İnsanların aldığı yanıqların dərəcələri işıq şüalanmasının miqdarından, paltarın
növündən, kipliyindən və rəngindən də asılı olur. Açıq rəngli və gen paltar geyinmiş
insanlar, qara və dar paltar geyinmiş insanlara nisbətən az yanıqlar alırlar.
Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən,
gücündən, məsafədən və hava şəraitindən asılı olur. Yağmurlu və dumanlı havada
işıq impulsunun təsiri qat – qat azalır.
Sığınacaqlar və radiasiya əleyhinə daldalanacaqlar işıq şüalanmasının
təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. Bütün kölgə salan əşyalar da insanları
işıq şüalanmasından qoruya bilir.
Dostları ilə paylaş: