nin reaksiya əyrisi istiqamətində hərəkət edirik (Firma2 optimuma yaxınlaşır). Üçüncü mərhələdə biz yenidən şaquli ox üzrə Firma1-in reaksiya əyrisi istiqamətində hərəkət edirik. Və proses belə davam edir. Şəkildən aydın görünür ki, dinamika şəraitində situasiya Kurno tarazlığına doğru hərəkət edir. Mahiyyət etibarı ilə, ilkin vəziyyətdən asılı olmayaraq, proses daima Nəş tarazlığına doğru can atır.



Bu, Kurno tarazlığı konsepsiyasının xeyrinə əlavə dəlillər verir. Bundan başqa, bu həm də təsdiq edir ki, Kurno modeli kimi statik modellər yalnız müqayisəli statikada faydalıdır. Belə modellər bir tarazlıq halından başqa bir tarazlıq halına gedib çıxan dinamik prosesi təsvir edə bilmir.



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin