2. Sənaye, kənd təsərrüffatı, MM-və obyektlərinin sərbəst və fasiləsiz fəaliyyət göstərməsi - MM- yə dəstələrini hazır vəziyyətdə saxlanılması və vaxtında işə
yönəldilməsi;
- İş prosesini xammallarda təmir olunması;
- Obyektlərdə növbətçiIərin təyin edilməsi və smenaların vaxtında aparılıb
gətirilməsi;
- Dispetçer xidmətlərin təyin olunması;
3. Zədələnmə ocaqlarında xilasetmə və DTİ ( digər təcili işlərin )aparılması - Zədələnmə ocaqlarına yolların açılması;
- Ayrı-ayrı yanğınların söndürülməsi
- Xilasedici dəstəni vaxtında zədələnmə ocaqlanna yönəldilməsi;
- Zədələnmə ocaqlarından xilas edilən insanlara tibbi yardımın göstərilməsi və
müalicə məntəqələrinə göndərilməsi və s.
- İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır.Bu ona
görədir ki,elm və texnikanın surətlə inkişaf etdiyi son dövrlərdə sənayedə,
nəqliyyatda və digər sənaye kompleksindəqəzaların, təbii fəlakətlərin sayı xeyli
artmışdır.
- Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin, tətbiqi ilə elmitexniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında
riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın
normal fəaliyyətinə təhlükə yaradırlar.
- Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin etmək biliyi, bacarığı vermək lüzumi günün vacib məsələsidir. Mülki müdafiə (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığınınqorunması haqqında elmdir.O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı vəeyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır. Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES- də, dəmir yolunda, qəza təhlükəli kimyəvi maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və .s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əminamanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır.Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyiAzərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı ( yanğından mühafizə işi, dənizdə xilasetmə ) mülki müdafiəyə
gündəlik rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
- Naxçıvan Muxtar Respublikasında – Muxtar Respublikanın Baş Naziri;
- təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri və sahibkarları.
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə - müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir.
Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat
obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr
və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, kursant və dinləyiciləri qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında qəza
xilasetmə və digər təxirəsalınmaz işlər (QX və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli
şəxslərdən təşkil edilir.
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, xilasetmə və digərtəxirəsalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə
xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır.
Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında
yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri,
istehsalat rəhbərlərindən təyin edilir.
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas
xidmətləri bunlardır: rabitə və xəbərdarlıq; tibbi; yanğından
mühafizə; ictimai asayişi mühafizə; sığınacaq və daldalanacaqlar; mühəndis; avtomobil nəqliyyatı; madditexniki təchizat; ticarət və energetika; kimya və radiasiyadan mühafizə və s.
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində bunlardan başqa kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidməti də yaradılır.