Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Qərargahların əsas vəzifələri aşağıdakılardır



Yüklə 0,73 Mb.
səhifə15/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   11   12   13   14   15   16   17   18   ...   90
Mülki müdafiə-converted

Qərargahların əsas vəzifələri aşağıdakılardır: I. Dinc dövrlərdə:

  1. Mülki Müdafiə planlarını hazırlamaq və onu təhlil etmək;

  2. Mülki Müdafiə üzrə əhalinin hazırlığını təşkil etmək;

  3. İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz işləməsini təmin etmək.

II. Fövqəladə hadisə zamanı:

  1. Rəhbər heyəti, Mülki Müdafiə qüvvələrini və bütün əhalini yaranmış vəziyyət haqqında xəbərdar etmək;

  2. Xilasetmə işlərini görmək üçün Mülki Müdafiə qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək;

  3. Mülki Müdafiə kəşfiyyatını və dozimetrik-kimya nəzarətini təşkil etmək;

  4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək;

  5. Hərtərəfli təchizatı təşkil etmək;

  6. Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata keçirmək.

Mülki Müdafiə qərargahları əsas diqqəti Mülki Müdafiə tədbirlərinin vaxtında yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər kollektiv mühafizə qurğularının tikilməsi, fərdi mühafizə vasitələri fondunun yaradılması, Mülki Müdafiə qüvvələrinin təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit işinin təşkilindən və s. ibarətdir.
Hər bir qərargah, bütün Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsini istənilən şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır.
Yuxarı instansiyada duran qərargahların yüksək tələbkarlığı və dəqiqliyi tabelikdə olan qərargahlara nümunə olmalıdır. O, öz vaxtının çox hissəsini (70%) tabeliyində olan qərargahlara və Mülki Müdafiə qüvvələrinə sərf etməlidir.
Təsərrüfat obyektində Mülki Müdafiə qərargahının təşkili sxemi

Maddi-texniki təminat üzrə

Operativ məsələlər və
kəşfiyyat

Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən yaradılır və obyekt rəhbərinin əmri ilə rəsmiləşdirilir.
Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən və işçilərin sayından asılıdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin