“Mülkü müdafiə” fənni üzrə kollokvium suallarının cavabları Fövqəladə hal və onun növləri


Texnogen xarakterli FH-ın  baş vermə səbəbləri



Yüklə 180,25 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix21.03.2017
ölçüsü180,25 Kb.
#12169
1   2   3

 

5.1. Texnogen xarakterli FH-ın  baş vermə səbəbləri. 

Texnogen  xarakterli  fövqəladə  hallar  dedikdə  ümumlikdə,  insanın  sənaye  və 

təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.    

   Elmi-texniki  tərəqqi  inkişaf  etdikcə,  onun  nailiyyətləri  artdıqca  ortaya  çıxan 

texnogen  mənşəli  fəlakət  və  hadisələrin  sayı  da  artmış  olur.Təbiətdə  baş  verən 

fəlakətlər,  həmçinin  sayca  çoxalan  texnogen  mənşəli  qəzalar  insanları  bu  barədə 

daha  çox  düşünməyə  vadar  edir.Son  illərdə  sayı  bir  neçə  dəfə  artan  texnogen 

mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır. 

   Dünyada  baş  verən  texnogen  mənşəli  fövqəladə  hadisələrin  2/3hissəsi 

nəqliyyatda  baş  verən  qəzalarla  xarakterizə  olunur.Yerdə  qalan  digər  üçdə  bir 

hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər 

texnogen fəlakətlər təşkil edir  

Texnogen  xarakterli  fövqəladə  hallara  radiasiya,  yanğınlar,  partlayışlar  bina  və 

qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə 

əlaqədar  qəzalar,  elektroenergetika  sistemlərində,  həyat  təminatlı  kommunal 

sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, 

magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir. 

Azərbaycan  Respublikasının  ərazisində  yüksək  dərəcədə  texnogen  təhlükələr 

mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. 

 Bunların əsas səbəbləri aşağıdakılardır: 

-istehsalat 

sahələrihdə  təhlükəsizliyin  dövlət  tərəfindən  tənzimlənməsi 

mexanizminin    zəifləməsi;  respublikada  iqtisadiyyatın  sturukturca  yenidən 

qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və 

texnoloji  intizamın,  habelə  istehsalatda  qəzaya  qarşı  davamlılıq  tədbirlərinin 

zəifləməsi; 

-bəzi  sənaye  sahələrində  istehsalat  vasitələrinin,  xüsusən  də  texnoloji 

avadanlıqların,  nəqliyyat  vasitələrinin,  əsas  istehsalat  fondlarının  yol  verilməz 

dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması; 

-sənaye  istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan  məhsulun 

keyfiyyətcə kəskin surətdə aşağı düşməsi; 

-istehsalatda  təhlükəli,  zərərli  amilləri  aşkar  və  nəzarət  edən  cihazların,  belə 

amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və 

onların keyfiyyətsiz olması; 



-ölkədə  həyat  fəaliyyətinin  təmin  olunması  sahələrində  aparılan  əsaslı  və  tətbiqi 

tədqiqatların keyfiyyətinin aşağı olması; 

-partlayış, 

yanğın,  kimyəvi,  radiasiya,  bioloji  təhlükəli  maddələr  və 

texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi

-potensial  təhlükəli  istehsalat  və  obyektlərin  vəziyyətinə  nəzarət  və  müşahidənin 

kifayət dərəcədə olmaması; 

-qəza  və  fəlakətlərin  aradan  qaldırılması  üçün  lazımi  həcmdə  ehtiyatların 

olmaması; 

-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.   

 

5.2. Iri istehsalat qəzalarınin yaranma  səbəbləri. 

İstehsalat  qəzaları,  o  cümlədən  də  iri  qəzalar-sənayenin,  elmi  texniki  tərəqqinin 

coşqun  inkişafı,  istehsalatda  texnologiyaların  durmadan  dəyişməsi,  nəhəng  enerji 

və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və 

tez-tez baş verən hadisələrdəndir. 

İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda 

bu səbəblərin çox müxtəlif  görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa     

bölmək mümkündür: 



1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının 

tələblərinə  kifayət  dərəcədə  məsuliyyətlə  yanaşmaması,  eləcə  də  bir  sıra  sex 

rəhbərlərinin  bu  tələblərin  yrinə  yrtirilməsinə  səhlənkar  münasibəti,  partlayış  və 

tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması; 



2  qrup  -səbəblər  isə  təbiətin  bütün  hadisələrinin  tam  sürətdə  öyrənilməməsi  ilə 

şərtləşir.  Məsələn,  bəzən  (hətta  təhlükəsizlik  texnikası  qaydalarına  əməl  olunan 

müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda  və 

şəraitdə  şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü 

də  belə  kimyəvi  reaksiyaların  mümkünlüyü  barədə  nəinki  bu  müəssisədə,  hətta 

nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin 

bu  üsulla  əldə  edilməsinin  arzuolunmazlığına  baxmayaraq  yeni,  əvvəllər  məlum 

olmayan təbiət hadisəsi aşkar edilir.  

Istehsalat  qəzaları  xarici  təbii  amillərin,  o  cümlədən  təbii  fəlakətlərin,  qurğunun, 

layihə  -istehsalat  qüsurlarının,  istismarı  qaydalarının  və  istehsalatda  texnoloji 

prosesin pozulması nəticəsində də baş verə bilər.  

 

5.3. Sənaye müəssələrində partlayışların baş vermə səbəbləri. 

      Sənaye  müəssisələrində  partlayışlar,  adətən  qurğuların  dağılması  və 

deformasiyaya  uğraması,  yanğınlar,  enerji  sisteminin  sıradan  çıxması,  texnoloji 

boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət 

olunur.  Partlayışın  törətdiyi  istehsalat qəzalarının nəticələri, xaraktercə,  müharibə 

vaxtı baş verən dağıntılara oxşayır. 

     Qazanxanalarda  qazanların  partlayışına,  kimya  müəssisələrində-  qazın, 

cihazların,  hazır  məhsul  yarımfabrikatların;  neftayırma  zavodlarında-  benzin 

buxarları  və  digər  qarışıqların;  dəyirmanlarda-  unun;  şəkər  zavodlarında-  şəkər 

tozunun;  ağac  emalı  kombinatlarında-  mişar  tozunun  və  lak-boyaq  buxarlarının 

partlayışları və s. daha çox müşahidə olunur. 



       Bir  çox  ölkələrdəki  kömür  və  filiz  mədənlərində  kömür  tozunun  və  qazların 

partlayışı  nəticəsində  çox  ağır  yeraltı  qəzalar  olur.  Belə  partlayışlar  adətən 

yanğınlar, uçqunlar və s.törədir. 

       Məişətdə işlədilən qaz balonlarının partayışları daha tez-tez baş verir, nəticədə 

yanğınlar törəyir, insanlar məhv olur. 

      İstehsalat  qəzaları  zamanı  hər  hansı  partlayışın  zərbə  dalğası  böyük  insan 

tələfatına  və  qurğu  hissələrinin  dağılmasına  səbəb  olur.  Partlayışın  gücü  artdıqca 

onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların 

elementlərinə təsiri mürəkkəb yüklənmə kompleksi ilə xarakterizə olunur: birbaşa 

təsir, əks olunan təsir,kənarlardan təsir, içəridən təsir,seysmik partlayış dalğasının 

təsiri və s. 

 

5.4.Yanğınlar və onların nəticələri.. 

     Yanğınlar,  sənaye  müəssisılərində,  neft  mədənərində,  şəhərlərdə  və  digər 

yaşayış  məntəqələrində  daha  tez-tez  qəza  halları  yaradır.  Yanğının  intensivliyi 

istilik  impulsunun  gücü  ilə,  yəni  vaxt  ərzində  istilik  enerjisinin  kəmiyyəti  ilə 

xarakterizə edilir. Neft- qaz mədənlərində baş verən yanğınlar daha dəhşətli olur.     

      Dəniz neft mədənlərində baş verən qəzalar daha dəhşətli olur və neftin birbaşa 

dənizə  axması,  sahillərin  neftlə  çirklənməsi  ilə  əlaqıdar beynəlxalq  xarakter  kəsb 

edir, çünki belə hallarda dənizdə balıqçılıq təsərrüfatına olduqca böyük zərər dəyir. 

Dənizə axan neftin geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görmək 

lazım gəlir.  

           Dаhа  çох  mаddi  ziyаn  istеhsаlаt  və  аnbаr  binаlаrındа  bаş  vеrən 

yаnğınlаrdаn dəyir. Yаnğının təhlüкəli аmillərindən оlаn insаn tələfаtı isə çox vaxt 

yаşаyış  binаlаrındа  bаş  vеrir.  Çохmərtəbəli  istеhsаlаt  binаlаrındа  yаnğınlаr 

nisbətən аz bаş vеrir, lакin şаquli ölçüdə çох tеz şiddətlənir və yаyılır. Оnlаrdаn 

dəymiş  mаddi  ziyаn  isə  birmərtəbəli  binаlаrdакı  yаnğınlаrdаn  dəyən  ziyаnı  bir 

nеçə dəfə ötür. Böyüк mаddi itкilərə və insаn tələfаtınа iri həcmli yаnğınlаr səbəb 

оlur. 


         İnsаn  tələfаtı  əsаsən,  yаnğının  inкişаfının  ilкin  mərhələsində,  əкsər  hаllаrdа 

bоğulmаdаn (nəfəs tutulmаsındаn) bаş vеrir. Yаnğınlаrdа dаhа çох uşаqlаr, yаşlı 

insаnlаr  və  əlillər  tələf  оlurlаr.  1992-1998-ci  ilərdə  yanğın  və  partlayış  təhlükəli 

obyektlərdə  70-dək  fövqəladə  hadisə  baş  vermiş,  burada  yüzdən  artıq  adam 

zədələnmiş,  onlarla  şəxs  məhv  olmuşdur.  Belə  yanğınların  əksəriyyəti  (85%-ə 

qədəri) ticarət və xidmət sahələrindəki əmtəə-material anbarlarının payına düşür. 

Кütlə  və  istiliк  mübаdiləsini,  hər  hаnsı  yаnğın  üçün,  оnun  ölçülərindən  və  bаş 

vеrmə  yеrindən  аsılı  оlmаyаn  səciyyəvi    ümumi  təzаhürlər  аdlаndırırlаr.  Yаlnız 

müхtəlif üsullаrlа yаnmаnın ləğv еdilməsi, оnlаrın кəsilməsinə gətirib çıхаrа bilər. 

Yаnğın  zаmаnı    bu  prоsеsi    uzun  müddət  idаrə  еtməк  mümкün  оlmadığından 

böyüк miqdаrdа mаddi itкilərlə nəticələnir. 

Ümumi  təzаhürlər,  qеyri-tipiк  təzаhürlərin  bаş  vеrməsinə  səbəb  оlа  bilər.  Оnlаrа 

аiddir:  pаrtlаyışlаr;  tехnоlоji  qurğulаrın  və  аpаrаtlаrın,  həmçinin  tiкinti 

коnstruкsiyаlаrının  dеfоrmаsiyаsı  və  uçulmаsı;  çənlərdə  nеft  məhsullаrının 

qаynаmаsı və yа оndаn аtılmаsı və digər təzаhürlər. 


Qеyri-tipiк təzаhürlərin bаş vеrməsi və dаvаm еtməsi yаnğınlаrdа müəyyən münbit 

şərаit  yаrаnаn  zаmаn  mümкündür.    Bеlə  кi,  tiкinti  коnstruкsiyаlаrının 

dеfоrmаsiyаsı və yа uçulmаsı yаlnız binаlаrdа və yа аçıq istеhsаlаt qurğulаrındа ən 

çох böyüк dаvаmiyyətli yаnğınlаr, nеft məhsullаrının qаynаmаsı və yа аtılmаsı isə 

yаlnız  qаrа  və  sulu  nеft  məhsullаrının  yаnmаsı  və  yа  su  yаstığının  (məhsulun 

аltındа  yığılmış  suyun)  mövcudluğu  və  s.  zаmаnı  bаş  vеrir.  İnsаnlаrın  həlак 

оlmаsı,  tеrmiкi  хəsаrət  аlmаsı,  yаnmа  mаddələri  ilə  zəhərlənməsi  və  кütləvi 

insаnlаr toplаşan оbyекtlərdə çахnаşmаnın bаş vеrməsi və s. yаnğınlаrdа bаş vеrən 

təzаhürlərdir.  Оnlаr  dа  həmçinin  qеyri-tipiкdir,  çünкi  yаnğını  müşаyiət  еdən 

ümumi  təzаhürlər  dаhа  önəmlidir.  Bu  insаnlаrdа  böyüк  psiхоlоji  gərginliyə  və 

həttа strеss vəziyyətinə səbəb оlаn хüsusi təzаhürlər qrupudur. 

 

5.5. Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar.  

Enerji  sistemlərində  zədələnmələr  tufan,  partlayış,  yanğın,  qurğunun  dağılması 

nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər.  

     Nəqliyyat  sahəsində  qəzaların  ən  cox  baş  verən  hadisələrdəndir.  Dünyada  baş 

verən  texnogen  mənşəli  fövqəladə  hadisələrin  2/3  hissəsi  nəqliyyatda  baş  verən 

qəzalarla  xarakterizə  olunur.  Yerdə  qalan  digər  üçdə  bir  hissəni  sənaye  və  enerji 

obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil 

edir.  Hazırda  mövcud  olan  hava,  dəmir  yolu,  su,  avtomobil,  boru  kəməri,  habelə 

kosmik  nəqliyyat  növləri  arasında  avtomobil  nəqliyyatı  qəzaların  sayına  görə 

birinci  yer  tutur.  Nəqliyyat  vasitələrində  avtomobillərin,  dəmir  yolu  qatarlarının 

toqquşmasından,  tormozların  sıradan  çıxmasından,  yanğın  və  partlayışlardan  baş 

verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii 

fəlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəzalar olur. 

      Respublikamızın  ərazisində  ümumən  0,08  min  kv.km  sahədə  kimyəvi 

zəhərlənmə  baş  verə bilər ki, burada  təxminən 231  min  nəfər  əhali  yaşayır.  Belə 

təhlükə  ən  çox  Abşeron  yarımadası,  Bakı,  Sumqayıt,  Şirvan  və  Gəncə  şəhərləri 

üçün  xarakterikdir.  Qeyd  etmək  kifayətdir  ki,  1992-1998-ci  illərdə  belə 

obyektlərdə  kimyəvi  təhlükəli  maddələrin  ətraf  mühitə  sızması  ilə  nəticələnən 

ondan çox qəza olmuş, bu zaman yüzdən artıq adam zərər çəkmişdir. Atmosferin, 

su hövzələrinin və torpaağın sənaye tullantıları və  digər maddələrlə çirklənməsi, 

zəhərlənmələrə  məruz  qalması  son  dərəcə  təhlükəlidir,  çünki  belə  hallar  təbiətdə 

ekoloji tarazlığı pozur. 

Müasir  sənaye  müəssisələrində  su  kəmərinin,  digər  energetika  və  kommunal  –

mühəndis  şəbəkələrinin    nə  demək  olduğu  bu  müəssisəiərdə  istehsalın  nəhəng 

enerji  tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: 1 ton koksun, istehsalı 

üçün  3  kub  metr,  poladın  istehsalı  üçün 20 kub  metr,  çuqun üçün 250 kub  metr, 

quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr və s. su tələb olunur.



 

Yüklə 180,25 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin