Radioaktiv çirklənmənin əsas mənbəyi – nüvə partlayışının bölünən
hissələridir. Nüvə bölünməsi prosesində
böyük miqdarda müxtəlif
maddələrin mürəkkəb qarışığı əmələ gəlir. Bu qarışıqlar Mendeleyev
dövri sisteminin orta hissəsində yerləşən 35 kimyəvi elementin 200
izotopunu özündə birləşdirir.
Radioaktiv çirklənmənin mənbəyini bölünən nüvə hissəcikləri və
radioaktiv enerji təşkil edir.
Nüvə partlayışı zamanı çoxlu radioaktiv maddələr yaranır və bu maddələr yerə
çökərək ərazinin zəhərlənməsinə səbəb olur. Nüvə partlayışı baş verəndən sonrakı
anlardan radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur.
Odlu kürə buxara və
tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir.
Hündürə qalxan hava axınları yerdən toz- torpağı göyə qaldırır və onları radioaktiv
buludla birlikdə aparır. Yuxarı qalxan toz -torpaq radioaktivləşir. İri toz buludlarının
bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür, qalan hissəsi isə buludun
tərkibində qalıb hava axınları vasitəsi ilə partlayış mərkəzindən yüzlərlə km.
məsafələrə aparılır.
Radioaktiv zəhərlənmənin dərəcəsi ilk növbədə partlayışın
gücündən və növündən
asılıdır. Bundan əlavə partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər
olan
məsafədən, meteoroloji şəraitdən, küləyin istiqamətindən və yerin relyefindən
asılı olur.
Yerin radioaktiv çirklənməsi radiasiya səviyyəsi
ilə xarakterizə olunur və
R\saatla ölçülür. Radiasiya səviyyəsi – insanın həmin ərazidə bir saat qaldığı müddət
ərzində aldığı şüalanma dozasını göstərir. Radiasiya səviyyəsi 0,5R\saat və ondan çox
olan yerlər zəhərlənmiş ərazilər sayılır.
Yerin radioaktiv zəhərlənməsinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki,
radioaktiv maddələrin təbii surətdə parçalanması nəticəsində radiasiyanın
səviyyəsi
aşağı düşür. Vaxt 7 dəfə artdıqca radiasiya səviyyəsi 10 dəfə azalır.
Radioaktiv çirklənmədən mühafizə olunmaq üçün sığınacaqlardan və radiasiya
əleyhinə daldalanacaqlardan, həmçinin fərdi mühafizə vasitələrindən istifadə etmək
lazımdır. Bədənin səthini radioaktiv çirklənmədən adi paltarlarla da mühafizə etmək
mümkündür.
İnsanların paltarları, ayaqqabıları və bədəninin
radioaktiv maddələrdən
təmizlənməsi sanitariya təmizlənməsi, texnikanın, ərzağın, suyun, habelə müxtəlif
səthlərdən radioaktiv maddələrin kənar edilməsi isə
dezaktivasiya adlanır. Bunların
hamısı xüsusi təmizlik tədbirləri adlanır.
Dezaktivasiyanı iki üsulla –fiziki və fiziki-kimyəvi
üsulla yerinə yetirmək
olur. Fiziki üsul – radioaktiv maddələri səthlərdən silmək, süpürmək, çırpmaq, yumaq
və zəhərli üst qatı qazımaqla yerinə yetirilir. Fiziki-kimyəvi üsul – zəhərli səthləri
turşu, qələvi və ya adi yuyucu maddələrin məhlulları ilə yuyub təmizləməkdən
ibarətdir.
Xüsusi təmizlik öz növbəsində əhalinin qismən və
tam sanitariya təmizliyinə
bölünür.
Dostları ilə paylaş: