Mühəndislik fakültəsi İnformasiya texnologiyaları kafedrası


Elektron pıılun iqtisadi və hüquqi əsasları



Yüklə 379,28 Kb.
səhifə7/13
tarix31.12.2021
ölçüsü379,28 Kb.
#50114
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Movzu 15

15.2. Elektron pıılun iqtisadi və hüquqi əsasları
Elektron pullar hüquqi və maliyyə cəhətdən pul kimi çıxış etmirlər. Onlar sistemin hüquqi modelindən və yerli qanunvericilik məhdudiyyətlərindən asılı olaraq çeki və ya hədiyyəlik sertifikatlarını və yaxud da bu kimi oxşar ödəmə vasitələrini əks etdirirlər. Elektron pullar banklar və ya digər təşkilatlar tərəfındən emissiya edilə bilər. Elektron pulların emissiyası dövlət tərəfindən nə lisenziyalaşdırılır, nə də ki, nəzarət edilir. Lakin qanunvericilik bazalarının təmini üzrə işlər bir çox ölkələrdə aparılır. Elektron pullar və adi nəqdsiz pul vəsaitləri arasında prinsipial fərq mövcuddur. Bu isə ondan ibarətdir ki, elektron pullar adi pulların əvəzləyicisi kimi çıxış etmirlər və özləri ilə müəyyən bir təşkilat tərəfindən emissiya edilmiş ödəmə vasitələrini əks etdirirlər. Bu zaman adi pullar isə ( nəqd və ya nəqdsiz) mərkəzi dövlət bankı tərəfindən emissiya edilir. Yəni əgər elektron pullar pul bədəlləri (istiqraz, bon və s. kimi qiymətli kağızlar) (əvəzedici) kimi çıxış edirlərsə, nəqdsiz vəsaitlər isə pul subsidiyaları (əvəz) kimi çıxış edirlər. Nəqdsiz vəsaitlər və elektron pullar arasında birbaşa qarşılıqlı əlaqə yoxdur. Həmçinin elektron pulları kredit kartlarla eyniləşdirmək də düzgün deyildir. Elektron pul - bu tamam ayrı və asılı olmayan ödəmə vasitəsidir, kredit kart isə-sadəcə olaraq bank hesabının istifadə edilmə vasitəsidir və bu zaman bir sıra əməliyyatlar adi pullarla aparılır.

Elektron pulların iki əsas növü mövcuddur:



Birinci növ elektron formada emissiya edilmiş ödəmə sertifikatlarını və ya çeklərini əks etdirir. Bu sertifikatlar müəyyən nominala malikdir, şifrələnmiş və emitentin elektron imzası ilə imzalanmış formada saxlanılır. Müəyyən mənada bu nağd vəsaitlərin elektron analoqudur. Hesablaşmalar zamanı sertifikatlar sistemin bir iştirakçısından digərinə ötürülür və bu zaman ötürmə emitentin ödəmə sistemi xaricində gedə bilər.

İkinci növ nəqdsiz vəsaitlərin analoqu kimi çıxış edir, yəni sistem iştirakçılarının hesablaşma hesabına yazılmalardır. Burada hesablaşmalar ödəmə vahidlərinin müəyyən kəmiyyətinin bir hesabdan silinməsi və onun digər hasaba daxil edilməsi yolu ilə həyata keçirilir.

Göstərilən bu hər iki növ sistemin iştirakçıları baxımından (elektron pul sahibi) bir-birindən fərqlənmir və hətta eyni cür də işlədilir. Müxtəlif prinsiplərlə təşkil olunmuş sistemin imkanları praktiki olaraq tam oxşardır.



Yüklə 379,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin