“Mülkü müdafiə” fənni üzrə kollokvium suallarının cavabları Fövqəladə hal və onun növləri



Yüklə 180,25 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix21.03.2017
ölçüsü180,25 Kb.
#12169
1   2   3

Epifitotiya –bitki xəstəliklərinin yayılmasından ibarətdir və əsasən bu xəstəliklərlə 

səciyyəvidir: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi, fitoftoroz, 

yaxud  kartof  çürüməsi-  kartofun  yarpaq,  budaq  və  kökünü  çürüdən  ən  zərərli 

göbələkcik  xəstəliyi  və  c.  Müxtəlif  kimyəvi  maddələrdən  düzgün  istifadə 

edilməməsi  nəticəsində  də  bitkilər  məhv  ola  və  ya  xəstəliklərə  məruz  qala  bilər. 

Infeksion  xəstəlik  ocağı  yaranarkən  yoluxmuş  ərazidə  insanların,  heyvanların  və 

bitkilərin  mühafizəsi  üzrə  tədbirlər  müvafiq  orqanlar  tərəfindən,  o  cümlədən  də 

dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.  

 

 

3.1.Mülki müdafiə ilk dəfə hansə ölkədə yaranıb? Azəraycan Respublikasında 

MM-ə ilə bağlı hansı əsasnamə, qanunlar və qərarlar qəbul olunub? 

Mülki  müdafiə  ilk  dəfə  Fransanın  Paris  şəhərində  1931-ci  ildə  general  Sant  Pol 

tərəfindən,  bir  qurum  kimi  yaradilmışdı.  3  noyabr  1993-cü  il  tarixindən 

Azərbaycan  Respublikası  bu  təşkilatın  üzvidir.  Azərbaycan  Respublikasının 

Prezidenti  1992-ci  il    iyulun    31-  də  “  Azərbaycan  Respublikasının  Mülki 

müdafiəsi  haqqında Əsasnamə”-nin təsdiq edilməsi barədə 73 saylı və 1998- ci il 

aprelin  18-  də  “Mülki  müdafiə  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

(30  dekabr  1997-  ci  il,  №  420-  İQ  )  tətbiq  edilməsi  barədə  700  saylı  fərmanı 

imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in qarşısının alınması və belə hallarda  

fəaliyyət  üzrə“  Azərbaycan  Respublikasında  Dövlət  siyasəti  haqqında”  Nazirlər 

Kabinetinin  339  nömrəli,  “Əhalinin  mühafizəsinin  əsas  prinsipləri  haqqında”  29 

dekabr  1992 –ci il  tarixli  700 nömrəli  qərarı.   Azərbaycan  Respublikası  FHN-nin 

Mülki müdafiə Qoşunları haqqında əsasnamə(29 dekabr 2006-ci il№ 511 ) qəpul 

edilmişdir.  Yeni  Əsasnamə  və  Qanunda    Azərbaycan  Respublikasında  Mülki 

müdafiənin  əsas  məqsəd  və  vəzifələrini  habelə  dövlət  hakimiyyəti  və  idarəetmə 

orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların 

mülki müdafiə  üzrə vəzifələri müəyyən edilmişdir.  


“Mülki  müdafiənin  təmin  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 25 sentyabr 1998-ci iltaixli, 193 nömrəli qərarının tələbləri: 

Dövlət  və  qeyri-dövlət  ali,  orta  ixtisas  məktəbi  tələbələrinə,  texniki  peşə  və 

ümumtəhsil məktəbləri şagirdlərinə  mülki müdafiənin öyrədilməsi. 

-Mülki  müdafiə  fənni  –  ali  məktəblərdə  əyani, qiyabi və  axşam  şöbələrinin  bütün 

tələbələrinə  öyrədilməsi  məcburi  olan  fənlər  sayılır  və  tədris  planlarına  xüsusi 

fənlər kimi daxil edilir. 

 

3.2. Fövqəladə hallarla mübarizədə Dövlət orqanları və onların vəzifələri. 

Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki 

müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və 

digər  təsərrüfat  fəaliyyətinə  rəhbərlik  edən  nazirlik  və  idarələr  xətti  üzrə 

planlaşdırılır və yerinə yetirilir. 

     Yeni  Qanuna  və  Əsasnaməyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasında 

Mülki  Müdafiə  işinə  ümumi  rəhbərliyi  Azərbaycan  Respublikasının  Pezidenti 

həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş 

Naziri  bilavasitə  rəhbərlik  edir  və  mülki  müdafiənin  qarşısında  duran  vəzifələri 

həyata  keçirməyə  daim  hazır  olması  üçün  məsuliyyət  daşıyır.  Mülki  müdafiə 

tədbirlərini  planlaşdırmaq  və  həyata  keçirməsini  təşkil  etmək,    habelə  icraya 

nəzarət  məqsədilə  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyi  gündəlik 

rəhbərlik edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər: 

-Naxçıvan  Muxtar  Respublikasında–Müxtar  Respublikasının  Milli  məclisinin 

sədri;  


-Şəhərlərdə,  rayonlarda,  kənd  və  qəsəbələrdə  -müvafiq  icra  hakimiyyəti  başcıları 

və onların nümayəndələri; 

-təsərrüfat birliklərində və obektlərdə -onların rəhbərləri və sahibkarları. 

       Mülki  müdafiənin  vəziyyəti  üçün  həmin  şəxslər  tam  məsuliyyət  daşıyırlar  və 

bu, onların vəzifə borcuna daxildir. Onların rəhbərliyi qərargah, xidmətlər və başqa 

dövlət orqanları vasitəsilə yerinə yetirilir. 

       Mülki  müdafiə  tədbirlərini  planlaşdırmaq,  həmin  plandan  irəli  gələn 

vəzifələrin  yerinə  yetirilməsini  təşkil  etmək  və  onların  icrasına  nəzarət  üçün 

yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat 

obyektləri  (müəssisələr)  mühüm  yer  tutur.  Təsərrüfat  obyektləri  (müəssisələr) 

mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir. 

      Bütün  mülki  müdafiə  tədbirlərinin  bünövrəsi  məhz  burada  qoyulur.  Obyekt 

dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. 

 

3.3.Azərbaycan Respublikasının FHN-nin Mülki Müdafiə üzrə əsas vəzifələri. 

Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Fövqəladə 

Hallar  Nazirliyinin  orqanları  yerinə  yetirir.  Buraya  bütün  idarəetmə  orqanları, 

müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilarlar 

və  digər  obyektlər,  onların  qüvvə  və  vasitələri  daxildir.  Onlar  sülh  və  fövqəladə 

hallarda  respublikanın  bütün  ərazisində  mülki  müdafiə  tədbirlərinin  yerinə 

yetirilməsini təşkil edirlər.  

-fövqəladə  halların  nəticələrindən  əhalinin  və  təsərrüfat  obyektlərinin  mühafizə 

edilməsi; 



-sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı 

barədə  və  belə  şəraitdə  davranış  qaydaları  haqqında  əhalinin  vaxtında  xəbərdar 

edilməsi  və  belə  şəraitdə  davranış  qaydaları  haqqında  əhalinin  vaxtında  xəbərdar 

edilməsi; 

-fövqəladə  halların  nəticələri  aradan  qaldırılarkən  qəza-xilasetmə  və  digər 

təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi

-FHN-nin  orqanlarının  rəhbər  heyətinin,  idarəetmə  orqanları  və  qüvvələrinin 

fövqəladə  hallarda  mühafizəyə  və  fəaliyyət  üsullarının  əhaliyə  öyrədilməsinin 

təşkili; 

-sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  təsərrüfat  sahələrinin, 

müəssisələrinin,  idarə  və  təşkilatların  sabit  fəaliyyətinin  təmin  olunmasına 

yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis -texniki  və digər 

tədbirlərin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. 

Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir. 

 

3.4.  Sülh  mənşəli  Föqəladə  hallarda  fəaliyyət  göstərən  Dövlət  sistemi  və 

vəzifələri. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 saylı 

qərarı  ilə  “  Fövqəladə  halların qarşısının alınması  və  belə hallarda  fəaliyyət  üzrə 

Azərbaycan  Dövlət  Sistemi”  yaradılmış,  onun  tərkibini,  vəzifələrini,  fəaliyyət 

qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir. 

Bu  sistem  ərazi  üzrə  Respublikanın  bütün  şəhər,  rayon  və  digər  yaşayış   

məntəqələrini;  təsərrüfat  sahələri  üzrə  isə  bütün  nazirlikləri,  dövlət  komitələrini, 

baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir. 

Səlahiyyət dairələrinin vəvifələri bunlardır: 

-ətraf  mühitdə  və  təhlükə  potensiallı  obyektlərdə  müşahidə  və  nəzarəti  təşkil 

etmək; 


-yarana biləcək vəziyyəti proqnozlaşdırmaq  və qiymətləndirmək;   

-fövqəladə hadisələrın qarşısını almaq  üçün profilaktik tədbirlər görmək;   

-fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktik 

tədbirləri  görmək,  xilasetmə  işləri  aparmaq  üçün  qüvvələr  hazırlamaq,  zərər 

çəkmiş əhaliyə  yardım üçün  lazımı maddi-texniki  vəsait ehtiyatları yaratmaq; 

-fövqəladə  hallar  barədə  xəbər  və  məlumatların  bütün  əhaliyə  vaxtında 

çatdırilmasını təmin etmək; 

-fövqəladə  hadisələrin  aradan  qaldırılması  işini  təşkil  etmək  və  ona  rəhbərlik  

etmək. 

Qeyd  etmək  lzımdır  ki,  fövqəladə  komissiyalar  daimi  fəaliyyət  göstərən 



komissiyalardır; onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil 

etməlidirlər. 

 

3.5. Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması.   

Mülki  müdafiə  qüvvələri  mülki  müdafiənin  qoşun  hissələrindən,  ştatlı  qəza- 

xilasetmə  dəstələrindən,  hərbiləşməmiş  mülki  müdafiə  dəstələrindən,  həmçinin 

nazirliklərin,  baş  idarələrin  və  icra  hakimiyyəti  başçılarının  tabeliyində  qalmaqla 

xüsusi  mülki  müdafiənin  vəzifələrinin  yerinə  yrtirilməsinə  cəlb  olunan  müxtəlif 

dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.  



Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan  qaldırarkən QX və DTİ yerinə 

yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra 

etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil 

edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki 

müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.  

Xatırladaq  ki,  mülki  müdafiə  dəstələri  ərazi  –istehsalat  prinsipi  üzrə  Naxçıvan 

Muxtar  Rspublikasında,  rayonlarda,  şəhərlərdə,  obyektlərdə  və  yaşayış 

məntəqələrində yaradılır. 

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür: 

Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri. 

Yerinə  yetirdikləri  vəzifələrə  görə  -  obyektlərdə  ümumi  məqsədli  mülki  müdafiə 

dəstələri,  xidmət  dəstələrin  (xüsusi  məqsədli  dəstələr),  kimyəvi  təhlükəli 

obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.  

Ümumi  məqsədli  dəstələr  zədələnmə  ocağında  xilasetmə  işləri  aparmaq,  təbii 

fəlakətlərin  və  istehsalat  qəzalarının  nəticələrini  aradan  qaldırmaq  üçün  nəzərdə 

tutulur. 

Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım, 

yanğınsöndürmə,  rabitə,  dozimetrik  və  kimyəvi  nəzarət  və  s.  xidmət  dəstələri 

sayılır. 

 

 



4.1.Sülh dövründəki Fövqəladə Hallar və Dövlət sisteminin  müxtəlif rejimdə 

iş fəaliyyəti. 

Hər  cür  təbii  fəlakət  və  istehsalat  qəzası  nəticəsində  yaranan  vəziyyətə  sülh 

dövründəki fövqəladə hallar deyilir. Belə hallarda əhalinin normal həyat fəaliyyəti 

pozulur,  onların  nəticələri  isə  adamlara,  ətraf  mühitə  və  təsərrüfat  obyektlərinə 

ciddi zərər yetirə bilər. Yaranan vəziyyətdən asılı olaraq Dövlət fəaliyyət sistemi 

müvafiq  daimi  Fövqəladə  Hallar  Nazirinin  qərarı  əsasında  üç  müxtəlif  rejimdə 

işləyə bilər: 

Birinci  rejim-  gündəlik  fəaliyyət  Respublikanın  ərazisində,  o  cümlədən  də 

rayonda (obyektdə) sənaye–istehsalat fəaliyyəti, radiasiya-kimyəvi şərait, həmçinin 

seysmik,  hidrometroloji,  sanitar–epidemik  vəziyyət  normal  olan  hallarda.  Bu 

zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə potensiallı obyektlərdə 

daimi  müşahidə  aparılır,  ehtimal  edilə  bilən  fövqəladə  halların  qarşısını  almaq, 

əhaliyə müvafiq proqramlar əsasında mühafizə və s. digər hazırlıq işləri görülür; 



İkinci  rejim-  yüksək  hazırlıq  rejimidir,  bu  rejimə  fövqəladə  hallar  baş  verəcəyi 

barədə  proqnoz  alınarkən,  normal  istehsal  fəaliyyəti,  radiasiya,  kimyəvi  şərait, 

epidemik vəziyyət və s. pisləşərkən keçilir. 

Üçüncü  rejim  –  sistem  bu  rejimə  fövqəladə  hallar  baş  verərkən  və  onların 

nəticələri aradan qaldırılarkən FHN-nin müvafiq orqanları və daimi komissiyasının 

qərarı ilə keçirilir. Bu zaman: 

-əhalinin mühafizəsi təşkil edilir; 

-qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir

-baş vermiş fəlakətlərin nəticələri aradan qaldırılır; 

-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. 

 


4.2  Sülh  dövründəki  fövqəladə  hadisələrin  nəticələrinin  aradan  qaldırılması 

ardıcıllığı və rəhbər orqanların vəzifələri.  

Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  üzrə  xilasetmə  işlərinə 

bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: 

-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-

obyekt fövqəladə hallar komissiyası; 

-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar 

zamanı  lazımi  hallarda  rayon(şəhər)  və  sahə  fövqəladə  komissiyalarının  operativ 

qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; 

-nəticəsi  rayonun  (şəhərin)  ərazisini  əhatə  edən  yerli  FH  zamanı-  Respublika 

Fövqəladə Hallar Nazirliyi

       Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  işləri  adətən  aşağıdakı 

ardıcıllıqla təşkil edilir: 

-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi 

və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən 

istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir. 

-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi

-fəlakətin  miqyasını,  onun  törətdiyi  təhlükənin  xarakterini  və  s.  təyin  etmək  üçün 

kəşfiyyatın təşkili; 

-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların 

hazır vəziyyətə gətirilməsi

-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; 

-obyektin  istehsalat  fəaliyyətinin  (əhalinin  normal  həyat  fəaliyyətinin)  bərpa 

olması. 

      Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə 

işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir. 

 

4.3 Zəlzələ.Onun növləri və baş vermə səbəbləri. 



Zəlzələ - yerin təkində süxurların yerdəyişməsi sayəsində , yer qabığının müəyyən 

sahələrinin  titrəməsidir.  Zəlzələ  tektonik,  vulkanik,  eləcə  də  uçqun    və  bəndlərin 

yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə 

yerə  meteorit  düşməsi  və  ya  planetimizin  digər  kosmik  obyektlərlə  toqquşması 

nəticəsində baş verən zəlzələ növləri olur.  

        Tektonik  zəlzələ  daha  tez-tez  baş  verir.  Tektonik  zəlzələ-yer  qabığının 

dərinliklərində  litosfer  tavalarda  baş  verən  çatlar  və  yerdəyişmələr  nəticəsində 

meydana  çıxan  yeraltı  təkanlardan  və  ya  yer  səthinin  tərpənməsindən  ibarətdir. 

Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində 

ətrafa  yayılır.  Zəlzələ  gücünü  və  xarakterini  səciyyələndirən  əsas  parametrlər  –

zəlzələnin  maqnitudası,  zəlzələ  ocağının  dərinliyi  və  yerin  səthində  zəlzələ 

enerjisinin  intensivliyidir.  Respublikamızın  bütün  ərazisi  zəlzələ  təhlükəli 

(seysmik) zona sayılır. 1989-cu ildə hazırlanmış sonuncu xəritəyə görə, ərazimizin 

hər  yerində  8baladək,  Şamaxı-  İsmayılli,  Şəki  -Balakən,  Gəncə  -Göygöl  və  

Naxçivan MR ərazisi isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar 

ərazimizin  1/4  qədərini  təşkil  edir,  burada  əhalinin  təxminən  20%-i  yaşayır. 

Zəlzələ 12 ballıq şkala ilə ölçülür. 


      Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 

0-dan  8,5-ə  qədər  həddə  dəyişən  enerjiyə  münasib  olan  şərti  kəmiyyətdir. 

Zəlzələnin  maqnitudasını  ölçmək  üçün  Rixter  şkalasından  istifadə  edilir  ki,  bu 

şkalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat 

artığına müvafiqdir. 

Zəlzələ ocağının dərinliyi-müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə 

bilər. 


     Yer  səthində  zəlzələ  enerjisinin  intensivliyi    12  ballıq  şkala  üzrə  ölçülür; 

gücünə(intensivlitinə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, 

çox  zəif,  zəif,  mülayim,  xeyli  güclü,  güclü,  çox  güclü,  dağıdıcı,  dəhşətli, 

məhvedici, fəlakət, güclü fəlakət.  

 

4.4. Yanğın. O hansı hallarda baş verə bilər? İnsanlara təsir edən amillər. 

Yаnğın  –səhlənkarlıq  üzündən,  bəzən  də  istehsalat  qəzası  və  təbii  fəlakət 

nəticəsində və s. baş verir. Yаnmа ilə yаnаşı müəyyən zаmаn və məкаn hüdudundа 

inкişаf еdən кütlə və istiliк mübаdiləsi təzаhürlərini özündə əкs еtdirən mürəккəb 

fiziкi-кimyəvi  prоsеsdir.  Bu  təzаhürlər  qаrşılıqlı  əlаqəlidir  və  yаnğının 

pаrаmеtrləri, yəni yаnıb qurtаrmа sürəti, hərаrəti  və s. ilə хаrакtеrizə оlunur. Eyni 

zamanda əкsəriyyəti təsаdüfi хаrакtеr dаşıyаn bir sırа şərtlərlə müəyyən еdilir. 

Кütlə  və  istiliк  mübаdiləsini,  hər  hаnsı  yаnğın  üçün,  оnun  ölçülərindən  və  bаş 

vеrmə  yеrindən  аsılı  оlmаyаn  səciyyəvi    ümumi  təzаhürlər  аdlаndırırlаr.  Yаlnız 

müхtəlif üsullаrlа yаnmаnın ləğv еdilməsi, оnlаrın кəsilməsinə gətirib çıхаrа bilər.  

Yаnğın  zаmаnı    bu  prоsеsi    uzun  müddət  idаrə  еtməк  mümкün  оlmadığından 

böyüк miqdаrdа mаddi itкilərlə nəticələnir. 

Ümumi  təzаhürlər,  qеyri-tipiк  təzаhürlərin  bаş  vеrməsinə  səbəb  оlа  bilər.  Оnlаrа 

аiddir:  pаrtlаyışlаr;  tехnоlоji  qurğulаrın  və  аpаrаtlаrın,  həmçinin  tiкinti 

коnstruкsiyаlаrının  dеfоrmаsiyаsı  və  uçulmаsı;  çənlərdə  nеft  məhsullаrının 

qаynаmаsı və yа оndаn аtılmаsı və digər təzаhürlər. 

Qеyri-tipiк təzаhürlərin bаş vеrməsi və dаvаm еtməsi yаnğınlаrdа müəyyən münbit 

şərаit  yаrаnаn  zаmаn  mümкündür.  Bеlə  кi,  tiкinti  коnstruкsiyаlаrının 

dеfоrmаsiyаsı və yа uçulmаsı yаlnız binаlаrdа və yа аçıq istеhsаlаt qurğulаrındа ən 

çох böyüк dаvаmiyyətli yаnğınlаr, nеft məhsullаrının qаynаmаsı və yа аtılmаsı isə 

yаlnız  qаrа  və  sulu  nеft  məhsullаrının  yаnmаsı  və  yа  su  yаstığının  (məhsulun 

аltındа  yığılmış  suyun)  mövcudluğu  və  s.  zаmаnı  bаş  vеrir.  İnsаnlаrın  həlак 

оlmаsı,  tеrmiкi  хəsаrət  аlmаsı,  yаnmа  mаddələri  ilə  zəhərlənməsi  və  кütləvi 

insаnlаr toplаşan оbyекtlərdə çахnаşmаnın bаş vеrməsi və s. yаnğınlаrdа bаş vеrən 

təzаhürlərdir.  Оnlаr  dа  həmçinin  qеyri-tipiкdir,  çünкi  yаnğını  müşаyiət  еdən 

ümumi  təzаhürlər  dаhа  önəmlidir.  Bu  insаnlаrdа  böyüк  psiхоlоji  gərginliyə  və 

həttа strеss vəziyyətinə səbəb оlаn хüsusi təzаhürlər qrupudur. 

Rеspubliкаmızdа  və  digər  inкişаf  еtmiş  ölкələrdə  аpаrılаn  yаnğınlаrın  stаtistiк 

qеydiyyаtı,  müхtəlif  təyinаtlı  binаlаr  üzrə  yаnğınlаrın  təhlüкəli  аmillərindən 

dəymiş  mаddi  ziyаnın  və  insаnlаrın  tələfаtının  təхmini  bölüşdürülməsini 

аydınlаşdırmаğа  imкаn  vеrir.  Yаnğının  təhlüкəli  аmilləri  dеdiкdə,  оnlаrın  təsiri 

insаnlаrın хəsаrət аlmаsınа, zəhərlənməsinə və yа tələf оlmаsınа, еləcə də mаddi 

dəyərlərin məhv оlmаsınа (zədələnməsinə) səbəb оlanlar bаşа düşülür.  Yanğın üç 


hal mövcud olduqda baş verir: hava, yanar maddə və od mənbəyi. Bunlardan biri 

olmazsa yanğının baş vermə ehtimalı mümkün deyil. 

Yаnğının insаnlаra təsir еdən təhlüкəli аmilləri аşаğıdакılаrdır: 

-аçıq аlоv və qığılcımlаr; 

-ətrаf mühitin və əşyаlаrın yüкsəк tеmpеrаturu; 

-zəhərləyici yаnmа mаddələri, tüstü; 

-окsigеn çаtışmаzlığı; 

-tiкinti  коnstruкsiyаlаrının,  аqrеqаtlаrın  və  qurğulаrın  uçulub  düşən  hissələri, 

həmçinin pаrtlаyışlаrın təhlüкəli аmilləri. 

 

4.5. Neft-qaz müəssisələrində və daşınmasında baş verən yanğınlar, qəzalar.  

Neftçıxarma  obyektlərində,  neft  mədənlərində  və  kəşfiyyat  qazmaları  zamanı 

yanğın təhlükəsi daha yüksəkdir. Belə hallarda qumun və ya çınqıl hissəciklərinin 

metal konstruksiyalara sürtünməsindən törəyən qığılcım nəticəsində neft və ya qaz 

fontanı  alışır.  Belə  hallar  adətən  quyunun  ağzını  kip  örtmək  mümkün  olmadıqda 

baş  verir.  Bu  zaman  ölümlə  nəticələnən  bədbəxt  hadisələr  və  çox  böyük  maddi 

itkilər baş verə bilər. 

       Nəqliyyat  sahəsində  qəzalar  ən  çox  baş  verən  hadisələrdəndir.  Hazırda 

mövcud  olan  hava,  dəmir  yolu,  su,  avtomobil,  boru  kəməri,  habelə  kosmik 

nəqliyyat  növləri  arasında  avtomobil  nəqliyyatı  qəzaların sayına görə  birinci  yeri 

tutur.  Respublikamızda  nəqliyyat  vasitələri  ilə  hər  il  on  miyonlarla  ton  yüklər 

daşınır  ki,  bunların  da  28%-i  dəmir  yol,  38%-i  avtomobil,  13%-i  dəniz 

nəqliyyatının və 21%-i boru kəmərlərinin payına düşür. Qəza və partlayış zamanı 

tutumların,  sistemlərin,  digər  qabların  və  texnoloji  boru  kəmərlərinin 

deformasiyaya  uğraması  və  ya  dağilması  nəticəsində  güclü  təsirli  zəhərli 

maddələrin  kənara  sızması  nəinki  müəssisənin  ərazisində,  həm  də  yaxınlıqdakı 

yaşayış  məntəqələrində  ətraf  mühitin,  o  cümlədən  də  havanın,  suyun 

zəhərlənməsinə,  insanların,  heyvanların  və  bitkilərin  ciddi  xəstəliklərinə    və 

məhvinə gətirib çıxarır. 

Fövqəladə qəzalar arasında texnogen fəlakətlərin ortaq payı 15-20% civarındadır. 

Bunlar  daha  şox  magistral  boru  kəmərlərində,  dəmiryolu  nəqliyyatında,  çeşidli 

mədənlərdə  olan  qəzalardır.  Son  10  il  ərzində  dünyada  belə  olayların  sayı  təkcə 

neft kəmərlərində 20 mini ötmüşdür. Bunun sonu olaraq millionlarla ton neft israf 

olmuş,  torpaqlar  yayarsız  olmuş,  hava  yanğınlar  üzündən  çirklıənmişdir. 

Dəmiryolu nəqliyyatında qəzaların sayı çoxalmaqdadır. Demək olar, gündə bütün 

dünyada  8-15  bu  kimi  qəzalar  baş  verir.  Ən  təhlükəlisi  də,  neft,  kimyavi 

maddələrlə dolu olan vaqonlardakı qəzalardır. Sənaye və nəqliyyatda qəzaların baş 

vermə  səbəbi  avadanlıqların  kohnəlməsi,  işçilərin  işlərinə  biganə  yanaşması, 

təhlükənin  qarşısını  alan  avadanlıqların  olmaması,  istehsalın  çağdaş  normalara 

uyğun olmaması, qananların olmaması və bu kimi başqa amillərdir. Ümumiyyətlə 

nəqliyyatda  və  sənayedə  baş  verən  qəza  və  fəlakətlər  ətraf  mühit  üçün  və  insan 

sağlamlığı  üçün  təhlükəlidir.  Bunların  sonu  hətta  bərpa  oluna  bilməyən 

ekologiyanın dağılması baş verə bilər. 



-nəqliyyatda  ZM  –in  ətrafa  yayılması  ilə  müşayət  edilən  qəzalar.  Bakı,  Sumqayıt 

dəmir  yol  stansiyaları,  Biləcəri  stansiyası  xüsusən  böyük  təhlükəli  zona  hesab 

olunur; 

-tez  alışan  maddələr  istehsal,  emal  olunan  və  saxlanılan  obyektlərdə  yanğınlar 

(partlayışlar). Respublikamızda 850-dən artıq belə obyekt var. Bakı, Sumqayıt  neft 

emalı  və  neft  kimyası  müəssisələri,  neft-qaz  mədənləri  və  neft  bazaları  xüsusən 

təhlükəlidir; 

-nəqliyyat vasitələrində yanğın və partlayışlar; 

-hidrodinamik qəzalar –su qurğuları qovşaqlarında bəndlərin dağılması və fəlakətli 

daşqın zonalarının yaranması.  

 


Yüklə 180,25 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin