Mülki Müdafiə dinc dövrdə və ya müharibə dövründə əhalini Azərbaycan


BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün



Yüklə 21,76 Kb.
səhifə3/7
tarix16.04.2023
ölçüsü21,76 Kb.
#99004
1   2   3   4   5   6   7
Mülki Müdafiə vəzifələri

BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün
ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu
təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal
iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 1998-ci il 18 aprel
tarixli 700 nömrəli fərmanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25
sentyabr 1998-ci il tarixli 193 saylı qərarında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında 19.04.2006-cı il tarixli 394 saylı Əsasnamədə, Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Qoşunları Haqqında 29.12.2006-cı il tarixli 511saylı Əsasnamədə, Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan
Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının
Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata
keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi
həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» qanundan,Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli
Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının
siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təqdimatı əsasında
zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası ərazisinin Mülki Müdafiə üzrə zonalara bölünməsi 1
nömrəli Əlavəyə, Mülki Müdafiə üzrə şəhərlərin qrupları: I qrup, II qrup və III
qrup olmaqla 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir:
xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.

Yüklə 21,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin