Radiasiya səviyyələrinin ərazinin müxtəlif yerlərində müxtəlif vaxtlarda ölçülməsi radiasiya şəraitnin qiymətləndirilməsi üzrə məsələlərin həllini çətinləşdirir.
Buna görə də ölçülmüş radiasiya səviyyələri eyni bir vaxtda(partlayışdan bir saat sonrakı vaxta) keçirilir və xəritədə (sxemdə) qeyd edilir.
Bütün nöqtələrdə ölçülmüş radiasiya səviyyələri eyni bir vaxtda keçirlib xəritədə qeyd edildikdən sonra , həmin xəritədəki radiasiya səviyyələri 8R/saata bərabər və buna yaxın olan nöqtələr- göy rənglə,80R/s olan nöqtələr yaşıl xətlə, 240R/s olan nöqtələr qonur xətlə və 800R/s olan nöqtlər qara xətlə birləşdirilmişdir.
Bununla da,kəşfiyyat məlumatları əsasında təyin edilmiş faktiki radioaktiv zəhərlənmə zonaları –A,B,V,Q zonalarının sxemi əldə olunur.
Faktiki radiaktiv zəhərlənmə zonaları,adətən proqnazlaşdırma yolu ilə müəyyən edilmiş ehtimal olunan zəhərlənmə rayonun hüdudları daxilində yerləşir.
Zəhərlənmə zonalarının hüdudları göstərilən belə xəritə kəşfiyyat məlumatları əasasında radiasiya şəraitinin qiymətləndirilməsi üçün əsas sənəd sayılır.
Beləklikə, radiasiya şəraitinin qiymətləndirilməsi dedikdə- radioaktiv zəhərlənmə şəraitində mülki müdafiə dəstələrinin fəaliyyətinin , təsərrüfat obyektlərində istehsalat işləri aparmağın, habelə əhalinin davranışının müxtəlif variantları üzrə əasa məsələlərin həll edilməsi, alınan nəticələrin analiz edilməsi və insanların radiasiyadan zədələnməsinə yol verməyən ən məqsədyönlü fəaliyyət variantlarının tapılması nəzərdə tutulur.
Obyektlərin MM qərargahları və xidmətləri, eləcədə dəstə komandirləri adətən radiasiya şəraitini məhz kəşfiyyat məlumatları əasında qiymətləndirirlər. Radiasiya şəraitini qiymətləndirmək üçün lazım olan əsas ilkin məlumatlar bunlardır: radiaktiv zəhərlənməyə səbəb olmuş nüvə partlayışının baş verdiyi vaxt; radiasiya səviyyələri və onların ölçülmə vaxtı ; radiasiyanı zəiflətmə əmsallarının kəmiyyətləri; yolverilən şüalanma dozaları; eləcədə qarşıya qoyulmuş vəzifə
(tapşırıq) və onun icrası müddəti.
Radiasiya şəraitinin qiymətləndirilməsi üzrə məsələlərin həllində müxtəlif məlumat cədvəllərindən, xüsusi hesablama və MM dozimetrik xətkeşlərindən , həmçinin hesablamalar üzrə düsturlardan istifadə olunur.