İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və
nəzərə alındı ki, ―Cenevrə regionu Assosiasiyası‖ (qeyri-hökumət
təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. Yeni statusa əsasən
ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə
səlahiyyətləri verildi.
BMMT-nın yeni statusuna müvafiq olaraq, 1958-ci ildə Cenevrədə Mülki
Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən
130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi,
müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin
beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir. O
dövrün problemlərini nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra
atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkələrdə nüvə silahlarından
mühafizə üçün sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı. Mülki Müdafiə
işçilərinə Beynəlxalq status verildi.
1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alındı. Onun məqsədi –fövqəladəhadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkiletmək idi. Bu təşkilat ən mürəkkəb fövqəladə hallarda zərərçəkənlərə yardımgöstərir, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa fövqəladə hadisələrinqarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regionaltəşkilatlarla əməkdaşlıq edir, insanların şəxsi rifahı və bütünlükdə cəmiyyətininkişafı, həmçinin ətraf mühitin təhlükəsizliyi uğrunda mübarizə aparır.
BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakçı ölkələrin
nümayəndələrindən seçilir. Məclis 2 ildən bir, təşkilatın icraçı orqanı isə ildə bir
dəfədən az olmayaraq toplanır və müvafiq komissiyalar yaradaraq təşkilatın
mənafeyinə uyğun məsələlərlə məşğul olur. Təşkilatın gündəlik fəaliyyətinə Daimi Katiblik rəhbərlik edir.
BMMT insanların həyatını və əmlakını mühafizə, yerli və hökümətlərarası
səviyyədə planlaşdırma, kadrların hazırlanması, həm təbii mənşəli, həm də
insanlar tərəfindən törədilən hər cür bədbəxt halların qarşısının alınması sahəsində
geniş fəaliyyət göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan
dilləridir.