Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İlan və zəhərli həşərat dişləyərkən ilk yardım



Yüklə 0,73 Mb.
səhifə87/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   82   83   84   85   86   87   88   89   90
Mülki müdafiə-converted

İlan və zəhərli həşərat dişləyərkən ilk yardım


Zəhərli ilan adamı vurduqda onun zəhəri yara yerindən orqanizmə keçir. Bir sıra zəhərli ilanların zəhəri insan həyatı üçün olduqca təhlükəlidir və vaxtında yardım göstərilməsə ölümə səbəb ola bilər.
İlan vuran zaman ilk tibbi yardım göstərərkən dərhal ilanın dişlədiyi yerdən yuxarıda turna qoyurlar. Sonra yara yerinə banka qoymaqla və ya yardım göstərən adamın ağız boşluğu sağlamdırsa, zəhəri sormaqla kənar edirlər. İlan vurmuş yeri 1 %-lı kalium – permanqanat məhlulu ilə yuyur, həmin yerə buz qoyurlar. Zədələnmiş şəxsi dərhal ən yaxındakı tibb müəssisəsinə aparırlar. Ən təsirli profilaktika və müalicə vasitəsi – ilan zəhəri əleyhinə serum vurmaqdır.
Zəhərli hörümçəklər – əqrəb və ya qara qurd dişləyərkən onlar neyrotoksik (sinir sistemini zəhərləyən) təsirli zəhər buraxır ki, belə zəhər tənəffüs mərkəzini iflic edir və qıc olmaya səbəb olur. Bu zaman adama vaxtında yardım göstərilməsə, o ölə bilər. Böyənin sancması nisbətən az təhlükəlidir, bu şox ağrı törətsə də, ölümə səbəb olmur. İlk yardım göstərərkən bədəndən həşəratın neştərini çıxarmaq və oraya buz qoymaq lazımdır.

RADIASIYA ŞƏRAİTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ


Radiasiya şəraiti dedikdə ərazidəki radioaktiv zəhərlənmənin Mülki müdafiə dəstələrinin fəaliyyətinə, təsərrüfat obyektlərinin işinə və əhalinin həyat fəaliyyətinə təsir göstərən miqyası və dərəcəsi anlaşılır. Digər sözlə, radiasiya şəraitinin respublikanın, rayonun,yaşayış məntəqəsinin və ya təsərrüfat obyektinin ərazisində yerin və buradakı bütün əşyaların radioaktiv zəhərlənməsi (çirklənməsi) nəticəsində yaranan və əhali arasında zəhərlənmə hallarının qarşısını almaq üçün müəyyən mühafizə tədbirləri görülməsini tələb edən şəraitə deyilir.
Radiasiya şəraitinin proqnozlaşdırma üsulu ilə və kəşfiyyat məlumatları üzrə aşkar etmək və qiymətləndirmək mümkündür.
Radiasiya şəraitinin proqnozlaşdırma üsulu ilə aşkar edilməsi və qiymətləndirilməsi- dəstələrin daha məqsədyönlü fəaliyyətini əvvəlcədən təxmini olaraq müəyyən etməyə, mühafizə tədbirləri görməyə və radiasiya kəşfiyyatı üzrə vəzifələri dəqiqləşdirməyə imkan yaradır.
Radiasiya şəratinin proqnozlaşdırması MM qərargahların əvvəlcədən, yəni radioaktiv bulud gəlib çatanadək əhalinin, fəhlə və qulluqçuların, dəstələrin mühafizəsi üçün müəyyən tədbirləri görməyə imkan verir.
Belə tədbirlər aşağıdakılardan ibarətdir:

  • Radioaktiv zəhərlənmə təhlükəsi barədə xəbərdarlıq;

  • Müəssənin radioaktiv zəhərlənmə şəraitində iş rejiminə keçirilməsinə hazırlıq görmək;

  • Radiasiyadan mühafizə daldanacaqlarınının hazırlanması üzrə işlərin başa

çatdırılması və adamların orada yerləşdirilməsi.

  • Fərdi mühafizə vasitələrinin istifadəyə hazırlanması

  • Ərzağın, su mənbələrinin çirklənmədən mühafizə edilməsi üzrə işlərin sona çatdırılması.

Proqnoz üsulu ilə radiasiya şəraitinin aşkar edilməsi düşmən nüvə silahlı işlətdikdən və ya radiaktiv maddələrdən istifadə olunan müəssələrdə istehsalat prosesində qəza baş verdikdən dərhal sonra, aşağdakı adıcıllıqla yerinə yetirilir:

  • Ehtimal olunan zəhərlənmə zonasının ölçüləri təyin edilir:

  • Ehtimal olunan zəhərlənmə zonası xəritədə( sxemdə) göstərilir (qeyd edilir) :

  • Təsərrüfat obeyktinin, rayonun ərazisində zəhərlənmənin

başlandığı(radioaktiv maddələrin çökməyə başlandığı) vaxt təyin edillir.
Radioaktiv zəhərlənmənin proqnozlaşdırılması üçün ilkin məlumatlar bunlardır: nüvə partlayışını və ya nüvə obeyktində qəza hadisəsinin gücü və vaxtı; partlayış mərkəzinin ( epimərkəzinin) koordinatları; partlayışını növü; orta küləyin istiqaməti və sürəti
Nüvə partlayışlarının parametirləri (gücü, növü,vaxtı, koordinatları və s.) haqqında məlumatlar- nüvə partlayışını aşkar və qeyd edilməsi sistemindən, orta küləyin istiqaməti və sürəti barədə məlumat isə meteoroloji xidmətdən alınır.
Orta külək -yerin səthindən nüvə partlayışı buludunun yuxarı kənarınadək atmosferin bütün qatlarında sürəti və istiqaməti eyni olan küləyə deyilir.
Orta küləyin istiqaməti (azimutu) şimal istiqaməti ilə küləyin haradan əsdiyi istimqamət arasında saat əqrəbinin istiqamətində hesablanan bucaqdır.
Orta külək haqqında məlumatlar təsərrüfat obyektlərinə sutkada bir neçə dəfə yuxarı MM qəragahı tərəfindən rabitə vasitələrilə meteobulleten kimi verilir.
Xəritədə (sxemdə) orta külək belə işarə edilir:
Burada:
315-orta küləyin azimutu, dərəcələrlə;
50- orta küləyin, sürəti, km/saat

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin