Nüvə
partlayışlarının
dağıdıcı
faktorları
insanların
məhv
edilməsində kompleks xarakter daşıyır, böyük əraziləri əhatə edir və öz
təsirini uzun müddət saxlayır.
Nüvə silahının zədələyici amilləri
Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35% –
işıq şualanmasının, 10% – ərazinin
radioaktiv çirklənməsinin, 4% –
nüfuzedici radiasiyanın və 1% – elektromaqnit impulsunun
yaranmasına sərf olunur.
Zərbə dalğası. Nüvə partlayışının ilk anından
sonra havada şar
(göbələk) şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində
partlayış məhsullarının istiliyi 10
milyon dərəcəyə, təzyiqi isə bir neçə
milyard atmosferə çatır. Bunun nəticəsində şarı
əhatə edən hava
sərhəddində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış
məhsulları məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa
başlayır və nəticədə havada zərbə dalğası yaranır.
Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk
sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas
parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və izafi təzyiqin təsir
müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından
əvvəlki
normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Izafi təzyiq hər kv. sm. düşən kq. qüvvə ilə
ifadə olunur və KP (kilopaskalla) ölçülür.
Zərbə dalğası nəticəsində binalar,
qurğular, tikililər dağılır, insanlar isə müxtəlif
dərəcəli zədələr alırlar.
İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı 4 növə növlə bölünür:
– yüngül zədələnmə - izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman
yüngül
kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti
itirilməsi baş verir;
– orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa bərabər olanda baş verir. Belə hallarda
bədənin ümumi kontuziyası, qol və qiç nahiyələrinin bərk burxulması, burun və qulaqlardan
qanaxma baş verir;
– ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman qol
və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun
və qulaqlardan şiddətli
qanaxma baş verir.
– ən ağır zədələnmə – izafi təzyiq 100 kPa - dan yüksək olanda baş verir. Bu zaman
bütün sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi
baş verir.
Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə dağıntı ocağı
adlandırılır. Dağıntıların xarakterinə görə bu sahələr 4 növə ayrılır: tam dağıntı zonası, güclü
dağıntı zonası, orta dağıntı zonası və zəif dağıntı zonası.
– Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir. Bu sahənin
hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada
istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə
sığınacağların bir qismi uçulur. Küçələrdə başdan - başa
uçqunlar əmələ qəlir və
sığınacaqların giriş yolları uçqunlarla tutulur.
– İzafi təzyiqin təsirinə 50 kPa-dan – 30 kPa-dək məruz qalmış sahələr
güclü
Dostları ilə paylaş: