Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Sığınacaqda ərzaq və dərman ehtiyatlarının yaradılması qaydası



Yüklə 0,73 Mb.
səhifə72/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   68   69   70   71   72   73   74   75   ...   90
Mülki müdafiə-converted

Sığınacaqda ərzaq və dərman ehtiyatlarının yaradılması qaydası
Sığınacaq adamların qəbulu üçün hazır vəziyyətə gətirilən zaman, orada ərzaq və dərman ehtiyatları yaradılır.
Ümumiyyətlə, Mülki Müdafiə sistemində belə ehtiyatların iki növü nəzərdə tutulmuşdur:

  • rayon (şəhər) icra hakimiyyəti orqanlarının ehtiyatları (əsasən, işləməyən əhalini və uşaq müəssisələrini təchiz etmək üçün);

  • təsərrüfat obyektlərinin ehtiyatları (obyektin fəhlə və qulluqçularını təmin etmək üçün).

Sığınacaqlarda zədələnmələrin aradan qaldırılması
Uçqunlar altında qalmış, xüsusən havasoran yolları zədələnmiş sığınacaq və daldalanacaqlarda qalan adamlar arasındakı tələfatı azaltmaq məqsədi ilə havasoran yolları mümkün qədər tez və sürətlə açmaq lazımdır, çünki adamlar orada təxminən 4 saatdan artıq qala bilməzlər. Havasoran kanalları bərpa etmək mümkün olmadıqda havanın keçməsi üçün sığınacağın (daldalanacağın) qapılarını aralamağa çalışmaq lazımdır. Qapıları açmaq mümkün olmadıqda divarları və ya üst örtüyü deşməklə də sığınacağa (daldalanacağa) hava vermək mümkündür. Sığınacağa hava verərkən çalışmaq lazımdır ki, oraya qaz və su dolması təhlükəsinin qarşısı alınsın. Mühafizə qurğusunun sənədləri
Mühafizə qurğusunda aşağıdakı sənədlər olmalıdır:

  1. Mühafizə qurğusunun pasportu.

  2. Mühafizə qurğusundan müharibə dövründə istifadə etmək üçün təlimat.

  3. Mühafizə qurğusunun saxlanılmasına nəzarət jurnalı.

  4. Mühafizə qurğusunun planı.

  5. Mühafizə qurğusunda olan avadanlığın, alətlərin və əmlakın siyahısı.

  6. Hava təminatının istismar sxemi.

  7. Enerji təminatının istismar sxemi.

  8. Su təminatının və kanalizasiya sisteminin istismar sxemi.

  9. Dizel elektrik stansiyasına xidmət etmək üçün təlimat.

  10. Süzücü-ventilyasiya avadanlığına xidmət etmək üçün təlimat.

  11. Fərdi mühafizə vasitələrindən istifadə etmək üçün təlimat.

  12. Mülki Müdafiənin xəbərdarlıq siqnalları.

  13. Mühafizə qurğusunda mikroiqlimin və havadakı qaz tərkibinin göstəricilərinin qeydiyyat jurnalı.

  14. Tibbi yardım üçün müraciətlərin qeydiyyat jurnalı.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin