Səyyar rabitə vasitələri – böyük miqdarda lazımi sənədlərin ünvana çatdırılmasına
imkan verir, əlbəttə bu halda məlumatın kodlaşdırılmasına vaxt itirilmir, ancaq elə
etmək lazımdır ki, məlumat rəqib əlinə keçməsin. Burda istifadə edilən nəqliyyat
vasitələrində onun hərəkətinə üstünlük verən xüsusi tanınma nişanları olmalıdır.
Siqnallı rabitə vasitələri –həm xəbərdarlıq üçün, həm də Mülki Müdafiənin
sərəncam və komandalarını çatdırmaq həm də göstəriş və siqnalları təkrar vermək
məqsədilə istifadə olunur. Siqnallı rabitə vasitələri sirenalardan, siqnal raketlərindən,
işıq və səs siqnalı verən vasitələrdən və bayraqcıqlardan ibarətdir.
Siqnal vasitələri – qısa komandaların, məlumatların, xəbərdarlıq siqnallarının
verilməsi üçün istifadə olunur. Siqnal vasitələri kimi görünən siqnal raketlərindən,
tüstü verən şaşkalardan, fanarlardan, bayraqlardan, səsli sirendən, fitdən və zəngdən
istifadə olmaqla həyata keçirilir.
Təbii fəlakət və ya qəza baş verərkən, yaxud, düşmən basqını barədə əhalini
xəbərdar etməyin əsas üsulu radio və televiziya vasitəsilə xəbərlərin verilməsidir.
Belə xəbərlərdən əvvəl hökmən «
Hamının diqqətinə!» siqnalı, bundan sonra isə
müvafiq «
Hava həyəcanı», «
Hava həyəcanı qurtardı», «
Kimya həyəcanı»,
«
Kimya həyəcanı qurtardı», «
Radiasiya təhlükəsi» və «
Radiasiya təhlükəsi
Dostları ilə paylaş: