III. BÖLMƏ: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili. Bu bölmədə əks olunur:
– fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması,
kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya
şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin
miqdarının dəqiqləşdirilməsi;
– mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin
təşkil edilməsi və həyata keçirilməsi;
– fövqəladə hadisə baş vermiş ərazidən əhalinin çıxarılması, köçürülməsi və onların
müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi;
– xəsarət alanlara ilk tibbi yardım göstərilməsi və onların müalicə ocaqlarına
göndərilməsinin təşkili;
– bitki və heyvanların xilas edilməsi üçün tədbirlərin görülməsi (aidiyyatı üzrə);
– xəsarət ocaqlarında sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin həyata
keçirilməsi;
– işçilərin zəruri ərzaq ehtiyatı ilə təmin edilməsi;
– nəqliyyat təminatı;
– meteoroloji təminat.
IV BÖLMƏ: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili. Bu bölmədə əks olunur:
– əsas, ehtiyat və yardımçı idarəetmə məntəqələrinin yerləri, tərkibi, mühafizə
tədbirləri və əməliyyat qruplarının məntəqədə fəaliyyət qaydaları;
– idarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq və informasiya vasitələri ilə təchiz
olunması və onlardan istifadə etmə qaydaları;
– fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə
də işçilərin xəbərdar edilməsi qaydaları;
– mülki müdafiə qüvvə və vasitələrinin “gündəlik fəaliyyət” , “yüksək hazırlıq” və
“fövqəladə hadisə” rejimlərində idarə edilmə qaydaları;
– mülki müdafiə qüvvələri ilə rabitənin təşkili və idarəetmə pozulduqda onun bərpa
edilməsi üzrə tədbirlər.