Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək;
Hərtərəfli təchizatı təşkil etmək;
Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunması tədbirlərini həyata keçirmək.
Mülki Müdafiə qərargahları əsas diqqəti Mülki Müdafiə tədbirlərinin vaxtında yerinə yetirilməsinə yönəltməlidir. Bu tədbirlər kollektiv mühafizə qurğularının tikilməsi, fərdi mühafizə vasitələri fondunun yaradılması, Mülki Müdafiə qüvvələrinin təşkili, onların hazırlığı, fövqəladə hadisələr zamanı obyektlərin sabit işinin təşkilindən və s. ibarətdir.
Hər bir qərargah, bütün Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsini istənilən şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır.
Yuxarı instansiyada duran qərargahların yüksək tələbkarlığı və dəqiqliyi tabelikdə olan qərargahlara nümunə olmalıdır. O, öz vaxtının çox hissəsini (70%) tabeliyində olan qərargahlara və Mülki Müdafiə qüvvələrinə sərf etməlidir.
Təsərrüfat obyektində Mülki Müdafiə qərargahının təşkili sxemi
Qərargahın tərkibi obyektin ştat üzrə işçilərindən yaradılır və obyekt rəhbərinin əmri ilə rəsmiləşdirilir.
Qərargah işçilərinin tərkibi obyektin xüsusiyyətindən, tabeçiliyindən və işçilərin sayından asılıdır.