Mülki Müdafiə dinc dövrdə və ya müharibə dövründə əhalini Azərbaycan



Yüklə 21,76 Kb.
səhifə1/7
tarix16.04.2023
ölçüsü21,76 Kb.
#99004
  1   2   3   4   5   6   7
Mülki Müdafiə vəzifələri




Mülki Müdafiə – dinc dövrdə və ya müharibə dövründə əhalini (Azərbaycan
Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan
Respublikasıərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habeləətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər
tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Parisdə tibb xidməti generalı Corc Sant-Pol ―Cenevrə regionu Assosiasiyası‖
təşkilatını yaratmışdır.
Bu təşkilatın əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh
dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları
(qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.
1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən
Cenevreyə köçürülmüşdür. Generalın məsləkdaşı Henri Corc Assosiasiyaya
başçılıq etmiş və onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.
Henri Corc 1947-ci ildə ―Müasir müharibədə mülki əhalinin mühafizəsi‖ adlı
kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada ―Cenevrə
regionu‖ adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın
layihəsi öz əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu
ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya qəbul olundu. Əgər ―Cenevrə regionu‖ üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üçün böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü.
Konfransda yaralı və xəstə əsgərlər üçün ―Qırmızı Xaç‖ emblemi ilə mühafizə
olunan hospital yaradılması təsdiq edildi və əlavə olundu ki, xəstələr, qocalar,
əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.
1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi.
Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya müharibəsinə çevrilməsi
təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə
edərək ―Cenevrə regionu‖ Katibliyi potensial təhlükəsiz zona axtarmaq və
hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin
hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar
tərtib olunurdu. Planlaşdırma sahəsində fikir və təcrübə mübadiləsi son dərəcə
faydalı oldu. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların
yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk
Beynəlxalq Konfrans keçirildi.

Yüklə 21,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin