Birinci mərhələdə qüvvə və vəsaitlər qruplaşması tərəfindən QXDTİ həyata keçirilir.
İkinci mərhələdə qəza-xilasetmə işləri sona çatdırılır, idarəetmə yerli adminstrasiyaya təhvil verilir, qüvvə və
vəsaitlər qruplaşması QXDTİ keçirilmiş ərazidən çıxarılır, əhalinin həyat fəaliyyətini təmin etmək üçün ilkin
tədbirlər həyata keçirilir.
QXDTİ keçirilən ərazilərdə ilk növbədə, xilasetmə işlərinin təhlükəsizliyinə mane olan maneələr aradan
qaldırılır. Su basmış yerələrdə arxlar çəkilirr, suyun aradan qaldırılmasını təmin edən tədbirlər həyata keçirilir.
Elektrik xətlərində baş vermiş zədələrin aradan qaldırılması üçün elektrik xətləri qida mənbələrindən ayrılırlar
(açarların açılması, qoruyucuların çıxarılması, ehtiyyat tədbirlərinə əməl etməklə xətlərin kəsilməsi və izolə
edilməsi). Texnoloji borularda baş vermiş zədələrin təmiri, aradan qaldırılması üçün rezervuarlardan, texnoloji
aqreqatlardan gələn borularda ventillər bağlanır, nasoslar dayandırılır.
Uçqunlar altında qalmış insanların axtarışı qapıları, divarları, boruları döymək, səsləmə yolu ilə və köhnə
rabitə xətlərindən istifadə etməklə həyata keçirilir. İnsanların uçqunlarda axtarışı üçün öyrədilmiş itlərdən, xüsusi
cihazlardan (infraqırmızı kameralar, vibrofonlar, istiqamətlənmiş dinləmə qurğuları) da istifadə edilir. Uçqunlar
altında qalmış sığınacaqlara ilk növbədə hava vurulur.
Zərərçəkmişlərin tibbi yardım məntəqəsindən müalicə müəssisələrinə köçürülməsini dəstə komandirləri
həyata keçirir. Dəstə komandirləri zərərçəkmişlərin tibbi məntəqələrə, yaxud maşınlara minmə məntəqələrinə
55
daşınması üçün dəstənin şəxsi heyətindən sanitar drujinalara lazım olan sayda kömək ayırırlar.
Zərərçəkmişlərin müalicə müəssisələrinə köçürülməsi üçün bütün növ nəqliyyat vasitələrindən istifadə edilir.
Yüngül yaralılar yaxın məsafələrdə yerləşən müalicə müəssisələrinə piyada aparıla bilərlər.