kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm
3
, qaynama temperaturu 200
0
C, donma temperaturu mənfi 80
0
C-dir. Suda həll olmur, üzvi
həlledicilərdə isə yaxşı həll olur. Toksiki xassələrinə görə zoman zarindən
güclüdür, onun buxarları zarin buxarlarından 3-4 dəfə çox toksikdir. Maye
- damla halında isə zarindən 15-20 dəfə toksikdir. Zoman öz zəhərləyici
xassələrini su tutumlarında 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin
əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu
və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib,
sonra isə sakitləşməsini göstərmək olar.
Dostları ilə paylaş: