Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İlk tibbi yardım qaydaları



Yüklə 0,73 Mb.
səhifə84/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   80   81   82   83   84   85   86   87   ...   90
Mülki müdafiə-converted

İlk tibbi yardım qaydaları. Yardım göstərərkən ilk növbədə alışmış paltarları söndörmək, bu məqsədlə adamın üstünə palto və ya ədyal salmaqla alovu səngitmək lazımdır. Sonra bədənin yanıq yerini paltardan azad edirlər, yəni yanıq yerinə toxunmadan onun ətrafından paltarı kəsib çıxarırlar. Yanıq yerindən suluğu qoparmaq, yanıq səthə əl ilə toxunmaq, yanığa yağ, məlhəm və başqa maddə sürtmək olmaz. Yanıq yerinə steril sarğı qoyurlar. Yanıq əleyhinə konturlu sarğılardan da istifadə etmək olar. Üzə, döşə, arxaya, qarına, buda qoyulmaq üçün belə sarğılar bədənin həmin hissələrinin formalarına uyğun olaraq əvvəlcədən hazırlanır, sterilləşdirilir və xüsusi məhlulla hopdurulur. Bu sarğıları yanıq yerinə qaytanla bağlayırlar.
Gözlərdə yanıq baş verərkən göstərilən ilk tibbi yardım gözə steril sarğı qoymaqdan və belə zədələnməsi olan adamın rahatlığını təmin etməkdən ibarətdir.
Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox vaxt dərin olur. Toxumaların ölməsi (nekrozu) yalnız dərini deyil, onun altında yerləşən toxumaları da əhatə adir. Kimyəvi yanıqlarda göstərilən ilk tibbi yardım bir sıra xüsusiyyətlərə malikdir: yanıq yerini dərhal 15 – 20 dəqiqə ərzində axar soyuq su altında yumaq lazımdır. Bundan sonra yanıq turşulardan baş veribsə yanıq yerinə çay sodası səpir, yanıq qələvilərdən baş veribsə sirkənin zəif məhlulunu tökür və steril bintlə örtürlər. Sulfat turşusundan baş vermiş yanıq yerini su ilə yumaq olmaz, çünki sulfat turşusu su ilə birləşdikdə güclü istilik törədir. Belə hallarda infeksiyadan təmizləmək məqsədilə yanıq yerinə qaynadılmış (sterilizə edilmiş və soyudulmuş)bitki yagı sürtürlər.
Ürəyin fəaliyyəti dayandıqda və nəfəs kəsildikdə ilk tibbi yardım Elektrik cərəyanı vurarkən, suda boğularkən, tənəffüs yolları sıxılarkən, habelə bir sıra digər zədələnmələr nəticəsində tənəffüs və ürəyin fəaliyyəti qəflətən dayanar və klinik ölüm halı baş verə bilər.
Ürək fəaliyyətinin dayanmasını nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edirlər. Belə adamlara dərhal süni tənəffüs verilsə və ürək xaricdən masaj edilsə bir cox hallarda onların həyatını xilas etmək olar.
Yaralının çənələri sıxılmış halda olduqda alt çənəni bir qədər irəli çəkib çənəaltını basaraq yaralının ağzını açmaq, sonra ağız boşluğunu tüpürcəkdən və ya selikdən salfetlə təmizləmək və süni tənəffüs verməyə başlamaq lazımdır; bu məqsədlə yaralının açılmış ağzına bir qat salfet (cib yaylıgı) sərir, burnunu sıxır. Dərindən nəfəs alıb, dodaqlarını yaralının dodaqlarına kip sıxır və havanı bərkdən onun ağzına üfürürlər. Havanı yaralının ağzına o qədər üfürmək lazımdır ki, onun ağciyərləri hər dəfə mümkün qədər çox açılsın (bu, döş qəfəsinin hərəkətindən məlum olacaq). Hava az paylarla üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı ritmik surətdə hər dəqiqədə 16-18 dəfə, təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın aşkara çıxana qədər üfürmək lazımdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin