Şəkil 8 proqnoz məlumatlarına əsasən chitimal olunan zəhərləmə rayonu
Radioaktiv maddələrin əraziyə çökmə müddəti (radioaktiv buludun çatacağı vaxt) bu düsturlu təyin edilir.
T= L/V
Burada L- partlayış mərkəzindən obeyktədək (adamlar yerləşən rayonadək) məsafə km:
V-küləyin orta sürətidir, km/saat.
Hər cür proqnozlaşdırmada oluğu kimi,radioaktiv zəhərlənmənin proqnozuda xeyli nisbidir. Təbidir ki, proqnozlaşdırma vaxtı partlayış yerinin koordinatları, onun gücü, küləyin orta istiqaməti sürəti təyin edilərkən bəzi qeyri dəqiqlik ola bilər.Proqnozlaşdırma radioaktiv zəhərlənmə barədə ancaq təxmini məlumat verir. Proqnozun nəticələrinə əsasən qabaqcadan, yəni radioaktiv maddələr əraziyə çökənədək, belə təhlükə yaranan yaşayış məntəqələrində və təsərrüfat obeyktlərində radiasiya səviyyəllərini lazımi dəqiqliklə təyin etmək olmaz.
Buna görə də proqnozlaşdırılan radiasiya şəraiti kəşfiyyatı məlumatları vastəsilə
yəni ərazidə ölçülmüş faktiki radiasiya səviyyələri əsasında hökmən dəqiqləşdirilməlidir.
Faktiki radiasiya şəraitinin aşkar edilməsi və kəşfiyyat məlumatlarını toplanması işləri obeyktin MM rəhbərini və onun qərargahını obeyktin ərazisində, dəstələrin yerləşdiyi sahələrdə, hərəkət marşurutlarında və şəhərdənkənar zonada baş vermiş radioaktiv zəhərləmə barədə məlumatlarla təmin etmək üçün yerinə yetirilir.Belə məlumatlar isə zəhərli sahələrdə fəhlələrin, qulluqçuların , MM dəstələri heyətinin radiaktiv şüalanmasının qarşısını almaq ,heyətinin radioaktiv şüalanmasının qarşısını almaq və ya təsirini azatmaq, onların daha məqsəd yönlü və təhlükəsiz faliyyət qaydasını müəyyən etmək məqsədi ilə lazımi mühafizə tədbirlərin götürülməsi üçün vacibdir.
Radiasiya kəşfiyyatı əraziyə radioaktiv maddələr çökəndən sonra fasiləsiz olaraq müşahidə postları , xususən hazırlıqlı kəşfiyyat qrupları və manqaları, habelə bütün hərbiləşmiş MM dəstələri tərəfindən aparılır.
Radiasiya kəşfiyyatı aparmaq üçün kəşfiyatçılar dozimetrik cihazlarla təchiz edilir.
Radiasiyanın səviyyələrini əvvəlcədən göstərilən yerlərdə (“ nöktələrdə”) hərəkət marşutlarında isə hər 50-100 m məsafədə ölçürlər. Ölçümələr aparılan nöktələrin (yerlərin) koordinatlrı, radiasiya səviyyələrinin kəmiyyətləri və onların ölçülməsi vaxtları barədə hər dəfə mülki müdafiə qərargahına məlumat verilir.
Radiasiya səviyyələri və onların ölçülməsi vaxtı haqqında kəşfiyyat qrupları və manqalarından MM qərargahına verilən məlumatlar radiasiya kəşfiyyatı və müşahidə jurnalına yazılır( bax: sxem № 1)
Sıra №
Səbəb olmuş nüvə partlayışının baş
verdiyi tarix və vaxt