MüLKİ aviASİyada “İnsan amiLİ” problemi


HAVA GƏMİSİNİN TEXNİKİ XİDMƏTİNDƏ



Yüklə 440,43 Kb.
səhifə10/15
tarix02.01.2022
ölçüsü440,43 Kb.
#43081
1   ...   7   8   9   10   11   12   13   14   15
Aviasiyada insan amili 13.03.2014

5. HAVA GƏMİSİNİN TEXNİKİ XİDMƏTİNDƏ

İNSAN AMİLİ VƏ “RİZON” MODELİ
Dünyada sərnişin və yükdaşımaların sayının sürətlə artması hava gəmi­si­nin istismarının intensivliyinə səbəb olur. Bu da öz növbəsində uçuşun təhlükəsizliyinin təmin olunmasına yüksək tələblər irəli sürür. Uçuşun təhlükə­siz­li­yi­nin təmin olunması probleminin həlli onun səviy­yəsinin qiymətləndirilməsi üçün yeni üsulların işlənməsini və axtarışını tələb edir. Qeyd et­mək lazımdır ki, bütün hallarda bu tədqiqat sahəsində uçu­şun təhlükəsizliyinin əsas aspekti insan amilidir.

İstənilən insan fəaliyyəti ilə bağlı olan səhv hərəkətlər müəyyən nəticələrə gətirib çıxarır. Təcrübə göstərir ki, mülki aviasiyada insan amilinin tədqiqi ənənəvi olaraq uçuş heyətinin və HHİ dispetçerlərinin iş prosesi ilə bağlı olur. Nadir hallarda hava gəmisinin texniki xid­məti və təyyarənin uçuşa hazırlığı ilə bağlı olan heyət üzv­ləri insan amili tədqiqatının obyekti olur. Amma bir qisim hallarda uçuşun təhlükəsizliyinə uçuş heyəti üzvlərinin və dispetçerlərin səhv hərəkətləri deyil, hava gəmi­sinin texniki xidmətinin təminatçılarının səhvləri təsir etmiş olur. Bu isə öz növbəsində, yalnız mühəndis-texniki he­yətlə bağlı səhvlər deyil, eyni zamanda olduqca gər­­gin iş rejimində işləyən aeroportların avia­park­larında köh­nəlmiş, 30-35 il istismarda olan HG-lərinin olması ilə əlaqədardır. Zaman məhdud­luğu şəraitində işlə­yən tex­niki heyətdən müasir HG-nin qəbul edil­məsi və xidməti üçün zə­ruri olan yüksək peşəkar hazırlıq tələb edilir.

Hava gəmisinin yerüstü texniki xidməti zamanı mühəndis-texniki heyətin əsas səhvlərinə dəyişilən blokların düzgün quraşdırıl­ma­ması, yumşaq (tros) kəmərlərin düzgün birləşdirilməmə­si, hidromagistralın yığılması zamanı boru kəmərində qalmış qoruyucu tıxacın olması kimi hallar aid edilir. İkinci növ səhvlərə güc elementinə baxış zamanı qeyd olunmamış çat; imtina səbəbinin düzgün müəyyən edilməməsi nəticəsində nasaz blokun saz olan bloka demontajı; icraçının qeyri-kafi peşəkar hazırlığı; texniki xidmət üçün zəruri olan alətlərin və verilmiş resursların çatışmazlığı, vaxt məhdu­diyyəti və s. aiddir.

Təcrübələrə əsaslanaraq qeyd etmək lazımdır ki, hava gəmisinin yerüstü istismarı zamanı texniki xidmətin ən xarakterik çatış­­mazlıqlarına komponentlərin düzgün yığılmaması, başqa elementlərin birləş­dirilməməsi, hava gəmisində unudulub qalmış əşyalar (alətlər və s.), düzgün yerinə yetirilməyən yağlama, bərkidilməmiş qatlar, baxış pəncərələrinin qapaq­larının, axımların və uçuşqabağı qoruyucu millərin çıxırılmaması, tıxac­ların, bər­kidicilərin, məngənələrin vaxtında çıxarılmaması və s. hallar aiddir.

Beləliklə, mürəkkəb istehsalat sistemi olan aviasiya sahəsi bütöv bir sistem kimi insanın səhv hərəkətlərini, düşünülməmiş qərarlarını müəyyən edərək, “Rizon” modelini diqqətimizə çatdırır. XX əsrin sonlarında professor Ceyms Rizon tərəfindən təqdim olunan modelə əsasən (şəkil 5.1), rəhbərliyin qərarları, bu qərarları yerinə yetirən müdiriyyət, icraçılar (iş qüvvəsi) bu sistemin əsas elementləri hesab edilir.

Səkil 5.1. “Rizon” modeli

“Rizon” modeli insanın yaxşı təşkil olunmuş sis­temin iş fəaliyyətinə yönələn hərəkətlərini, bir sıra digər çatış­mazlıqlarla şərtlənən amilləri nəzərdən keçirir. Bu­nun­la əlaqədar baş verəcək aviasiya qəzasına qədər rəh­bər­liyin verdiyi səhv qərar qəbulu ilə bağlı səbəblər mey­dana cıxır.

Hava gəmisinin texniki nəzarəti zamanı insanın 2 cür səhv hərəkəti müşahidə olunur:

1. Hava gəmisində texniki nəzarətə qədər mövcud olmayan, lakin texniki nəzarətdən sonra yaranan konkret zədə və çatışmazlıqlar;

2. Hava gəmisinə texniki nəzarət zamanı təhlükəli və arzuolunmaz texniki çatışmazlıqların müəyyən edilməməsi.

Aviasiya qəzalarının və aviasiya hadisələrinin təhlili göstərir ki, texniki nəzarətlə bağlı insan amili həm şəxsi, həm də təşkilati xarakter daşıya bilər. Bir qayda olaraq, bu zaman müxtəlif gözlənilməz amillər meydana çıxır. Aviasiya qəzalarını və aviasiya hadisələrini təhlil edən mütəxəssislərin fikrinə əsa­sən, indiyə qədər yalnız tək bir amil ilə şərtlənən aviasiya hadisəsi olmamışdır. Təc­rübə göstərir ki, həmişə silsilə halda olan gizli səhvlər, pozuntular mövcud­dur.

Hava gəmisinin texniki nəzarəti zamanı baş verən səhvlər öz xüsusiyyətinə görə təyyarəçi və dispetçerin iş prosesi zamanı yol verdiyi səhvlərdən fərqlənir. Təyyarəçi və dispetçer öz səhvlərinin nəticəsini uçuş prosesinin sonuna qədər görə bilər. Hava gəmisinin texniki nəzarəti zamanı baş verən səhvlər isə çox hallarda həmin an deyil, bir neçə gün sonra, hətta bir neçə ay sonra meydana çıxır. Hava gəmisinin texniki nəzarəti prosesi HG-nin uçuş rejimi və ya onun havada hərəkətinin idarə olunması qədər dəqiqliklə qeyd edilmir. Hava gəmisinin texniki nəzarəti zamanı insanın səhv hərəkətləri nəzəri cəhətdən dərketmə psixologiyası tərəfindən izah edilə bilər, məsələn, qaydaları gözləmədən baş verən səhv­lər, mütəmadi və təsadüfi səhvlər. Bütün hallarda hava gəmisinin texniki nəzarəti ilə məşğul olan mütəxəssislər öz səhvlərinin baş vermə tezliyini bil­mə­li­dirlər.

Hava gəmisinin texniki nəzarəti zamanı yerüstü xidmətin səhvlərinin qarşısının alınması əhəmiyyətli və mürək­kəb bir proses hesab olunur.

Bu baxımdan hava gəmisinin texniki nəzarəti zamanı insan amilinə (yerüstü xidmətin səhvləri) 3 səviyyədə təsir etmək olar:

1. Səhvlərin tezliyinin azaldılması. Verilmiş istiqamət birbaşa səhvin mənbəyinə yönələn təsirdir. Buna misal olaraq, xidmət obyektinə daxilolmanın asanlaşdırılmasını, ətraflı ilkin təlimatı, işin idarəolunma ərazisinin işıqlan­dı­rıl­masının təkmilləşdirilməsini göstərmək olar.

2. Səhvlərin “tutulması”. Hava gəmisinin uçuşuna qədər səhvin “tutulması”. Buna misal olaraq, uçuşdan qabaq hava gəmisinin texniki müayinəsinin keyfiyyətinə nəzarət yoxlamalarının keçirilməsi, sistemin səmərəliliyinin yoxlanılması aiddir.

3. Səhvlərə dözümlülük. Verilmiş strategiya hava gə­misinin texniki müayinəsini səhvlərin ciddi nəticələrə səbəb olmayacağı kimi nəzərdən keçirir. Səhvlərə dözümlülük həm konstruktiv metodlarla, həm də hava gəmisinin texniki vəziy­yətinə nəzarət qaydalarının təkmilləşdirilməsi kimi təmin olu­nur. Sistemlərdən yalnız birinin işləməməsinə gətirib çı­xaran səhvlər, eyni zamanda hava gəmisinin konstruksiyasının bü­tövlüyünə nəzarət proqramı və s. buna misaldır.

Beləliklə, səhvlərin tezliyinin azaldılmasına yönələn yuxarıda sadalanan hər 3 istiqamət bilavasitə səhvlərə təsir edərək, bir-biri ilə sıx əlaqədar olub, tex­ni­ki mü­a­yinənin obyekti olan hava gəmisinin konstruksiyasının və bütövlükdə hava gə­mi­sinin texniki müayinəsinin təkmilləş­dirilməsindən asılıdır.

Hava gəmisinin uçuşa yararlılığı prosesi mütəmadi olaraq etibarlı məlumatın ilk növbədə texniki heyətə, rəhbər və inzibati heyətə verilməsini tələb edərək, bununla aviasiya texnikasının yenidən etibarlılığını təmin edir.

Hava gəmisinin uzun müddət istismarı zamanı yaranan problemlərlə əlaqədar qüvvədə olan normativ-texniki sənədlərin yenidən düzəlişlərlə işlənməsi və bu haqda həmin hava gəmisinin istehsalçılarını, müəlliflərini, operatorları məlumatlandırmaq zəruri hesab edilir.

Müasir dünya aviaparkında mükəmməl yeni hava gə­mi­lərinin artması, onların texniki müayinəsi və uçuşa yararlılığı daha çox mütəxəssislərin peşəkarlığından, bilik səviyyəsindən asılıdır. Müasir hava gəmisinə xidmət göstərən texniki heyət aviasiya texnikasının texniki müayinəsi sisteminin nəzəri sahəsində geniş biliklərə sahib olmaqla yanaşı, kompüter texnikası və elektron, avtomatik qurğularla davranmağı bacarmalı, həmçinin əldə olunan nəticələri düzgün şərh etməlidir.

Hava gəmisinin texniki müayinəsinin keyfiyyəti və düzgün nəzarətin aparılması texniki heyətin iş şəraitindən əhəmiyyətli dərəcədə asılıdır. Buna əlverişsiz hava şəraiti, kəskin soyuq və ya isti hava, gecə şəraiti, anqar tikilisinin olmaması, aşağı səviyyəli işıqlandırma və s. kimi hallar aiddir.

Bütün yuxarıda sadalanan hallar, mürəkkəb şəraitdə hava gəmisinin texniki müayinəsinin keyfiyyətinə əlavə nəzarət texniki heyət tərəfindən buraxılan səhvlərin azalması ehtimalını yaradır.


Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin