Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Zədə (travma) şoku və şok əleyhinə tədbirlər



Yüklə 0,73 Mb.
səhifə83/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   79   80   81   82   83   84   85   86   ...   90
Mülki müdafiə-converted

Zədə (travma) şoku və şok əleyhinə tədbirlər


Zədə (travma) şoku ağır zədələnmələrin, o cümlədən də müxtəlif sınıqların həyat üçün təhlükəli olan ağırlaşmasıdır. Bu hal, mərkəzi sinir sistemi fəaliyyətinin, qan dövranının, maddələr mübadiləsinin və orqanizmin həyat üçün vacib olan digər fəaliyyət növlərinin pozulması ilə xarakterizə olunur.
Şokun səbəbi – orqanizmin bir dəfə və ya təkrarən ağır zədələnməsi ola bilər. Çoxlu qan itirildikdə, qış vaxtı isə yaralanmadan sonra soyuqdəymə hallarında şok xüsusən tez baş verir.
Şokun qarşısını almaq üçün görülən əsas tədbirlər – zədələnmə nəticəsində törəyən ağrıları kəsmək və ya azaltmaq, qanaxmanı dayandırmaq, yaralının soyuqlamasına yol verməmək və ilk tibbi yardım tədbirini çox ehtiyatla icra etməkdən ibarətdir.
Ağrıkəsən dərman olmadıqda şok halındakı yaralıya, əgər onun qarnını dəlib keçən yara yoxdursa, bir qədər şərab, isti çay və ya qəhvə içirtmək olar. Sonra yaralının üstünü ədyalla örtür və onu xərəkdə ehtiyatla tibb müəssisəsinə aparırlar.

Yanıqlar zamanı ilk tibbi yardım


Yanıqların baş verməsi səbəbləri. Yanıqlar yüksək temperaturun, habelə müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Xüsusən nüvə zədələnməsi ocaqlarında yanığa məruz qalmış yaralıların sayı daha çox ola bilər. Burada şox vaxt yanıqlar travmalarla və radiasiya zədələnmələri ilə birlikdə baş verir.
İşıq şüalanmasının, alovun, qaynar suyun və buxarın təsirindən baş verən yanıqlar termik yanıqlar adlanır. Dərinin səthinə və selikli qişalara qatı turşuların və qələvi maddələrin təsiri nəticəsində kimyəvi yanıqlar baş verir. Turşular və qələvi maddələr nəinki düşdüyü yeri zadələyir, həm də orqanizmin ümumi zədələnməsinə səbəb olur. Napalm və digər yandırıcı maddələrin törətdiyi yanıqlar daha təhlükəlidir. Napalm bədənin dəri səthinə və paltara yapışaraq yanmaqda davam edir, nəticədə həm dərinin səthi, həm də dərialtı birləşdirici toxumalar və əzələlər yanıb dərin yanıqlar törədir.
Dərinin səthinə və selekli qişalara radioaktiv maddələr düşüb orada uzun müddət qaldıqda radiasiya yanıqları meydana çıxır. Termik, kimyəvi və radiasiya yanıqlarının ağırlıq dərəcəsi nəinki toxumaların zədələnmə dərinliyindən, həm də yanıq baş vermiş səthin sahəsindən asılı olur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin